
Damla İctimai Birliyi
Haqqında:
“Damla”İB xeyriyyə qurumu olaraq – aztəminatlı ailələrə, valideyn himayəsindən qismən və ya tamamən məhrum uşaqlara, fiziki əngəlli insanlara və tənha yaşayan ehtiyaclı durumda ahıllara, imkansız tələbə gənclərə və təbii fəlakətlər nəticəsində yardıma möhtac əhaliyə, əməliyyat və müalicə üçün maddi dəstəyə ehtiyaclı soydaşlarımıza ünvanlı yardımların göstərilməsi məqsədilə yaradılmışdır. 2008-ci ildə könüllü yardımsevərlərin təklif və işgüzarlığı ilə kiçik yardım aksiyaları olaraq başlayan fəaliyyət 2010-cu ildə QHT olaraq Azərbaycan Dövlət Ədliyyə Nazirliyinin rəsmi qeydiyyatına alınmıştır.
Fəaliyyətləri
Yardıma ehtiyaclı ailə və şəxslərin sosial problemlərinin araşdırılması və xeyirsevər dəstəyi ilə yardımların göstərilməsi
- Ərzaq yardımı
- Sosial yardım (geyim və məişət avadanlığı, odun ehtiyacı və s)
- Tibbi yardım
- Təhsil yardımı
- Mənəvi-psixoloji dəstək
- Təmir-tikinti işlərində yardım
Missiya
Xalqımızın tarixən sahib olduğu zəngin xeyriyyəçilik ənənələrinə sadiq olaraq:
- Xeyriyyəçilik mədəniyyətinin inkişafı və ictimaiyyətdə geniş tətbiqinə çalışmaq
- Ədalətli olaraq və heç bir sosial , dini və irqi fərq qoymadan aztəminatlılara yardım göstərmək
Prinsip
- İşimizdə hər zaman şəffaf olmaq
- Vicdanla və son dərəcə keyfiyyətli çalışmaq
- Xeyirsevərlər və ehtiyaclılar arasında vasitəçi olmaq
- Mükəmməl və peşəkar fəaliyyətlə cəmiyyətin bütün təbəqələri ilə əməkdaşlıq etmək
Halal Ekosistem standart biznes kateqoriyası üçün cavabdeh deyil, məsuliyyət daşımır, kəfil deyil, audit (yoxlama) aparmır və məlumatları yeniləmir.
Bizneslərin Təsnifatı haqqında ətraflı məlumatDamla İctimai Birliyinin idarə heyəti şəxsi həyatında halallıq qaydalarına riayət edir.
- Xeyriyyə qurumu uzun illərdir heç bir problem olmadan, özü haqqında hər hansı şübhə halı yaratmadan xeyriyyə fəaliyyətinə davam edir.
- Ölkəmizdə rəsmi şəkildə və bu qədər geniş istiqamətli xeyriyyə fəaliyyəti həyata keçirən ilk qurum sayılır.
- Damla İB dürüst və səmimi çalışan bir qurumdur.
Əlaqə Məlumatları:
Ofis Telefonu: +994 (12) 513 26 47
Sponsorlarla İş Bölməsi: +994 (50) 351 11 44
Valideynini İtirmiş Uşaqlarla İş Bölməsi: +994 (70) 204 25 45
Aztəminatlı Ailələrlə İş Bölməsi: +994 (70) 204 25 75
Məhsul şəkilləri


