27 February 2025

Ramazan Ayında İctimai İaşə Məkanları Üçün Halal Fəaliyyət Qaydaları

Halal Ekosistem|2025 Xəbərləri

Halallıq qaydalarına əsasən Ramazan ayında ictimaiyyətə açıq məkanlarda iftar saatından əvvəl yemək servisi həyata keçirmək icazəli deyil. Bu səbəbdən, restoran və kafelər bir sözlə yemək xidməti göstərən məkanlar yalnız iftar və sahur saatları arasında fəaliyyət göstərə bilər.

Qeyd etmək lazımdır ki, restoran və kafelər gündüz saatlarında açıq qala bilər, lakin iftardan öncə müştərilərə yemək təqdim etməməlidirlər.

Bununla yanaşı, kuryer xidməti göstərənlər Ramazan ayında da normal rejimdə fəaliyyətlərini davam etdirə bilər, çünki bu xidmətlər fərdi sifarişlər əsasında həyata keçirilir və ictimai məkanda açıq yemək servisindən fərqlənirlər.

Halal Ekosistem olaraq əsas məqsədimiz halallıq qaydalarına uyğun fəaliyyət göstərməyə çalışan sahibkarlara dəstək olmaqdır. Ona görə də ölkə üzrə Ramazan ayı ərzində iftardan öncə fəaliyyət göstərməyən, sadəcə iftar-sahur arasında öz fəaliyyətini təşkil edən restoranların siyahsını təqdim edirik. Qeyd edək ki, bilmədiyimiz başqa belə restoranlar da varsa bizə məlumat verməyinizi xahiş edirik:

  1. "Şanlıurfa Restoranı" Həzi Aslanov və İnşaatçılar olmaqla iki filial üzrə fəaliyyət göstərir. Ailəvi məkandır. Öz fəaliyyətini halallıq qaydalarına uyğun şəkildə təşkil edir. İbadət otaqlar var. Restoran haqqında əlavə məlumat üçün daxil olun.
  2. "Hanzade Restoranı" Nəsimi rayonu və Yasamal rayonu olmaqla iki filial üzrə fəaliyyət göstərir. Yasamal rayonu filialı, Elmlər metrosunun yaxınlığında İlahiyyat məscidinə gedən yolda yerləşir. Namaz otağı var. Ailəvi yerdir. Məkan və interyer çox gözəldir. Hər il Ramazan ayında iftardan öncə fəaliyyət göstərmir. Restoran haqqında əlavə məlumat üçün daxil olun.
  3. "Qoç Ət" restoranları hər il olduğu kimi bu il də Ramazan ayında iftardan öncə xidmət göstərməyəcəkdir. Halallıq qaydalarına ciddi şəkildə riayət etməyə çalışırlar. 8 filial ilı fəaliyyət gösətərn restoranın demək olar ki, bütün filillarında hörmətə layiq şəkildə namaz otaqları mövcuddur. Bütün ət məhsulları halaldır. Restoran haqqında əlavə məlumat üçün daxil olun.
  4. "Bursa Restoran" Bakı şəhərində sadəcə bir məkanda Qara Qarayev prospekti 22-də fəaliyyət göstərir. Ailəvi məkandır. Ətraflı məlumat üçün daxil olun.
  5. "Lyuks Dönər Manqalda" Bakı şəhərinin bir neçə məkanında fəaliyyət göstərir. Restoran haqqında əlavə məlumat üçün daxil olun.
  6. "COFFEE Story Cafe" elmlər metrosunun yaxınlığında yerləşən kofe məkanıdır. Daha ətralı məlumat üçün daxil olun.
  7. "Fıstık Restaurant" Bakıda Nərimanov rayonunda yerləşir. Ailəvi məkandır. Dəstəmaz və ibadət üçün çox yüksək səviyyədə şərait mövcuddur. Bütün ət məhsulları "Qoç Ət" brendinə məxsusdur. Restoran haqqında ətraflı məlumat üçün daxil olun.
  8. "Zəncəfil Restoran" City Park Mall-da fəaliyyət gösətərn ailəvi məkandır. Restoran haqqında ətraflı məlumat üçün daxil olun.
  9. "Rain Restoran" Bakı şəhərində sadəcə bir məkanda N.Nərimanov metro stansiyasının yaxınlığında yerləşir. Restoran haqqında əlavə məlumat üçün daxil olun.
  10. "Düşbərə Evi" Restoranı Bakı şəhərində yerləşir. Sosial Sahibkarlıq layihəsidir. Həmçinin yarım fabrikat məhsullarının satışını da həyata keçirir. Restoran haqqında əlavə məlumat üçün daxil olun.
  11. "Chef Muslim Restaurant" Sumqayıt şəhərində yerləşir. Biznes öz fəaliyyətində halal restoran konseptinə riayət etməyə çalışır. Restoran haqqında əlavə məlumat üçün daxil olun.
  12. "Xan Süfrəsi" Sumqayıt şəhərində yerləşir. Nəsimi parkı, Alinea şadlıq sarayının yanı. Ailəvi məkandır. Ətraflı məlumat üçün daxil olun.

