Standart
Logo

Bein Systems - Rəqəmsal Biznes Həlli

Haqqında:

Biznesi itkisiz və stressiz idarə et
◽Orta biznes üçün vahid rəqəmsal həll
◽Satış, POS, kassa — bir sistemdə

BEIN SYSTEMS - biznes proseslərinin idarə və inkişaf olunması üçün proqram təminatı hazırlamaq və tətbiq etmək üzrə dinamik inkişaf edən bir IT şirkətidir.

Hədəf - ticarətin, anbar əməliyyatlarının və müştərilərlə münasibətlərin idarə edilməsi üçün effektiv və əlçatan alətlərin təmin edilməsi.

Məhsullar:

  • AKUL: Ticarətin və anbarın idarə olunması üçün kompleks həll. AKUL həm pərakəndə, həm də topdan satışlar üçün, anbarlarda malların hesablanması, debitor və kreditor əməliyyatların həll edilməsi üçün uyğun proqram təminatıdır. Proqramda həmçinin istehsal və işçilərin idarə olunması modulu yerləşdirilib, bu da onu iş üçün əvəzsiz bir alət edir.
  • FloCRM: Müştərilərlə sövdələşmələrin idarə olunması üçün yeni nəsil CRM sistemi, ən son yeniliklər və texnologiyalar nəzərə alınaraq hazırlanır. Hazırlanma mərhələsinin sonuna yaxın olan FloCRM, satış, marketinq və servis xidmətlərinin idarə olunmasında etibarlı bir köməkçi olacağına söz verir.
  • Komandamız: BEIN SYSTEMS-in uğuru yüksək keyfiyyətli proqramlaşdırma, veb-inkişaf və verilənlər bazası sahəsində dərin biliklərə malik mütəxəssislərin komandasında mövcüddur. Müştərilərimizin işində müvəffəqiyyətli nəticələr əldə etmələrinə kömək edən məhsullar yaratmaq üçün müasir texnologiyalardan və təcrübədən istifadə edirik.

Məqsədlərimiz:

  • Öz məhsullarımızın daimi inkişafı və təkmilləşdirilməsi.
  • Fərqli sahələrdə biznesin ehtiyaclarını qarşılayan proqram həllərinin çeşidlərinin genişləndirilməsi.
  • Biznes üçün IT həllərinin bazarında mövqelərimizi möhkəmləndirmək.

Biznesinizi etibarlı əllərdə saxlamaq üçün BEIN SYSTEMS-a qoşulun və bizimlə birgə

Kassa proqramı

  • Avadanlıqsız satış üçün xüsusi əl paneli
  • İstənilən növ kampaniya və aksiya keçirmək imkanı
  • Bonus və keşbek sistemi
  • Eyni anda 3 növ satış əməliyyatı (nağd, nisyə,nağdsız) icra etmə imkanı
  • Kassadan nisyə satış
  • Müştəri borclarının aktiv siyahısı
  • Malların müxtəlif növ məyarlara görə çeşidlənməsi
  • Bütün növ barkod və printerlərin dəstəkləməsi
  • Rahat interfeys
  • Oflayn rejimində işləmək imkanı

Mobil tətbiq

Biznesinizi rahat olduğu yerdə idarə edin. Bein mobile proqramını istifadə edin. Məhsul kataloqunuzu yeniləyin, sifarişlərə və satış hesabatlarına baxın. Ekspeditor-lar üçün özəl intefeys və hesabatlar. işçilərə məhsulları təhvil və qəbulu. Soyuq-isti satışlar , borcların sıyahısı və çapı...bu və digər özəlliklər, - istənilən vaxt, hər yerdə.

