Standart
Logo

Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyi

Haqqında:

Lisey Bakı Dövlət Universiteti rektorunun və Türkiyə Dəyanət Vəqfinin səlahiyyətli şəxslərinin 13 iyun 1994-cü ildə imzaladığı protokola əsasən Azərbaycan Respublikası təhsil nazirinin 3 avqust 1994-cü il tarixli, 502 saylı əmri ilə Bakı Dövlət Universiteti nəzdində dünyəvi təhsil həyata keçirən lisey olaraq fəaliyyətə başlamışdır.

  • Liseyin bütün xərcləri Türkiyə Dəyanət Vəqfi tərəfindən qarşılanmaqdadır.
  • Liseyin ilk məzun buraxılışı 2001-ci ildə olmuşdur. Məzunlar Azərbaycanın ali məktəbləri başda olmaqla, Türkiyə, Rusiya, ABŞ, Almaniya, Fransa, İsveç, İngiltərə, Polşa, Bolqarıstan və başqa Avropa universitetləri daxil olmaqla dünyanın 40-dan çox ölkəsində təhsilini başa vurmuş, ya da hal-hazırda təhsillərini davam etdirirlər.
  • Liseyə cari tədris ilidə 5 və 8-ci sinifdə oxuyan şagirdlər sənəd verə bilər.
  • Dəyanət liseyində təhsil ödənişli deyil
  • Məktəbin müdiri Kadir Bektaşoğlunun dilindən məktəbin saytında yerləşdirilən müraciətdə liseyin əsas açılış məqsədi belə təsvir edilir: iki qardaş ölkənin dostluq təməllərini möhkəmləndirən, yüksək bilik, mədəniyyət və əxlaq anlayışının mənimsəyən, vətənə, millətə və bayrağına sahib çıxan, dövlətinə xidmət etmək üçün bütün bilik və bacarığını sərf edən, Türk dünyasına və bütün dünyaya sülh, əmin-amanlıq gətirmək üçün əlindən gələni əsirgəməyən, xalqın qarşısında məsuliyyət hiss edən, özünə tam inam, Azərbaycan Dövlətinin mənafeyini qoruyan, milli hədəflərə sadiq, müasir biliklərə yiyələnmiş, çalışqan, fədakar, əxlaqi gənc nəsillər yetişdirməkdir. Müdir öz müraciətində bildirir ki, bir millətin və dövlətin ən böyük sərvəti milli-mənəvi və tarixi dəyərlərinə sahib çıxan gənc nəsillərdir.

Bu linkdən liseyin necə yaxşı bir nəticə göstəridiyini görə bilərsiniz

Halal Ekosistem standart biznes kateqoriyası üçün cavabdeh deyil, məsuliyyət daşımır, kəfil deyil, audit (yoxlama) aparmır və məlumatları yeniləmir.

Bizneslərin Təsnifatı haqqında ətraflı məlumat
Halallıq Vəziyyəti:

Liseyin müdiri Kadir Bektaşoğlu şəxsi həyatında halallıq qaydalarına diqqət edən ictimai bir şəxsdir.

  • Bakı Türk Liseyində şagirdlərin qəbulu tam şəffaf şəkildə həyata keçirilir
  • Bakı Türk Liseyində bütün şagirdlər üçün vahid məktəbli forması mövcuddur.
  • Qızlar dizdən yuxarı ətək geyinə bilməz. Məktəbdə qızlar üçün təbiq edilən dizdən aşağı olan ətəklər diz xəttini önəmli ölçüdə keçməlidir. Qeyd edək ki, “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” haqqında qanuna görə qızların geyindiyi ''ətəyin uzunluğu diz xəttindən aşağı olmalıdır''.
  • Bakı Türk Liseyində qız şagirdlər İslam dini tərəfindən yetkin xanımlar üçün məcburi sayılan hicab geyimindən rahatlıqla istifadə edə bilər.
  • Bakı Türk Liseyində Təhsil Nazirliyinin təlimatı ilə proqrama uyğun bütün dərslər keçilməklə bərabər burada əlavə olaraq türkcə, ərəb fonetikası, mənəviyyat kimi dərslər də keçilməkdədir.Belə ki, şagirdlərə ərəb dilində Qurani-Kərim oxumaq öyrədilir.
  • Liseyin sosial media hesablarında da halallıq qaydalarına diqqət edilir

Əlaqə Məlumatları:

  • 012 597 31 95  

  • 012 597 31 93

Fəaliyyət göstərdiyi şəhərlər:Bakı
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Bəsti Bağırova küç.

Sosial Media