Standart

Haqqında:

1981- Dəvəçi Quşçuluq Fabriki fəaliyyətə başlamışdır.

1996- Dəvəçi Quşçuluq Fabrikinin maddi-texniki bazasının yenidən qurulması sayəsində “SƏBA” ASC qurulmuşdur.

2002 - Əsaslı yenidənqurma işləri aparılaraq daha müasir avadanlıqlarla istehsal gücünün artırılması.

2014 - SƏBA Gündəlik mağazaları fəaliyyətə başlamışdır.

"Səba" markası 2024-cü ildən etibarən istehsal həcmini artırır!

Səba brendi adı altında məhsullar artıq Səba Açıq Səhmdar Cəmiyyətinin təsisçiliyi ilə "Chicken Pro" MMC adlı yeni hüquqi şəxs tərəfindən istehsal olunacaq. Belə ki, qoyulacaq olan yeni investisiyalar və təmin olunacaq innovativliklər nəticəsində yaxın qısa müddət ərzində markanın həm istehsal həcmində, həm də satış dükanlarının sayında əhəmiyyətli dərəcədə artım əldə olunması planlaşdırılmışdır. Həcm artımı ilə yanaşı, brendin məhsul çeşidliliyi və həmçinin keyfiyyət faktorlarında da inkişaf əsas prioritetlər olaraq müəyyən edilmişdir. Marka hər zamankı kimi gigiyenik, halal, dünya keyfiyyət standartlarına uyğun istehsalat məqsədini də yerinə yetirməyə davam edəcəkdir!

Səba həm toyuq həm də süd məhsulları istehsalı ilə məşğul olur.

Halal Ekosistem standart biznes kateqoriyası üçün cavabdeh deyil, məsuliyyət daşımır, kəfil deyil, audit (yoxlama) aparmır və məlumatları yeniləmir.

Bizneslərin Təsnifatı haqqında ətraflı məlumat
Halallıq Vəziyyəti:

SƏBA bu ilin avqust ayında GİMDES Sertifikatını Yenilədi.Beynəlxalq Halal Sertifikatlaşdırma qurumu olan “GİMDES” təşkilatı “Səba”ya ilk halal sertifikatını 2014-cü ildə verib. "Səba" şirkəti toyuqların yetişdirilməsi, kəsilməsi və qablaşdırılması prosesində hər zaman İslamın halallıq qaydalarına riayət edərək məhsulların istisnasız halal olması üçün çalışdığını deyir.

-Kəsimxana üzü qibləyə tikilmiş, kəsim prosesi isə əl ilə və gündə beş vaxt namazını qılan, İslam dininin şərtlərinə uyğun yaşam tərzinə malik qəssablar tərəfindən keçirilir.

Səba bu il də Beynəlxalq Halallıq Sertifikatı olan "GİMDES" sertifikatını yeniləmək üçün müraciət edərək, halal, gigiyenik və keyfiyyətli məhsullar istehsal etdiyini bir daha beynəlxalq auditorlara və mütəxəssislərə əyani olaraq nümayiş etdirdi.

SƏBA həmçinin halallıq qaydalarına aid olan "Əməyin mühafizəsi siyasəti", "Keyfiyyətə nəzarət standartları", "Ətraf mühit siyasəti" kimi amillərə də diqqət yetirir.

  • “SƏBA” ASC- bütün fəaliyyətlərində insan həyatını və sağlamlığını ən dəyərli prioritet olaraq qəbul etməkdə, daha təhlükəsiz və sağlam bir iş mühiti yaradaraq, yaşana biləcək istənilən növ qəzanın ən aza endirilməsi və davamlı şəkildə bu siyasətin təkmilləşdirilməsini təmin edir.
  • Halallığın bütün tələblərinə riayət etmək və bu tələblərin pozulmamasında vicdanla iştirak etmək şərtdir.
  • Kifayət qədər məlumata sahib olmadan istehlakçılara və ya müştərilərə məhsulların keyfiyyəti, saxlanma şəraitləri və ya inqridientləri barədə məlumat vermək qadağandır.
  • Məhsulun saxlanma şəraitindən yaranan və insan sağlamlığına biləvasitə təhlükə törədəcək amillərin aşkar edildiyi məhsulların vitrinə düzülməsi və satışı qadağan edilir.
  • “SƏBA” ASC- istehlakçı və müştərilərin təlabatlarını qarşılayarkən bütün fəaliyyətləri çərçivəsində ətraf-mühitin qorunması və tullantıların idarəedilməsini diqqətə alaraq fəaliyyətini davam etdirir. Uzunmüddətli lazımı addımlar ataraq təbiətə və ətraf mühitə dəyəcək ziyanın istehsalatın hər bir mərhələsində minimuma endirilməsi əsas prioritetlərimizdən biridir.

Qaynaqlar

  1. GİMDES heyəti Səbada olub
  2. Yenilənmiş GİMDES sertifikatı
  3. https://www.saba.az/

Əlaqə Məlumatları:

Fəaliyyət göstərdiyi şəhərlər:Bakı
Ünvan: H.Əliyev pr. 1, Xırdalan ş-ri Abşeron r-nu, AZ0100, Azərbaycan