
Kirtun (Rəsm Sifarişləri)
Haqqında:
Kirtun, sənət əsərləri vasitəsilə rəssamlığı dəyərlər çərçivəsində icra etməyə çalışan bir sənətkarlıq fəaliyyətidir. Bizim üçün yalnız əsərlərin vizual keyfiyyəti deyil, onların halal çərçivədə və mənəvi məsuliyyətlə hazırlanması da ən az sənətin özü qədər önəmlidir.
Kirtun kətan, kağız, taxta, çanta, papaq, divar, kötük dilimləri və digər səthlər üzərində profesional rəsm sifarişləri qəbul edir. Bununla yanaşı, xəttatlıq və kaligrafiya sahəsində – tam peşəkar olmasa da – İslam mədəniyyətinə əsaslanan dekorativ tablolar da hazırlayır.
Kirtun, öz missiyası ilə təkcə sənət məhsulları təqdim etmir – eyni zamanda halal qaydalara riayət edən sənətkarlar üçün nümunəvi bir yol göstərir. Bu fəaliyyət, İslam prinsiplərinə sadiq qalan bir rəssamlıq anlayışını təşviq edir, sektorda bu istiqamətdə işləmək istəyənlərə ilham verib bələdçilik edir.

Halal Ekosistem standart biznes kateqoriyası üçün cavabdeh deyil, məsuliyyət daşımır, kəfil deyil, audit (yoxlama) aparmır və məlumatları yeniləmir.
Bizneslərin Təsnifatı haqqında ətraflı məlumatKirtun biznesini idarə edən və səhifədəki əsərləri hazırlayan şəxs halallıq qaydalarına riayət etməyə çalışır.
Biznes halallıq qaydalarına zidd ola biləcək sifarişləri qəbul etmir.
✅ Halal:
- Təbiət rəsmləri (ağac, dəniz, dağ, günəş və s.)
- Abstrakt sənət
- Məkanlar, arxitektura, interyer dizaynlar
- Bitkilər, meyvələr, yazılar
- Xəttatlıq (kaligrafiya), xüsusilə Quran ayələri və İslam sitatları
❌ Şübhəli və ya haram ola biləcək hallar:
- İnsan və ya heyvanların realist baş və bədən təsvirləri, xüsusilə gözlər, sifət canlılığı olan detallı rəsmlər (bu fiqh məktəbinə görə dəyişə bilər; bəzi alimlər qadağan, bəziləri icazəli sayır – ehtiyatlı olmaq daha doğrudur).
- Qadın rəsmi
- İslam dini tərəfindən qadağan edilmiş şeylərin təsviri (alkoqol, qumar, musiqi alətləri, haram həyat tərzini tərənnüm edən məzmunlar)
- Digər dinlərə aid simvollar, atributlar və adətlər.
- Başqasının rəsmini və ya dizaynını icazəsiz istifadə etmək. Qul haqqı sayılır. Buna görə də mütləq şəkildə ya öz əsəriniz olmalı, ya da istifadə üçün icazə alınmalıdır.
Əlaqə Məlumatları:
Məhsul şəkilləri



