
Danaça (Ət Dünyası)
Haqqında:
“Danaça” ət mağazası 2023-cü ildən etibarən ölkəmizdə fərqli daha peşəkar bir konseptlə ət məhsullarının satışını həyata keçirməkdədir.
Məhsullar:
- Dana əti
- Quzu əti
- Steyklər
- Ət məhsulları
- Toyuq
“Danaça”nın müştəriləri
- "Pizza Mizza"
- Park inn hotel (bir qisim)
- Four Seasons (bir qisim)
- CUPCUP COFFEE (tam)
- Dinamo hotel (tam)
- “ Danaça” öz kolbasa məhsullarının istehsalını "Qala Qoçu" və "Zəmzəm" firmalarında həyata keçirir.
- Məhsulların növləri və qiymətləri haqqında buradan ətraflı məlumat əldə edə bilərsiniz- https://wolt.com/az/aze/baku/venue/danaca
Sadiq bəy 20 ilə yaxındır ki, bu sahədə çalışır. O ət məhsulları haqqında kifayət qədər təcrübə sahibidir. O istənilən əti görməklə, baxmaqla onda artıq bu ət haqqında məlumatın formalaşdığını qeyd edir. İşi idarə edən şəxsin o iş haqqında güclü təcrübə və məlumat sahibi olması istəmədən və bilmədən müştərilərin aldanma hallarının qarşısını almaqda ən önəmli bir amildir. Sadiq bəy həmçinin 10 ilə yaxın Qoç Ət firmasında çalışıb. Apardığımız görüş zamanı bizdə onunla bağlı kifayət qədər nəzakətli və qonaqpərvər bir insan olması təəssüratı yaranmışdır.
Halal Ekosistem standart biznes kateqoriyası üçün cavabdeh deyil, məsuliyyət daşımır, kəfil deyil, audit (yoxlama) aparmır və məlumatları yeniləmir.
Bizneslərin Təsnifatı haqqında ətraflı məlumat"Danaça" firmasının idarəetməsi şəxsi həyatında halallıq qaydalarına riayət etməyə çalşan Sadiq bəy tərəfindən həyata keçirilir.
Firamanın ümumi fəaliyyəti və halallıq vəziyyəti ilə bağlı etdiyimiz müraciət nəzakətlə qəbul edilmiş, bir-başa görüş keçirilərək ətraflı məlumat əldə edilməklə yanaşı ümumi baxış keçirilmişdir. Sadiq bəy bütün suallarımızı cavablandırmış və əlavə nə lazım olarsa hazır olduqlarını bildirmişdir. İstehlakçılara lazım olan məlumatların verilməsində tam şəkildə şəffaf davranan bizneslər Halal Ekosistem tərəfindən yüksək qimətləndirilir. Bir biznes ictimaiyyətə özü haqqında nə qədər çox informasiya verirsə bu onun etibarlılıq dərəcəsini yüksəldir.
- "Danaça" ənənəvi ət dükkanlarından fərqli olaraq öz fəaliyyətini professional və keyfiyyətli formada gigiyenik qaydalara və müasir biznes satış tələblərinə uyğun şəkildə həyata keçirir.
- Firma sadəcə yerli (Bərdə, Beyləqan) heyvanları kəsir.
- Heyvanların kəsimi Lökbatan ərazisində yerləşən kəsimxanada həyata keçirilir. Heyvanların kəsimi ölkəmizdə halallığı ilə tanınan eyni zamanda Halal Ekosistemə daxil də olan "Qoç Ət" şirkətinin qəssabı tərəfindən həyata keçirilir.
- Firma öz sosial media hesabında halal reklam qaydalarına diqqət etməyə çalışır.
- Firma işçilərinin çoxu şəxsi həyatında halallıq qaydalarına riayət etməyə çalışır.
- Firma öz işçilərinə qarşı ədalətli davranır, onların haqqlarına riayət edir, qanunvericiliyin tələblərinə və halallıq qaydalarına tabe olmağa çalışır.
- "Danaça" firması ət məhsulları, onun hissələri, nə üçün istifadə ediləcəyi və s haqqında müştirələrə ətraflı məlumat verir. Dükkanın içərisində heyvanın hissələri ilə bağlı
Əlaqə Məlumatları:
+994514026616
Məhsul şəkilləri



