12 December 2024

Halal Ekosistem standartları nədir

Halal Ekosistem|Halallıq Standartları

Halal Ekosistem platformasına üzv olmaq istəyən bizneslər aşağıdakı şərtlərə tam riayət etməlidirlər:

  1. Halal Fəaliyyət Sahələri: Platformaya üzv olmaq üçün bizneslərin fəaliyyəti aşağıdakı sahələrlə birbaşa və ya dolayı yolla əlaqədar ola bilməz:
    • Alkoqol, tütün, şans oyunları və qumarla əlaqədar bütün fəaliyyətlər.
    • Cəmiyyətin əxlaqını korlayan və milli-mənəvi dəyərlərimizə zidd olan fəaliyyətlər.
    • Faiz (sələmçilik) üzərində qurulmuş bankçılıq və sığorta sektoru.
    • Yuxarıda göstərilən sahələrlə qarşılıqlı əlaqədə olan bizneslər.
    • Dövlətçilik və ictimai təhlükəsizliyə zidd olan sahələr.
    • Ətraf mühitə, ekologiyaya və insan sağlamlığına zərər vuran fəaliyyətlər.
    • İnsanlara heç bir faydası olmayan, sadəcə resurların israfına səbəb olan fəaliyyətlər.
    • Keyfiyyətsiz və insan sağlamlığına zərərli məhsul istehsal edən bizneslər.
  2. Halal Qaydalara Riayət: Üzv olmaq istəyən bizneslər özlərinin bütün kommersiya fəaliyyətlərində halallıq qaydalarına tamamilə riayət etməlidirlər.
  3. Dövrü Yoxlamalara İcazə: Üzvlüyə qəbul edilmiş bizneslər Halal Ekosistem tərəfindən müvafiq dövrü yoxlamalara tabe tutulacaqlar. Onlara verilmiş halal biznes sertifikatı hər il aparılacaq audit nəticəsində yenilənəcəkdir. Yoxlamalar zamanı halallıq qaydalarından kənarlaşma aşkar edilən biznesə bunu aradan qaldırmaq üçün maksimim bir ay möhlət veriləcəkdir.
  4. Standart Müqavilələrə Riayət: Hər bir üzvümüz, fəaliyyət sahəsinə uyğun şəkildə hazırlanmış kommersiya müqavilələri ilə təmin ediləcəkdir. Üzvlərimiz, müştəriləri ilə olan bütün işgüzar münasibətləri bu müqavilələr əsasında idarə edəcəklər. Halallıq prinsiplərinə əsaslanaraq hazırlanmış bu müqavilələr, tərəflər arasında potensial mübahisələri minimuma endirmək və ədalətli bir ticarət mühiti yaratmaq məqsədi daşıyır.
  5. İşçi Haqlarına Hörmət və Ədalətli Şərtlər: İşçilərə qarşı ədalətli yanaşma göstərilməli, onlara uyğun maaş və iş şəraiti təmin olunmalı, istismar edilməməli və bütün əmək hüquqları qorunmalıdır.
  6. Müştəri Məmnuniyyəti və Dürüstlük: Bizneslər müştərilərə qarşı dürüst olmalı, müştəri məmnuniyyətini prioritet tutmalı və hər hansı şəkildə aldatma və ya qeyri-etik ticarət əməliyyatlarına yol verməməlidirlər.
  7. İslam Maliyyə Prinsiplərinə Uyğunluq: Bizneslər İslam maliyyə qaydalarına uyğun fəaliyyət göstərməli, sələmçilik, faizlə borc vermə və ya haram investisiyalarla məşğul olmamalıdırlar.
  8. Şəffaf İdarəetmə və Qanunlara Uyğunluq: Bizneslər fəaliyyətlərini şəffaf şəkildə idarə etməli və yerli qanunvericilik, vergi öhdəlikləri daxil olmaqla, dövlət qanunlarına tam riayət etməlidirlər.
  9. Sosial Məsuliyyət: Bizneslər cəmiyyətin rifahına töhfə verən sosial məsuliyyət təşəbbüslərində iştirak etməli, ehtiyacı olan insanlara dəstək verməli və cəmiyyətin inkişafını dəstəkləyən fəaliyyətlərə üstünlük verməlidirlər.
  10. Davamlılıq və Ekoloji Məsuliyyət: Bizneslər ekoloji davamlılığa riayət etməli, ətraf mühitin qorunmasına və uzunmüddətli sosial rifahın təmin edilməsinə töhfə verməlidirlər. Buna edə bilməsələr belə bunu əksinə səbəb olacaq fəaliyyətlərə qəti şəkildə yol verməməlidirlər.

© Halal Ekosistem