
TAC Gurumi
Haqqında:
Hobi olaraq həm toxuculuq həm tikiş işləri ilə məşğul oluram. Toxuculuğun özünəməxsusluğu onun çox incəlik və diqqət tələb etməsidir. Bu işlə çoxdan məşğul olmağıma baxmayaraq son dörd ildə daha peşəkar yanaşıram. Mən bu işi sevərək görürəm.
Amigurumi 1980-ci ildə Yaponiyada ortaya çıxmışdır. Məqsəd uşaqların sağlamlığına zərərli olmayacaq toxuma oyuncaqların hazırlanmasıdır. Biz toxumalarda ancaq bir neçə Türkiyə istehsalı olan iplərdən istifadə edirik. Oyuncaqlar paltaryuyanda yuyula bilər, heç bir forma dəyişikliyi olmur, pürtümlənmir. Sifariş əsasında istənilən sxemə uyğun fərqli ölçü və rənglərdə oyuncaqlar toxuya bilirik.
- uşaqlar üçün toxunma oyuncaqlar, fərqli kuklalar, uşaqlar üçün diş qaşıyıcı, körpə uşaq səbətləri
Halal Ekosistem standart biznes kateqoriyası üçün cavabdeh deyil, məsuliyyət daşımır, kəfil deyil, audit (yoxlama) aparmır və məlumatları yeniləmir.
Bizneslərin Təsnifatı haqqında ətraflı məlumatTAC Gurumi öz fəaliyyətində halallıq qaydalarına diqqət edir.
- keyfiyyətli iplərdən istifadə
- sıx şəkildə toxuma
- gigyenik qaydalara ciddi riayət
- uşaqların sağlamlığı prioritetimizdir
- uşaqların əxlaqına zərərli ola biləcək dizaynlarda məhsullar hazırlamırıq.