Standart
Logo

SUNAR (bitki yağı)

Haqqında:

Sunar Qrupun şirkətlərindən biri olan Elita Gıda San. və Ticarət. A.Ş Türkiyədə yetişdirilən yağlı toxumları emal edərək bitki yağı istehsal edir. 2006-cı ildə qurulmuşdur. 2012-ci ildə 20 milyon dollar əlavə investisiya ilə hazırkı gücünə çatmışdır.

Sunar Qrupun 40 illik yağ istehsal təcrübəsi sayəsində Elita Gıda İstanbul Sənaye Palatası tərəfindən hazırlanan Türkiyənin sənaye nəhənglərinin siyahısının yer aldığı ISO 500-ə daxil olmuşdur.

Yarım əsrlik təcrübə, 1200-dən çox işçi və geniş məhsul çeşidi ilə Sunar Qrup öz brendi ilə 5 qitədə 113 ölkəyə ixracat həyata keçirir.

Sunar Qrupunun təməli 1970-ci illərin birinci yarısında qurucusu Hacı Nuri Çomunun pambıqtəmizləmə və çəltik tarlalarına qoyduğu sərmayə ilə qoyulmuşdur. 1974-cü ildə qurulan pambıqtəmizləmə və çəltik fabriki Çukurovada pambıqçılıqda yaşanan problemlərə görə günümüzə qədər gəlib çata bilməmişdir. Lakin 1976-cı ildə qrupun ən böyük şirkəti olan Sunar Un ve Yem şirkəti Osmaniye-də un fabriki olaraq təsis edilmişdir. 1985-ci ildə Adana şəhərində "Sunar Mısır", 2006-cı ildə isə NÇS Tarım və Elita Gıda qurulmuşdur

Sunar Group kənd təsərrüfatına əsaslanan sənaye sektorunda 6 fərqli şirkətlə 6 fərqli sahədə fəaliyyət göstərir.

Tamamilə türk kapitalından ibarət olan Sunar Qrupu öz məhsullarını 113 ölkəyə ixrac edir

Sunar firmalarından biri olan "Sunar Mısır", Sorbitol və Maltitol kimi aşağı kalorili dadlandırıcıların istehsalçısıdır. "Sunar Mısır"-in Türkiyənin qarğıdalı nişastası və qlükoza ixracında da əhəmiyyətli payı var. Digər qrup şirkəti Elita Gıda, Türkiyənin qarğıdalı yağı ixracatında lider mövqedədir.

Elita Gıda öz məhsullarını aşağıdakı markalar altında satır. Bu markaların hamısına GİMDES trəfindən halallıq sertifikatı verilmişdir:

  • Ashraf, Elimar, Elita, Günüm, Hüner,Lamser,Lezole, Medar, Naxeel, Oliya, Rüya, Sharif,Sunar, Sunmar, Sunoil, Turkoli

Onu da əlavə edək ki, istehsal prosesindən dolayı Sunar məhsullarının üzərində GİMDES-in logosu olmaya bilər.

Halal Ekosistem standart biznes kateqoriyası üçün cavabdeh deyil, məsuliyyət daşımır, kəfil deyil, audit (yoxlama) aparmır və məlumatları yeniləmir.

Bizneslərin Təsnifatı haqqında ətraflı məlumat
Halallıq Vəziyyəti:

Sunar Şirkətlər Qrupunun rəhbəri Nuri Çomu halallıq qaydalarına diqqət edən tanınmış şəxslərdən biridir.

Hal-hazırda Sunar Qrupu Fəxri Başçısı olan Hüseyn Nuri Çomu 2017 ilində Türkiyənin İlim Yayma Cemiyeti Adana Şubesi İdarə Heyətinin sədri seçilmişdir. Qeyd edək ki, İlim Yayma Cemiyeti Türkiyədə halal yaşam üçün fəaliyyət göstərən tanınmış bir qurumdur.

  • Sunar GIDA şirkəti demək olar ki, bütün məhsulları üçün GİMDES-dən halallıq sertifikatı almışdır. Sertifikatları həm Sunar-ın öz saytında həm də GİMDES-in saytında görə bilərsiniz.
  • Burada ən önəmli nüans isə Sunar şirkətinin 2010-cu ildən etibarən fasiləsiz şəkildə GİMDES sertifikatını yeniləməsidir. Bu ona göstərir ki, şirkət artıq öz istehsal prosesini tam şəkildə GİMDES standartlarına uyğun şəkildə qurub.
  • Şirkət istehsal prosesi ilə bağlı olaraq bəzi hallarda məhsulların üzərinə GİMDES-in loqosunu vurmaya bilir.
  • Elita Qida həmçinin aşağıdakı sertifikatlara da sahibdir. "ISO 9001 Keyfiyyət İdarəetmə Sistemi", "ISO 22000 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi", "ISO 10002 Müştəri Məmnuniyyəti İdarəetmə Sistemi", "Helal Qida Zəmanət Sistemi", "FSSC 22000 Qida Təhlükəsizliyi Sistemi", "ISO 27001 Məlumat Təhlükəsizliyi İdarəetmə Sistemi", "KOSHER", "IQNET" və "TSE Məhsul Uyğunluğu", "OHSAS 18001 İş Sağlamlığı və Təhlükəsizliyi İdarəetmə Sistemi", "ISO 14001 Ətraf Mühit İdarəetmə Sistemi"
  • Həmçinin şirkət tərəfindən 2017-ci ildə Nuri Çomu Eğitim, Kültür, Manevi Değerlere Hizmet ve Yardımlaşma Vakfı qurulmuşdur. Fondun əsas vəzifələri İslam dininin əmrləri çərçivəsində daha yaxşı fərdlər yetişdirmək və mənəvi və elmi dəyərlərin tədrisinin davamlılığını və qorunmasını təmin etməkdir.
Fəaliyyət göstərdiyi şəhərlər:Bakı
Ünvan: Büyük supermarketlərin əksəriyyətində

Sosial Media