ÜSTÜNLÜKLƏR

  1. Proqramın yerli istehsal olduğundan istifadəçilərimiz üçün vacib olan hər bir yeniliyi qısa bir vaxt ərzində proqrama əlavə etmək imkanı
  2. Vergi tərəfindən təyin olunan və istifadəsi vacib olan E-kassa ilə inteqrasiya olunur və abonentlər tərəfindən rahatçılıqla istifadə oluna bilir.
  3. Dövlət qurumları və ya Vergi orqanı tərəfindən tələb olunan yenilikləri qısa bir zamanda proqrama əlavə etmə imkanı

Bazarda istifadə olunan proqramların əksəriyyəti digər ölkələrin proqramı olduğuna görə ölkə qanunlarına və tələblərə uyğun gəlmir. Həmçinin dövlət qurumları tərəfindən gətirilən yeniliklər və tələblər artıq bu proqramlara əlavə oluna bilmir. Bu da öz növbəsində sahibkarlar üçün çətinlik yaradır və əlavə xərclərə gətirib çıxarır. Bizim proqram yerli istehsal olduğundan sadalanan bu problemlərin heç biri ilə qarşılaşmırsınız.

Halal Ekosistem standart biznes kateqoriyası üçün cavabdeh deyil, məsuliyyət daşımır, kəfil deyil, audit (yoxlama) aparmır və məlumatları yeniləmir.

Bizneslərin Təsnifatı haqqında ətraflı məlumat
Halallıq Vəziyyəti:

Biznesin idarəetmə heyəti şəxsi həyatında halallıq qaydalarına riayət edir.

  • Şirkət öz məhsullarını birbaşa haram sektorlara satmır
  • Haram Sahələrlə Əməkdaşlıq: Şirkət hazırladığı məhsulların İslamda qəti qadağan olunmuş (haram) sahələrdə (məsələn, qumarxanalar, spirtli içkilərin topdan satışı, faizli bankçılıq əməliyyatları) birbaşa və əsas alət kimi istifadəsinə məhdudiyyət qoymalı və ya bu barədə daxili siyasət müəyyən etməlidir.
  • Müştərilərin ticari məlumatları (satış rəqəmləri, müştəri bazası, borc siyahısı) Bein Systems-ə həvalə edilmiş bir "əmanət"dir. Bu məlumatların üçüncü tərəflərə satılması və ya şirkət daxilində şəxsi mənfəət üçün istifadə edilməsi qadağandır.

"Alət" və "Fəaliyyət" arasındakı fərq

İslam hüququna görə, bir alətin (proqramın) həm halal, həm də haram məqsədlərlə istifadə edilməsi mümkündürsə, o aləti istehsal edən şəxs məsuliyyət daşımır.

  • Nümunə: Bir dükan sahibi bıçaq satır. Müştəri o bıçaqla çörək də kəsə bilər (halal), kiməsə xəsarət də yetirə bilər (haram). Satıcı bıçağı "xəsarət yetirmək üçün" xüsusi olaraq hazırlayıb satmayıbsa, müştərinin hərəkətinə görə məsuliyyət daşımır.

Bein Systems-nin məhsulları biznesin idarə edilməsi (anbar, satış, müştəri) üçün nəzərdə tutulub. Bu funksiyaların özü (mühasibatlıq, qeydiyyat) mahiyyət etibarilə halaldır.

Burada ən kritik məqam proqramın funksionallığıdır.

  • Əgər proqram sadəcə "qeyd dəftəri"dirsə: Müştəri öz borcunu və ya bank faizini proqramın "qeyd" və ya "xərclər" bölməsinə yazırsa, bu, sadəcə bir məlumatın sənədləşdirilməsidir. İslamda haram olan faiz (riba) əməliyyatının özüdür, o əməliyyatın baş verdiyini mühasibatlıqda qeyd etmək proqram təminatçısını günahkar etmir.

Əgər şirkət proqramın daxilində xüsusi bir "Riba/Faiz Kalkulyatoru" yerləşdirsə və bu funksiya müştəriyə faizləri hesablamaqda kömək etmək üçün xüsusi dizayn olunsa, bu zaman "günahda yardımlaşma" halı ortaya çıxmış olar. Qeyd edək ki, bu digər bütün haram edilmiş məhsullar üçün keçərli olan bir qaaydadır.

Əlaqə Məlumatları:

support@bein.az

+99450 2072240

Fəaliyyət göstərdiyi şəhərlər:Sumqayıt
Ünvan: Sumqayıt