Standart

Haqqında:

"Qoc Ət" şirkəti ilk olaraq 1997-ci ildə Bakı şəhəri, Təbriz küçəsində bir kiçik fermer mağazası ilə fəaliyyətə başlamışdır.

Qoç Ət təsərrüfatlarında yetişdirilən yerli Qafqaz cinsi heyvanlar yüksək məhsuldarlığa sahibdir. Bununla yanaşı, son 10 il ərzində Avropanın Alp çəmənliklərində yetişdirilən, Avstriyadan alınan Simmental cinsi iribuynuzlu heyvanları da ölkəmizə gətirilərək yerli iqlim şəraitinə uyğunlaşdırılır və yerli keyfiyyətli yemlərlə bəslənir.

  • Qoç Ət şirkəti Azərbaycanda dürüstlük və etibarlılıq naminə məhsulların keyfiyyəti, halallığı və yüksək səviyyəli xidməti ilə müştəri məmnunluğunu özünün başlıca prinsipi kimi qəbul etmişdir.
  • Yem istehsalından tutmuş ət istehsalına qədər bütün prosesi özündə cəmləşdirən Qoç Ət şirkəti yem bitkilərini yetişdirmək üçün torpaq əraziləri, yem istehsalı, kəsim, ət və süd emalı müəssisələri ilə inteqrasiya olunmuş struktura malikdir.
  • Halal Sertifikata sahib olan şirkət yetişdirmə və istehsalın bütün mərhələlərinə baytar həkimlər və qida mühəndisləri tərəfindən nəzarət edilir. İslami qaydalara uyğun olaraq kəsim prosesi kəsimxanada peşəkar qəssablarımız tərəfindən başa çatdırıldıqdan sonra ət 24 saat soyuducuda dinləndirilir, sonra isə emal bölümündə gigiyenik şəraitdə hazırlanaraq qablaşdırılır.
  • Məhsullar 50-yə yaxın supermarket rəflərində, 9 filialdan ibarət restoran və fermer marketlərində pərakəndə və ya topdansatış olaraq istehlakçılara çatdırılır.
  • Müştərilər şirkətin filiallarında təqdim edilən müxtəlif çeşiddə 3,8-4,2% süd yağlılığına, 80-82% ət çıxarına malik qırmızı ət və quş əti məhsullarını, o cümlədən, kolbasa və sucuqları, qoyun və keçi südündən hazırlanmış pendir, qatıq və digər süd məhsullarını sifariş verməklə Bakı şəhərindəki mağazalardan və bütün restoranlardan əldə edə bilərlər.

Halal Ekosistem standart biznes kateqoriyası üçün cavabdeh deyil, məsuliyyət daşımır, kəfil deyil, audit (yoxlama) aparmır və məlumatları yeniləmir.

Bizneslərin Təsnifatı haqqında ətraflı məlumat
Halallıq Vəziyyəti:

Qoç Ət şirkətinin rəhbərliyi şəxsi həyatlarında halallıq qaydalarına riayət etməyə çalışan sahibkarlardır.

  • Qoç Ət məhsullarının halallıq sertifikatı var
  • Şirkətin nümayəndələri ilə təmaslarımızda onların halallıq qaydalarına ciddi riayət etdiyi müəyyən edilmişdir. Ona görə də bir başa yoxlamada olmasaq da, Halal Ekosistem olaraq Qoç Ət şirkətinin bütün məhsullarının halal olduğuna etibar edirik. Bu qərar bir çox faktlara əsaslanaraq verilmişdir.
  • Şirkət öz kolbasa məhsullarını Payım şirkətində hazırlatmaqdadır. Belə ki, Qoç ət öz ətlərini Payım şirkətinə verərək kolbasa məhsulları hazırlatdırır.
  • Şirkət öz toyuq məhsullarını Bərdə Broyler firmasında əldə etməkdədir. Sadəcə olaraq almaq istədiyi toyuqlar üçün kəsim zamanı öz qəssabını təyin edir.

Əlaqə Məlumatları:

  • Bakı şəhəri, Binəqədi rayonu Cəfər Xəndan 36A

  • ✉️ info@qocet.az

  • 📞 Sifariş: 1675

Fəaliyyət göstərdiyi şəhərlər:Bakı
Ünvan: Bakı şəhəri, Binəqədi rayonu Cəfər Xəndan 36A

Sosial Media

Məhsul şəkilləri

Ürün Görseli
Ürün Görseli
Ürün Görseli
Ürün Görseli
Ürün Görseli
Ürün Görseli
Ürün Görseli
Ürün Görseli