
Nəfis Dad (ət məhsulları-dönər)
Haqqında:
"Nəfis Dad" beş ildən çoxdur ki fəaliyyət göstərir. Hal-hazırda 20-yə yaxın rəsmi işçisi var. Sumqayıtda hər kəsin gəlib görə biləcəyi əl çatan bir yerdə istehsalla məşğul olması isə diqqət çəkən faktdır. Biznesi idarə edən sahibkar halallıq qaydalarına ciddi şəkildə riayət etməkdədir. Müəssisədə hal-hazırda təkmilləşdirmə işlər gedir.
Halal Ekosistemin icraçı direktoru biznesin sahibi ilə yaxın təmasdadır və fəaliyyəti nəzarət etməkdədir.
"Nəfis Dad"ın müştəriləri
- Şanlıurfa Restoranı bütün ət məhsullarını
- Bursa Restoranı toyuq və ət dönərini
- Başkənd restoranı ət dönərini
- Qoç Ət toyuğun bəzi hissələrini
İlk əvvəl tanınmış restoranlardan birində uzun müddət dönərçi olaraq işləyib. Burada ciddi təcrübə qazanıb. Daha sonra isə özü dönər istehsalına başlayıb. Dörd uşaq atasıdır. Gələcəkdə xammalı da özü tədarük edə bilmək üçün övladlarından birini Türkiyədə baytarlıq üzrə təhsil almağa göndərib.
Halal Ekosistem standart biznes kateqoriyası üçün cavabdeh deyil, məsuliyyət daşımır, kəfil deyil, audit (yoxlama) aparmır və məlumatları yeniləmir.
Bizneslərin Təsnifatı haqqında ətraflı məlumatBiznesin sahibi öz şəxsi həyatında halallıq qaydalarına riayət edir.
Halal Ekosistemin icraçı direktoru biznesin sahibi ilə yaxın təmasdadır və fəaliyyəti nəzarət etməkdədir. Qeyd edək ki, sahibkar ziyarətlə bağlı ünvanladığımız təklifi çox xoş qarşılayaraq bizi böyük məmnuniyyətlə qarşıladı və hər şeyi sıfırdan izah etdi.
- Sahibkar xammalın (ət,pis, quyruq və s) təmin edilməsində halallıq qaydalarına ciddi şəkildə diqqət edir. Mənbəyindən əmin olmadığı xammalı istehsal müəsissəsinə qəbul etmir.
- İşçilərinə qarşı halallıq qaydalarına uyğun şəkildə davranır, onların haqlarına diqqət edir.
- Xammal kimi istifadə edilən qırmızı ət məhsullarını özləri tərəfindən təyin edilən qəssablar tərəfindən kəsilir.
- Xammal kimi istifadə edilən toyuqlar Payım şirkətindən təmin edilir.
- Xammal kimi istifadə edilən quyruq Şəkidə özləri tərəfindən müəyyən edilən qəssablardan təmin edilir.
Əlaqə Məlumatları:
+994556944316
Sosial Media
Məhsul şəkilləri
