Standart
Logo

AL BARAKA AZERBAIJAN

Haqqında:

Azərbaycanın ölkə xaricindəki xeyriyyəçilik təmsilçisi.

Şüar: İnsanların ən xeyrilisi insanlara faydalı olandır

Al-Baraka Azərbaijan Asiya və Afrikanın müxtəlif bölgələrində ehtiyac sahiblərinə dəstək olmaq məqsədilə xeyriyyə layihələri həyata keçirən bir humanitar təşkilatdır. Biz Qəzzə, Suriya, Yəmən, Banqladeş, Uqanda və digər ölkələrdə aztəminatlı ailələrə, yetimlərə və çətin şəraitdə yaşayan insanlara yardım etməyə çalışırıq.

Məqsəd:

Dünyada yardıma ehtiyacı olan insanlara ümid vermək, onların həyat şəraitini yaxşılaşdırmaq və davamlı sosial rifah yaratmaqdır.

Fəaliyyət sahələri:

  • Təcili Yardım və Humanitar Dəstək. Müharibə, təbii fəlakətlər və digər humanitar böhranlar zamanı insanlara ərzaq, su, tibbi ləvazimat və sığınacaq yardımı edirik.
  • Su Quyularının Açılması və Təmiz Su Təminatı. Xüsusilə susuzluq problemi olan bölgələrdə içməli su təmin etmək üçün su quyuları qazır və dayanıqlı su sistemləri qururuq.
  • Qida Paylanması və Aztəminatlı Ailələrə Yardım. Ramazan və digər xüsusi günlərdə qida bağlamaları, isti yeməklər və gündəlik ərzaq yardımları ilə minlərlə insanın süfrəsinin boş qalmaması üçün çalışırıq.
  • Yetimlərə və Əlillərə Dəstək. Himayəsiz qalan uşaqlar və xüsusi qayğıya ehtiyacı olan insanlar üçün sosial və maddi dəstək göstəririk.

Qeyd edək ki, aşağıdakı şəkildən qurumun təqdim etdiyi yardım statistikasını görə bilərsiniz.

Halal Ekosistem standart biznes kateqoriyası üçün cavabdeh deyil, məsuliyyət daşımır, kəfil deyil, audit (yoxlama) aparmır və məlumatları yeniləmir.

Bizneslərin Təsnifatı haqqında ətraflı məlumat
Halallıq Vəziyyəti:

Al-Baraka Azərbaijan-nın idarə heyəti şəxsi həyatlarında halallıq qaydalarına riayət edir.

  • Qurum həyata keçirdiyi bütün layihələrdə halal və etik prinsiplərə ciddi şəkildə riayət edir. Yardım çatdırılan insaların şərəf və ləyaqəti, heysiyyəti qorunur.
  • Yardımlar
  • Yardımlarımızın hər biri, donorların niyyətinə uyğun şəffaf və məsuliyyətli şəkildə çatdırılır.
  • Dini və etik dəyərlərimizə əsaslanaraq, hər bir yardımın əsas ehtiyac sahiblərinə ən doğru şəkildə çatmasını təmin edirik.
  • Xeyriyyə layihələrinin hər mərhələsi sənədləşdirilir və ictimaiyyətlə paylaşılır. Foto və video hesabatlar, yardımın necə və hara çatdırıldığını göstərən materiallar təqdim olunur. Hər bir donor öz ianəsinin harada və necə istifadə edildiyini izləyə bilər.

Əlaqə Məlumatları:

+994517639015

Fəaliyyət göstərdiyi şəhərlər:Bakı
Ünvan: Bakı

Məhsul şəkilləri

Ürün Görseli
Ürün Görseli
Ürün Görseli
Ürün Görseli