Standart
Logo

Lyuks Dönər Manqalda

Haqqında:

👑 Lyuks Dönər Manqalda

🏪 Since 2017

Restoran öz vebsaytında bütün məlumatları qeyd edib. Bu çox təqdirəlayiq bir amildir. Müştərilər çox rahatlıqla məhsulların qiymətini, tərkibini görə, seçə və sifariş verə bilər.

Halal Ekosistem standart biznes kateqoriyası üçün cavabdeh deyil, məsuliyyət daşımır, kəfil deyil, audit (yoxlama) aparmır və məlumatları yeniləmir.

Bizneslərin Təsnifatı haqqında ətraflı məlumat
Halallıq Vəziyyəti:

Restoranda alkoqollu içkilər verilmir.

Verilən ət məhsullarının halal olduğu deyilir.

  • Kolbasa məhsulları- Sab və ovqat
  • Qırmızı ət- AzProtein. AzProtein AZE SERT Halal qurumundan halallıq sertifikatı alıb. Lakin saytlarından olan məlumata görə sertifikatın müddəti keçən il iyul ayında bitib.
  • Toyuq əti - Banvit. Banvit toyuqlarına Türkiyənin Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən halallıq sertifikatı verilib. Qeyd edək ki, Banvit şirkətinin 80% hissəsi 2017-ci ildə Braziliyada yerləşən BRF S.A.-nın törəmə şirkəti olan BRF GmbH-ə satılıb.

Əlaqə Məlumatları:

📱☎️: *2500

Filiallar:

1. Qarayev - Nizami rayonu, Qara Qarayev pr. 7 (Ruslan 93 Supermarketin yaxınlığı)

2. 9-cu Mikrorayon, Mir Cəlal küç. 63 (Bolmart Supermarketlə üzbəüz)

3. Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küç. 17

4. Həzi Aslanov, Xudu Məmmədov küç. 41

Çatdırılma xidməti 10:00-dan 04:00-a dək aktivdir

İş elanları

Lyüks Dönər Manqalda iş imkanları ilə maraqlananlar üçün: contact@lyuksdoner.az

Fəaliyyət göstərdiyi şəhərlər:Bakı
Ünvan: Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr. 7 (Ruslan 93 Supermarketin yaxınlığı)