Standart
Logo

Auto China

Haqqında:

Auto China şirkəti Çindən Azərbaycana avtomobil çatdırılması sahəsində həm Azərbaycanda, həm də Çində rəsmi olaraq qeydiyyatdan keçmiş yeganə beynəlxalq logistik şirkətdir.

Şirkət, avtomobilləri Çindən birbaşa dillerlərdən - üzərinə əlavə vəsait qoymadan - satın alır və onları Horqos şəhərində yerləşən öz anbarına gətirir. Daha sonra, öz müasir avtomobil daşıyıcı yük maşınları vasitəsilə avtomobilləri Azərbaycana, Bakıdakı Aksiz Gömrük İdarəsi Terminalına (Meyvəli Gömrük) çatdırır və yerindəcə müştərilərə təhvil verir.

Auto China şirkəti ən böyük üstünlüyünün güvən prinsipi olduğunu qeyd edir. Əlavə məlumat üçün saytlarına baxa bilərsiniz.

Məsul şəxs: Anar Məmmədli

39 yaşım var. Bir çox uğurlu bizneslərin təsisçisi və icraçısı olmuşam. Hal-hazırda da "Auto China" şirkətinin təsisçisi və icraçı direktoruyam. Ailəliyəm, 3 övladım var.

Halal Ekosistem standart biznes kateqoriyası üçün cavabdeh deyil, məsuliyyət daşımır, kəfil deyil, audit (yoxlama) aparmır və məlumatları yeniləmir.

Bizneslərin Təsnifatı haqqında ətraflı məlumat
Halallıq Vəziyyəti:

"Auto China" şirkəti şəxsi halallıq qaydalarına riayət etməyə çalışan sahibkarlar tərəfindən idarə edilməkdədir.

  • Ticarət prinsipləri dürüstlük və halal qazanc üzərində qurulub. Halal Ekosistemin üzvü olan Elman Məmmədov uzun müddətdir ki, "Auto China"-nin loqistika xidmətindən istifadə etdiyini, birlikdə işlədiklərini və bu vaxta qədər heç bir problem yaşamadığını, hər hansı şikayət oladığını bildirir.
  • Şirkət qadağan olunmuş faizli kredit, lizinq və digər halallıq qaydalarına zidd satış növlərindən uzaq durur.
  • Şirkət reklam, sosial media işlərində halallıq qaydalarına riayət edir.
  • Şirkət müştərilərə şəffaf və ədalətli alış-veriş imkanı təqdim edərək etibarlılığı ön planda tutur. Yüksək səviyyədə qurulmuş veb-saytı vasitəsilə məhsullar haqqında ətraflı məlumat təqdim etməklə qeyri-müəyyənlik və potensial mübahisələrin qarşısını alır. Eyni zamanda, şirkət rəsmi Instagram hesabında məhsulların detalları və qiymətlərini açıq şəkildə paylaşaraq halal ticarət prinsiplərinə riayət edir. Bu yanaşma, İslamda vacib sayılan şəffaflıq və dürüstlük prinsiplərinə uyğun olaraq alıcıların məlumatlı qərar verməsinə imkan yaradır.

Əlaqə Məlumatları:

+99410 550 13 13

+99499 550 13 13

+99412 599 13 13

Fəaliyyət göstərdiyi şəhərlər:Bakı
Ünvan: Ünvan: Bakı şəhəri, Ağ Şəhər, Yaşıl ada küçəsi 2