24 December 2024

GİMDES-in onlayn halal sertifikatlaşdırma təlimi başlayır

Halal Ekosistem|2024 Xəbərləri
image

Türkiyədə halal məhsulların sertifikatlaşdırılması və nəzarətini həyata keçirən nüfuzlu GİMDES qurumunun 35-ci Halal və Tayyib Sertifikatlaşdırma və Audit Prosedurları Təlim Proqramı (23-27 Dekabr 2024) başlayır.

Təlim Proqramı Təfərrüatları:

  • Təlimin Adı: Halal və Tayyib Sertifikatlaşdırma və Audit Prosedurları Təlim Proqramı
  • Təlim Yeri: Online
  • Təlim Tarixi: 23.12.2024 - 28.12.2024
  • Təlim Saatı: 09:00 - 17:00
  • Təlim haqqı: 800 TL (39 manat)
  • Son Müraciət Tarixi: 18 Dekabr 2024

GİMDES-in beş günlük təlimi, online formatda keçiriləcək və indiyədək 34 dəfə təşkil olunmuş bu proqramda 632 iştirakçıya sertifikat təqdim edilib. 35-ci dəfə təşkil edilən bu təlimdə qida, dərman, kosmetika, təmizlik və digər ehtiyac məhsullarında halal risklər, sertifikatlaşdırma prosesi, şəriət məsələləri, Halal Zəmanət Sistemi və halal auditor tələbləri haqqında ətraflı məlumat veriləcək.

Təlimin sonunda iştirakçılar yazılı və ehtiyac olarsa şifahi imtahan verəcəklər. İmtahandan uğurla keçənlərə Halal və Tayyib Sertifikatlaşdırma və Audit Prosedurları Təlimində iştirak haqqında sertifikat təqdim olunacaq.

Təlimdə iştirak edəcək təlimçilər:

  1. GİMDES Başçısı: Dr. Hüseyn Kami BÜYÜKÖZER
  2. Kimyaçı və GİMDES Texniki Elmi Şura Üzvü: Dr. Halim AYDIN
  3. GİMDES Fiqh Şurası və İdarə Heyəti Üzvü: Mustafa MERAL
  4. WHC İdarə Heyəti Sədr Müavini: Zafer GEDİKLİ
  5. GİMDES İdarə Heyəti və Texniki Elmi Şura Üzvü: Hayreddin İŞBİLİR
  6. GİMDES İdarə Heyəti və Texniki Elmi Şura Üzvü: Abdulhamit AKSEL
  7. GİMDES Texniki Elmi Şura Üzvü: Timuçin GÜNESEN
  8. GİMDES Texniki Elmi Şura Üzvü: Ali Rıza KURUM
  9. GİMDES Texniki Elmi Şura Üzvü: Mehmet BAYAR
  10. Darü'l Helal Mədrəsəsi Müdir Müavini: Elman NƏCƏFZADƏ

Təlim Proqramına Müraciət Şərtləri və Təfərrüatlar:

  1. Müraciət üçün son tarix: 12 Dekabr 2024. İştirakçı sayı 25 nəfərlə məhdudlaşdırılmışdır.
  2. İştirakçılar İslam dininə mənsub, dini vəzifələrini yerinə yetirən və Halal Həyat tərzini qəbul etmiş şəxslər olmalıdır. Seçim zamanı təhsil səviyyəsi, peşə və təcrübə nəzərə alınacaqdır. İştirakçılar ətraflı və şəkilli CV təqdim etməlidir.
  3. Qeydiyyatın təsdiqlənməsi üçün iştirakçılar öz CV-lərini və təlimə qatılma müraciət ərizələrini info@halalekosistem.com email ünvanına göndərməlidirlər.
  4. Yer dolduqda, digər müraciətlər ehtiyat siyahısına əlavə olunacaq və növbəti təlimlərdə nəzərə alınacaqdır.
  5. Qeydiyyat hüququ qazanan 25 nəfər, aşağıda göstərilən DÜNYA HALAL VAKFI-nın Kuveyt Türk hesabına 800 TL iyanə ödəməlidir. Bu məbləğ Audit Təliminə qatılmaq üçün ödənişdir. Qeyd edək ki, ödəniş məsələsinin texniki işlərində Halal Ekosistem iştirakçılara kömək edəcəkdir.

DÜNYA HALAL VAKFI İBAN Məlumatı: IBAN: TR60 0020 5000 0937 3733 2000 01

Təlimə dair digər təfərrüatlar:

  1. Təlim saatları: Təlim səhər 09:00-da başlayacaq və axşam 17:00-da başa çatacaq.
  2. Halal Sertifikatlaşdırmada çalışan şəxslər: GİMDES xarici qurumlarda sertifikatlaşdırma üzrə auditor, mütəxəssis və ya müşahidəçi kimi fəaliyyət göstərən şəxslər GİMDES sistemində yer ala bilməzlər.
  3. İmtahan nəticələri: Təlimin sonunda imtahan nəticələri iştirakçıların email ünvanlarına göndəriləcəkdir.

Təlim Proqramı

Birinci Gün:

  • İslam dini, dini anlayışlar, Halal və Tayyib Standartları və Halal Sertifikatlaşdırma mövzularında nəzəri və praktik dərslər.

İkinci və Üçüncü Gün:

  • Qida təhlükəsizliyi, İslama əsaslanmayan ISO və Koşer kimi standartlarla Halal və Tayyib Məhsul Təhlükəsizliyi və Halal Zəmanət Sistemi (HGS) üzrə təcrübələr.

Dördüncü Gün:

  • Audit performansı, yoxlama prosedurları və praktiki ssenarilər.

Beşinci Gün:

  • Mövzuların təkrarı, yazılı və ehtiyac olarsa şifahi imtahanın keçirilməsi.

Əlavə: Təlim ilə bağlı bütün sənədlər rəqəmsal formatda iştirakçılara müraciətləri təsdiq olunduqdan sonra təqdim ediləcəkdir.