Halallıq yoxsa Sosial Məsuliyyət: Halal Biznesin Gücü

Halal Ekosistem olaraq, biznes fəaliyyətini halal prinsiplərə uyğun şəkildə təşkil etməyə çalışan sahibkarlara dəstək göstərmək və bu yanaşmanın onlara həm mənəvi, həm də iqtisadi fayda gətirməsini təmin etmək bizim əsas məqsədimizdir. Bu istiqamətdə, halal prinsiplərin sosial məsuliyyətlə sıx əlaqəli olduğunu vurğulamaq vacibdir.

1. Halal Prinsipləri və Sosial Məsuliyyət

Halal biznes prinsipləri sadəcə dini və etik normaları deyil, eyni zamanda insan hüquqları və ətraf mühitin qorunması kimi sosial məsuliyyət anlayışlarını da özündə cəmləşdirir. Dünyada qadın, uşaq və heyvan haqlarına hörmət göstərən, bu dəyərləri qoruyan və öz fəaliyyətində onlara zərər vurmayan bizneslər beynəlxalq arenada geniş dəstək qazanır. Məsələn, BMT-nin Global Compact təşəbbüsü və OECD-nin korporativ sosial məsuliyyət (CSR) üzrə tövsiyələri, etik və sosial məsuliyyətli biznes modellərinin qlobal səviyyədə önəmini vurğulayır.

2. Halal Davranışın İqtisadi və Sosial Faydalılığı

Araşdırmalar göstərir ki, işçi hüquqlarına, ətraf mühitin mühafizəsinə və sosial ədalətə riayət edən bizneslər həm müştərilər, həm də investorlar tərəfindən daha çox etibar edilir. Bu cür şirkətlər yalnız hüquqi və etik normlara əməl etməklə qalmır, həm də iqtisadi dayanıqlıq və uzunmüddətli uğur əldə edirlər. Halal Ekosistem də bu yanaşmanı dəstəkləyərək, halal prinsiplərə uyğun fəaliyyət göstərən sahibkarlara lokal və gələcəkdə isə həm də beynəlxalq səviyyədə rəqabət üstünlüyü qazandırır.

3. Halal Ekosistem-in Rolu

Biz, halallıq qaydalarına riayət edən bizneslərin sosial məsuliyyətlərini ön plana çıxarmaq və onların bazarda tanınmasını təmin etmək üçün çalışırıq. Halal Ekosistem, halal dəyərlərə sadiq qalan bizneslərin dəstəklənməsi və inkişafı vasitəsilə daha ədalətli və əxaqli dəyərlərin yüksək səviyyədə təmsil olunduğu bir cəmiyyətinin foralaşmasına töhvə verir.