Standart
Logo

Bərdə Broyler

Haqqında:

"MA Bərdə Broyler" 2018-ci ildən broyler toyuq ətinin yetişdirilməsi və satışı ilə məşğuldur. Fəaliyyətə başladığı dövrdə istehsal sadəcə diri broyler toyğunun yetişdirilməsinə əhatə edirdi. 6 il ərzində iri quş yetişdirilməsini 50 min baş həcmindən 180 min həcminə qaldırdı. Bundan əlavə, aylıq istehsal gücü 400 ton toyuq əti olan yeni kəsimxana quruldu. Müəssisə Bərdə rayonunun Ərəblər kəndində yerləşir. Bura toyuqların yetişdirilməsi üçün 16 ferma, yem istehsal sahəsi və müasir standartlara cavab verən kəsimxana daxildir.

  • Müəssis beynəlxalq ISO 9001, ISO 22000, HACCP və Halal sertifikatlarına sahibdir.
  • Yediyimiz toyuğun ləzzəti onun necə qidalanmasından və hansı şəraitdə böyüməsindən çox aslıdır. Belə ki, cücələr xüsusi şəraitdə böydülməli və keyfiyyətli yemlə qidalanmalıdır. Ona görə də Bərdə broyler toyuqların yemini özü istehsal edir. Bunun üçün aylıq istehsal gücü 300 ton olan yem istehsal xətti qurulub. Hal-hazırda 180 min kapasitəli 10 ferma fəaliyyət göstərir. Bərdə broyler toyuqları qısa zamanda 3 beynəlxalq sertifikata layiq görülüb.
  • 2024-cü ilin fevral ayında İNCERT çirkəti tərəfindən “MA Bərdə Broyler” MMC-də ISO 9001 və ISO 22000 standartları üzrə sertifikatlaşdırma auditi həyata keçirilib.
  • "Bərdə Broyler" ASC 2022-ci ili 36 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 35 min manat xalis mənfəət ilə bağlamışdı.
  • Ölkəmizdə yüksək keyfiyyət və halallığı ilə bilinən "Qoç Ət" şirkəti öz brendi altında satdığı toyuqları məhz Bərdə broylerdən əldə edir.

Şirkətin istehsal məkanı və şəraiti haqqında ətraflı məlumatı bu linkdəki videonu izləyə bilərsiniz.

Halal Ekosistem standart biznes kateqoriyası üçün cavabdeh deyil, məsuliyyət daşımır, kəfil deyil, audit (yoxlama) aparmır və məlumatları yeniləmir.

Bizneslərin Təsnifatı haqqında ətraflı məlumat
Halallıq Vəziyyəti:

Biznesin direktorluq vəzifəsini icra edən şəxs halallıq qaydalarına riayət etməyə çalışır.

  • Şirkət bütün istehsal prosesi zamanı halal istehsal qaydalarına riayət edir.
  • Şrikətin istehsal etdiyi toyuq məhsulları tam şəkildə halaldır..şıö
  • Toyuqların hər biri İslami qaydaya uyğun olaraq tək-tək əllə kəsilir və gigyenik qaydalara uyğun olaraq qablaşdırılır.
  • Şirkətin məhsullarına Malayziya dövlətinin dini standartlaşdırmalar üzrə JAKİM təşkilatı tərəfindən halallıq sertifikatı verilmişdir. İstehsal müəssisəsinin cücə yetişdirmə yerlərində, kəsimxanalarında, saxlama məntəqələrində, qablaşdırma prosesinin həyata keçirildiyi mərkəzlərdə, daşınma vasitələrində və s. kimi obyektlərində həyata keçirilən yoxlamalara əsasən “Bərdə Broyler” ASC-nin məhsulları bütün halallıq və din tələblərinə tam uyğundur.
  • Şirkət öz məhsullarının istehsalında beynəlxalq standartlara riayət edir. Sənaye mühitində böyüdülən toyuqlarda bir-birinə sıx yaşadıqları üçün xəstəlik törədən mikroorqanizmlərin inkişaf etməməsi üçün yüksək dozda antibiotik və dezinfeksiyaedicilər vurulur ki, bu da insan orqanizmində antibiotiklərə olan dirənişi artırır, immun sistemini aşağı salır, bağırsaq mikroflorasını məhv edir. Standartlara görə, ətlik toyuqlar kəsimə gedəcəksə, 7 gün əvvəl antibiotik və dərmanlı qidaların verilməsi dayandırılmalıdır. Kəsimə gedən toyuqlar çox vaxt 6-7 həftəlik olur. Buna səbəb satışda azçəkili toyuğu tələbatın olmasıdır. Kəsilən quşlar təmizləndikdən sonra xlordioksidli soyuq suda saxlanılır, daha sonra soyuduculara verilir. Kimyəvi maddəli sudan istifadənin məqsədi məhsulun uzun müddət təmiz qalmasını saxlamaq və mikroblardan uzaq qalması məqsədini daşıyır. Çəkisi müəyyən edildikdən sonra qablaşdırılır. Araşdırmasına görə, 1930-cu illərdən bu yana dünyada ən çox quşçuluq məhsullarının geni dəyişdirilib. Əgər 1957-ci ildə bu toyuqların çəkisi 905 qram idisə, 2005-ci ildə broyler toyuqları 4 kiloqram ağırlığına çatıb.

Əlaqə Məlumatları:

"Bərdə Broyler" şirkətinin toyuq məhsulları "Baravo" və "Araz" supermarketlərində satılır.

Fəaliyyət göstərdiyi şəhərlər:Bərdə
Ünvan: Bakı şəhəri

Məhsul şəkilləri

Ürün Görseli
Ürün Görseli
Ürün Görseli
Ürün Görseli
Ürün Görseli
Ürün Görseli