
Mərcan broyler
Haqqında:
2012-ci ildən etibarən
Toyuqları ekoloji təmiz Ucar rayonunda Azərbaycanın tam mərkəzində yetişdiririk. Burada ətraf mühiti çirkləndirən müəssisələr yoxdur, bu isə məhsulun ekoloji təmizliyini qoruyub saxlayır. İstehsal iki mərhələdən ibarətdir: cücələrin yetişdirilməsi üçün fermalar və ətin qablaşdırılması və istehsalı üzrə zavodlar.
Tamamlanmaq üzrə olan Toyuq İnkubasiya müəsissəmizin istehsal gücü ildə 25 milyon yumurta təşkil edəcək.
Toyuq məhsulları
Mərcan toyuq sosiskası
6 oktyabr 2019-cu il tarixində Bərdə şəhərində "Azerbaijan Poultry Company" şirkətinə məxsus olan yeni quşçuluq kompleksinin təntənəli açılışı olmuşdur. Altı ədəd yeni quş damının inşasını və iki ədəd köhnə damının təmirini başa çatdırdıq. Yeni kompleks, uzaqdan idarəetmə funksiyasına malikdir və ən müasir avtomatlaşdırılmış avadanlıqla təchiz olunmuşdur, bütün quş damları bioloji baxımdan təhlükəsizdir və antibiotik istifadə etmədən quşları yetişdirmək imkanı yaratmaqla istehlakçıları yüksək keyfiyyətli və sağlam quş əti ilə təmin etməyə imkan yaradır.
İlk cücələr 9 oktyabr 2019-cu il tarixində quş damlarına buraxılmışdır. Hər bir quş damının tutumu eyni anda 40,000 cücə yerləşdirməyə imkan verir.
Hazırda fermalarımızı seçilmiş və sağlam toyuqlarla fasiləsiz təmin etmək üçün inkubator binasının tikintisinə başlamışıq.
Qürurla deyə bilərik ki, ölkəmizdə quşçuluq sahəsində ən müasir istehsal prosesi "Azərbaycan Poultry Company" şirkətində qurulmuşdur.
Halal Ekosistem standart biznes kateqoriyası üçün cavabdeh deyil, məsuliyyət daşımır, kəfil deyil, audit (yoxlama) aparmır və məlumatları yeniləmir.
Bizneslərin Təsnifatı haqqında ətraflı məlumatToyuqların kəsilməsini TS OIC/SMIIC 1 standartına əsasən İslam qaydalarına uyğun olaraq əllə həyata keçirir.
Əlaqə Məlumatları:
+994 (50) 261 06 00