Standart

Haqqında:

"Öz Ət" mağazası uzun illərdir ki, ölkəmizin ət sektorunda halallıq prinsiplərinə uyğun ət məhsullarının tədarükçüsü kimi tanınır. 2008-ci ildən fəaliyyətə başlayan mağaza, həm fərdi müştərilər, həm də şəhərimizin nüfuzlu restoran şəbəkələri üçün güvənli tərəfdaşa çevrilmişdir.

Heyvanlar əsasən Sabirabad və Xızıdan gətirilir. Lakin eyin zamanda başqa bir çox rayondan da heyvan gətirilir

  • Zəngin Məhsul Çeşidi: Təzə ət və ət məhsulları ilə yanaşı, mağazada keyfiyyətli, təbii və qatqısız kənd məhsulları da təqdim olunur.
  • Zəngin Təcrübə: 15 ildən artıq fəaliyyət müddətimiz müştəri məmnuniyyətinin və məhsul keyfiyyətinin ən böyük zəmanətidir.
  • Rahat Lokasiya: Nərimanov metrostansiyasına yaxın ərazidə yerləşən mağazamıza baş çəkmək və məhsullarımızı əldə etmək olduqca rahatdır.

Etibar Edən Tərəfdaşlarımız

"Öz Ət" keyfiyyəti şəhərin bir çox məşhur məkanlarının mətbəxindədir. Aşağıdakı brendlərin əsas ət tədarükçüsüdür:

  • Restoran və kafelər:
    1. Mado (bir qismi),
    2. Özsüt,
    3. Coffemania (bütün filiallar),
    4. Trend Food.
    5. Olimp (Döner, Lahmacun, Köftə),
    6. Mama Mary,
    7. Rein (Nərimanov)
    8. Əncir Meşəpark,
    9. Sadiq Usta (Crescent Mall və 6-cı mkr).

Qeyd edə ki, siyahıda başqa restoranlar da var, amma həmin restoranlar alkoqollu içki də satdığı üçün bura əlavə edilmədi.

DİQQƏT: Bu siyahıda göstərilən məkanlarda yemək yeməzdən öncə ət məhsullarını hardan tədarük etdiklərini hər ehtimala soruşun. Biz Halal Ekosistem olaraq ayda bir dəfə bu siyahını Öz Ət-lə yenidən yoxlayacağıq. Çünki tədarükçülərin tez-tez dəyişməsi mümkündür.

Halal Ekosistem standart biznes kateqoriyası üçün cavabdeh deyil, məsuliyyət daşımır, kəfil deyil, audit (yoxlama) aparmır və məlumatları yeniləmir.

Bizneslərin Təsnifatı haqqında ətraflı məlumat
Halallıq Vəziyyəti:

Biznesin sahibi şəxsi həyatında halallıq qaydalarına riayət edir.

  • Öz Ət biznesini Qala Qoç şirkət vasitəsiylə tanımışıq. Qala Qoçu məhsulları uzun müddətdir ki, Öz Ət maqazinində satılır. Qala Qoç firmasının nümayəndis Xəqani müllim Öz Ət-ə məxsus ətlərin halal olduğunu deyir. Apardığımız müşahidlər də ətlərin halal olduğunu göstərir. Heyvanlar özləri tərəfindən ət kəsim mərkəzində kəsilir.
  • Uzun illər eyni məkanda işləyərək böyük bir müştəri kütləsi qazanması onların dürüst və keyfiyyətli işlədiyinin əlamətidir.

Əlaqə Məlumatları:

+994558978686

Fəaliyyət göstərdiyi şəhərlər:Bakı
Ünvan: Bakı, Nərimanov rayonu, Nazim Haciyev küçəsi, 22C (Nərimanov parkın yanı, dörd yol ayrıcı)

Sosial Media

Məhsul şəkilləri

Ürün Görseli
Ürün Görseli
Ürün Görseli
Ürün Görseli