Standart

Haqqında:

İsra Əmlak yeni (2025) fəaliyyətə başlamışdır. Hələ ki, Bakı və Xırdalan ərazilərində ev alqı-satqısı və kirayə işləri ilə məşğul olur. Gələcəkdə başqa ərazilərdə də xidmət göstərmək planı var.

Əsas fərqimiz

  1. Biz sadəcə evlərin müsbət tərəflərini yox həm də mənfi tərəflərini də bildiririk.
  2. Müştəriyə düzgün seçim etməsi üçün kömək göstəririk
  3. İnvestisiya məsələhəti veririk
Məsul şəxs: Cəfər & İsmi
İşletme Sahibi Fotoğrafı

Halal Ekosistem standart biznes kateqoriyası üçün cavabdeh deyil, məsuliyyət daşımır, kəfil deyil, audit (yoxlama) aparmır və məlumatları yeniləmir.

Bizneslərin Təsnifatı haqqında ətraflı məlumat
Halallıq Vəziyyəti:

Biznesin sahibləri şəxsi və biznes həyatlarında halallıq qaydalarına çox ciddi şəkildə riayət edirlər.

  • Müştərilər qəti şəkildə aldadılmır.
  • Müştərilər tam, ətraflı məlumatlandırılır, onlardan heç nəyi gizlədilmir
  • Hər iki tərəflə olan münasibətlərdə qəti şəkildə and içməyə yol verilmir.
  • Əmlakı ifrat dərəcədə tərifləmək, onda olan vəsfləri şişirtmək qadağandır.

Daha ətraflı:

  • Qüsurun Gizlədilməməsi (tədlis qadağası): Əmlakın hər hansı bir gizli problemi (su sızması, sənəd qüsurları, təməl zəifliyi, qonşuluqdakı səs-küy və s.) mütləq müştəriyə bildirilməlidir. Evi satmaq xatirinə bu detalları gizlətmək əldə olunan qazancı haram edir.
  • Müştərinin Hüquqi Maarifləndirilməsi: Sadəcə obyekti satmaqla kifayətlənməyib, istehlakçını əmlakın real hüquqi vəziyyəti (çıxarışın olub-olmaması, təyinatı, qeydiyyatdakı şəxslər) barədə tam məlumatlandırmaq əsas vəzifədir.
  • Süni Qiymət və Vəsf Şişirtməsindən Uzaq Olmaq (Nəcəş qadağası): Əmlakı ifrat dərəcədə tərifləməmək vacibdir. Həmçinin, bazarda müştəridə yalandan tələsmə hissi yaratmaq üçün "başqa müştərilər də var, sabah qiymət qalxacaq" kimi reallığı əks etdirməyən manipulyasiyalar qadağandər.
  • Vasitəçilik Haqqının Dəqiq Olması (Ğərarın olmaması): "İsra Əmlak"ın xidmət haqqı (faiz və ya sabit məbləğ) əqdin əvvəlində hər iki tərəfə aydın, şəffaf şəkildə bildirilməlidir. İşin sonunda gizli xərclər və ya "şirinlik" adı ilə əlavə tələblər irəli sürülə bilməz.
  • "Qapalı Qapılar" Arxasında Sövdələşməmək: Vasitəçi (makler) satıcının təyin etdiyi qiymətin üzərinə ondan xəbərsiz böyük məbləğlər qoyub alıcıya sata bilməz (neçəyə bacarırsan sat, amma mənə bu qədər verəcəksən şəklində razılaşmaq olar). Vasitəçinin qazancı əvvəlcədən razılaşdırılmış komissiya olmalıdır.
  • Faizli (Ribalı) Əməliyyatlara Bələdçilik Etməmək: İpoteka, faizli kredit kimi haram yollarla ev alqı-satqısına vasitəçilik etmək olmaz. Alqı-satqı təmiz nağd şəkildə tərəflər arasında bitməlidir.
  • Hər İki Tərəfin Haqqının Qorunması: Vasitəçi sadəcə ona komissiyanı ödəyən tərəfin (məsələn, satıcının) deyil, həm də alıcının hüquqlarını qorumalıdır. Çünki İslam fiqhində vasitəçi hər iki tərəfin güvəndiyi "Əmin" (etibarlı) şəxs statusundadır. O, obyektiv bazar qiymətinin formalaşmasına xidmət etməlidir.
  • Haqsız Mənimsənilmiş Əmlaklardan İmtina: Sənədlərində ciddi saxtakarlıq şübhəsi olan, vərəsələrin haqqı tapdalanmış və ya qəsb edilmiş (zülmlə əlindən alınmış) əmlakların satışı və kirayəsinə vasitəçilik etmək qəti qadağandır.

Azərbaycan bazarı əmlak xidmətləri üçün çox güclü potensiala sahibdir. Dürüstlük və şəffaflıq prinsiplərinin ən çox pozulduğu, insanların aldadılıb zərərə uğradığı və mübahisələrin ortaya çıxdığı əsas sektorlardan biri də əmlak sektorudur. İsra Əmlak-ın bu sektorda nümunəvi bir cığır açacağına inanırıq.

Əlaqə Məlumatları:

0505780509
Fəaliyyət göstərdiyi şəhərlər:BakıXırdalan
Ünvan: Xırdalan

Sosial Media