Standart
Logo

Siyəzən Broyler

Haqqında:

“Siyəzən Broyler” ASC quşçuluq fabriki 1984-cü ildə Heydər Əliyevin təşəbbüsü və şəxsi nəzarəti altında tikilib istifadəyə verilmişdir.

Hal-hazırda fabrikdə 1000 nəfərə yaxın işçi çalışır. Müəssisənin öz məlumatına görə qapalı şəraitdə təbii üsul ilə yetişdirilən quşlar bioloji təmiz və saf Şollar suyu ilə və ən yüksək keyfiyyətli yemlə bəslənilir. Qeyd etmək lazımdır ki, müəssisə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində qeydiyyatdan keçmiş və reyestrdən çıxarış təqdim olunmuşdur. Həmçinin müəssisənin bütün istehsalat zənciri beynəlxalq qida təhlükəsizliyini idarəetmə sistemlərinə uyğunlaşdırılaraq HACCP, ISO 22000-2005, MS 1500-2009 sertifikatlarına layiq görülmüşdür. Təsərrüfatda Hollandiyanın “HatchTech” firmasına məxsus 2.200.000 damazlıq yumurta qəbul gücünə malik inkubatoriya fəaliyyət göstərir. Həmçinin quşların böyüdülüb saxlanılması üçün Macarıstanın “Baboylo” firmasının inşa etdiyi 168 bina var.

Halal Ekosistem standart biznes kateqoriyası üçün cavabdeh deyil, məsuliyyət daşımır, kəfil deyil, audit (yoxlama) aparmır və məlumatları yeniləmir.

Bizneslərin Təsnifatı haqqında ətraflı məlumat
Halallıq Vəziyyəti:

Şirkətin öz məlumatına görə, “Siyəzən Broyler” üçün halallıq prioritet məsələ olduğundan, müəssisə Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən və JAKIM tərəfindən akkreditasiyadan keçirilmiş KASCERT-ə müraciət etmişdir. Bu təşkilat tərəfindən müəssisəyə baxış keçirilərək Halal auditlər aparılmış, heç bir uyğunsuzluq aşkarlanmadığı üçün müəssisə Malayziyanın MS 1500:2009 Halal standartına uyğun olaraq sertifikatlaşdırılmışdır.

  • Şirkətin öz instaqram hesabında toyuqların bir-bir əllə kəsilməsi ilə bağlı video paylaşılmışdır. Həmçinin Keyfiyyət Assosiasiyası AzeSERT HALAL siyəzən toyuqlarının halal olduğunu bildirib.
  • Şirkətin sosial media hesabında bir şəxsə verilən cavabda qeyd edilir:

''Müəssisəmiz sertifikatlaşdırma qurumu araşdıran zaman Gimdes-in akkreditasiyasının olmadığı üçün Malayziyanın JAKİM təşkilatı tərəfindən akkreditasiyası olan, Türkiyənin KasCert sertifikatlaşdırma qurumuna müraciət etmişdir.

Bundan sonra Müəssisədə kompleks araşdırmalar və Halal auditlər (Yemləmə,Yetişdirmə və Kəsim prosesləri) aparıldıqdan sonra Malayziyanın MS 1500 2009 Halallıq standartına uyğun sertifikatlaşdırılmışdır. Həmçinin “KasCert” LTD (Türkiyə) və “AzeSertHalal” MMC (Azərbaycan) tərəfindən Kəsim prosesi 24/7 olaraq İP kameralarla izlənilir.''

  • Yuxarıdakı bütün qeyd edilənlərə rəğmən Halal Ekosistem özü də bir başa çox güvənli bir neçə mənbədən "Siyəzən" toyuqlarının halal olması ilə bağlı məlumat əldə etmişdir.

Əlaqə Məlumatları:

Fəaliyyət göstərdiyi şəhərlər:Bakı
Ünvan: Siyəzən şəhəri, Siyəzən rayonu, Azərbaycan, AZ5300

Sosial Media