
Mech Edu Hub Academy
Haqqında:
Mech Edu Hub Academy olaraq mühəndislik istiqamətində günümüzün tələblərinə uyğun kurslar təşkil edirik.
Təlim bakalavr və magistr tələbələri, yeni məzunlar, həmçinin karyerasına yeni başlayan gənc mühəndislər üçün nəzərdə tutulmuşdur. Proqramın əsas məqsədi iştirakçıları iş mühitində tələb olunan praktiki bilik və bacarıqlarla təmin etməkdir.
Mexanika mühəndisliyi təlimi və onun üstünlükləri:
- Proqram 4 əsas istiqamət üzrə biliklərinizi gücləndirməyə imkan yaradacaq: a. Mexanika mühəndisliyinin təməlləri b. Fırlanan avadanlıqlar (nasoslar, kompressorlar, turbinlər və s.) c. Statik avadanlıqlar (boru sistemləri, istilikdəyişdiricilər, təzyiq çənləri və s.) d. Təmir strategiyaları və etibarlılıq
- İş mühitində zəruri olan nəzəri və praktiki biliklərin inkişafına dəstək.
- Əyani və onlayn formatda iştirak imkanı.
- Təlimi müvəffəqiyyətlə başa vuran iştirakçılar sertifikatla təmin olunur
- Karyera inkişafınızı dəstəkləyəcək mentor dəstəyi, yerli və beynəlxalq şirkətlərin iş müsahibələrinə hazırlıq, həmçinin real iş təcrübəsi qazanmaq imkanı təqdim olunur.
- İstənilən vaxt istifadə edə biləcəyiniz dərs materialları (video və PDF formatında) təqdim olunur.
Qeyd: Təlimlərin keyfiyyətinə əmin olmaq üçün əvvəlki dərslərdən nümunələrlə tanış ola və ya sınaq dərslərinə qoşula bilərsiniz.

Mexanika mühəndisliyi sahəsində bakalavr və magistr təhsilimi Bakı Mühəndislik Universitetində bitirmişəm. Hal-hazırda xarici bir enerji şirkətində mühəndis olaraq işləyirəm.
Halal Ekosistem standart biznes kateqoriyası üçün cavabdeh deyil, məsuliyyət daşımır, kəfil deyil, audit (yoxlama) aparmır və məlumatları yeniləmir.
Bizneslərin Təsnifatı haqqında ətraflı məlumatSüleyman Nəcəfov şəxsi həyatında halallıq qaydalarına riayət edir. O həmçinin Halal Biznes Bələdçisi kursuna qatılmaqla halal şəkildə pul qazanma yollarını da öyrənmə niyyəti olduğunu göstərmişdir.
- Açıq-aydın haram sektorda işləyəciyi bilinən şəxslərə kurs satılmır. Tələbələri qəbul edərkən onların fəaliyyət istiqaməti öyrənilir.
- İştirakçılara yalan, əsası olmayan, şişirdilmiş vədlər verilmir.
Əlaqə Məlumatları:
Məhsul şəkilləri

