Standart
Logo

Sosial Yardımlaşma Dərnəyi

Haqqında:

Sosial Yardımlaşma Dərnəyi bir qrup gəncin bir araya gəldiyi ictimai yardım platformasıdır. Dərnək gənclər tərəfindən idarə edilir. Onların hamısı sizin əmanətləri ehtiyac sahiblərinə çatdırır.

  • Dərnək yardım fəaliyyəti üçün hər hansı maddi qazanc təmin etmir.
  • Hər kəs tam könüllü şəkildə bu işi icra edir, hər hansı əmək haqqı və digər ödənişlər alınmır.

Əsasən maddi vəziyyəti aşağı olan ailələrə, iş qabiliyyəti olmayan şəxslərə dəstək göstərən Sosial Yardımlaşma Dərnəyi 2020-ci ildə ictimaiyyətə açıq şəkildə öz fəaliyyətini davam etdirməyə başlamışdır. Bu vaxta qədər də yenə könüllü gənclərin dəstəyi ilə ehtiyac sahibi vətəndaşlarımıza yardım göstərilmişdir.

Su quyusu

Sosial Yardımlaşma Dərnəyi olaraq bizə müraciət edən ucqar kəndlərdə yaşayan ailələrə su quyusu qazılmışdır.

İmkansız ailələrə ərzaq yardımı

4 illik fəaliyyətimizdə hər ay mütəmadi olaraq yoldaşını itirmiş və boşanmış ehtiyac sahibi ailələrə və kimsəsiz uşaqlara sizin dəstəyinizlə yardım edirik.

Uşaqların təhsillərinə dəstək

Sosial Yardımlaşma Dərnəyi olaraq hər il bizə müraciət edən ehtiyaclı uşaqlara çanta, məktəb ləvazimatları və s. kimi yardımlar edirik.

  • Dərnəyin fəaliyyəti tam şəkildə şəffafdır. İstənilən şəxsə hesabat verilir.
  • Dərnəyin məqsədi ölkəmizdə xeyriyyəçiliyi yaymaq, cəmiyyətin sosial dəstəyə ehtiyacı olan qrupu ilə sosial durumu yaxşı olan təbəqəsi arasında körpü rolu icra etməkdir.

Halal Ekosistem standart biznes kateqoriyası üçün cavabdeh deyil, məsuliyyət daşımır, kəfil deyil, audit (yoxlama) aparmır və məlumatları yeniləmir.

Bizneslərin Təsnifatı haqqında ətraflı məlumat
Halallıq Vəziyyəti:

Dərnəyin idarə heyəti şəxsi həyatında halallıq qaydalarına riayət edir.

  • Bütün fəaliyyətin hesabatı təqdim edilir.
  • Fəaliyyətin şəkil və videoları paylaşılır.
  • Hər bir iyanə verən özü də birbaşa yardım prosesində iştirak edə bilər
  • Puldan çox ehtiyac duyulan vasitələrin təmin edilməsinə üstünlük verilir.
  • Xeyriyyə fəaliyyəti halallıq qaydalarına uyğun şəkildə icra edilir.
Fəaliyyət göstərdiyi şəhərlər:Bakı
Ünvan: Bakı

Məhsul şəkilləri

Ürün Görseli
Ürün Görseli