Standart
Logo

Qala-Qoçu (ət məhsulları)

Haqqında:

"Qala-Qoçu" şirkəti beş ildir ki, rəsmi şəkildə kolbasa məhsullarının istehsalı ilə məşğuldur. İstehsal yeri Bakının Qala kəndində yerləşir.

Məhsullar gigyena qaydalarına uyğun şəkildə, standartlara uyğun şəkildə istehsal edilir. Şirkətin rəhbərliyi bu fəaliyyətə başlayarkən ən birinci məqsəd kimi yüksək keyfiyyətli məhsul istehsalına fokuslanıb. Heç bir halda keyfiyyətdən, standartlardan və əsas məqsəddən güzəştə gedilməyəcəyi müəyyən edilib. Rəhbərliyin özünün də qida mühəndisi olması işin keyfiyyətinə bir başa təsir göstərən amillərdəndir.

  • Özsüt, BaşkentMood Bistro&Grill kimi ölkəmizdə keyfiyyət standartları ilə seçilən tanınmış restoranlar "Qala-Qoçu"nun müştəriləri arasında yer almaqdadır. Həmçinin "Danaça Ət", "Mərcan" kimi şirkətlər də öz məhsullarını Qala Qoçun istehsal məkanında həyata keçirir.
  • Şirkətin məhsulları Nərimanov metrosu yaxınlığında yerləşən " Öz-Ət" maqazinində satılmaqdadır.

Şirkət 12 çeşiddə məhsul istehsal etməkdədir:

  1. Sosis sadə (dana+toyuq)
  2. Sosis premium (dana)
  3. Doktoriski sadə (dana+toyuq)
  4. Doktoriski premium (dana)
  5. Servelat sadə (dana+toyuq)
  6. Servelat premium (dana)
  7. Salyami (qoç ətindən acılı sarımsaqlı)
  8. Krakoviski (dana+toyuq+sarımsaq)
  9. Sucuk (dana)
  10. Veçina (dana)
  • Məhsulların maksimum saxlanılma müddəti 0-6+ dərəcə aralığında olmaqla 20 günə qədərdir. Bəzi məsullarda isə bu 15 günə düşür.
Məsul şəxs: Xəqani
İşletme Sahibi Fotoğrafı

Xəqani müəllim xarici ölkədə İslam elmləri üzrə təhsil almışdır.

Halal Ekosistem standart biznes kateqoriyası üçün cavabdeh deyil, məsuliyyət daşımır, kəfil deyil, audit (yoxlama) aparmır və məlumatları yeniləmir.

Bizneslərin Təsnifatı haqqında ətraflı məlumat
Halallıq Vəziyyəti:

"Qala Qoçu" şirkətinin rəhbər və işçi heyəti şəxsi həyatlarında halallıq qaydalarına riayət etməkdədir.

  • Şirkətin istifadə etdiyi ət məhsulları halal, təmiz və sağlamdır.
  • Məhsulların hazırlanmasından istifadə edilən zəruri inqridiyentlərin halal və təbii olmasına diqqət yetirilir. Məhsulların saxlanılma müddətinin az olması da bunu göstərir.
  • İstehsalda istifadə edilən toyuq məhsulları "Payım" şirkətindən təmin edilir. Qeyd edək ki, bəzi məhsullarda dana əti ilə yanaşı toyuq ətindən də istifadə olunur.
  • İstehsal şəraitində gigiyenik qaydalara əməl edilir.
  • İstehsal prosesindən məsul olan Həmzə usta həm halallıq qaydalarını bilir və əməl edir, həm də Rusiyada qida bölməsinin ət məhsulları istiqaməti üzrə ali təhsil aldığı üçün işin mütəxəssisidir.
  • Qala Qoçu keyfiyyətsiz məhsulların öz istehsal məkanına, avadanlıqlarına daxil olmasın heç bir halda icazə vermir.

Əlaqə Məlumatları:

Fəaliyyət göstərdiyi şəhərlər:Bakı
Ünvan: Qala

Məhsul şəkilləri

Ürün Görseli
Ürün Görseli
Ürün Görseli
Ürün Görseli
Ürün Görseli
Ürün Görseli
Ürün Görseli
Ürün Görseli