
Cash-back sistemi 1986-cı ilə, Discover kartının ABŞ üzrə istifadəyə verildiyi vaxta gedib çıxır. O vaxtdan bəri bu proqramlar kredit kartlarının ayrılmaz mükafat sisteminə çevrilib və demək olar ki, hər bir böyük kart emitenti ən azı bir məhsulunda bu funksiyanı təklif edir. Bu, mövcud müştəriləri kartdan tez-tez istifadə etməyə həvəsləndirmək, yeni müştərilər cəlb etmək və ya rəqiblərdən müştəri ovlamaq üçün bir təşviq vasitəsidir.
Ənənəvi mükafat xalları yalnız mal və ya xidmətlər almaq üçün və ya kart emitentinin təklif etdiyi hədiyyə kartları ilə istifadə edilə bildiyi halda, cash-back mükafatları adının da göründüyü kimi nağd pul şəklində təqdim olunur.
Bankların cashback (kəşbək) sisteminin əsas məqsədi müştəriləri daha çox kartla xərcləməyə təşviq etməkdir. Gəlin, bu mexanizmin necə işlədiyini ətraflı təhlil edək:
- Kəşbək sistemi necə işləyir?
Kəşbək, müştərinin kartla etdiyi ödənişlərin müəyyən bir hissəsinin (məsələn, 1%-dən 10%-ə qədər) müştəriyə geri qaytarılmasıdır. Bu sistem əsasən POS-terminal (ödəmə cihazı) vasitəsilə aparılan ödənişlərə tətbiq olunur. Müştərilər kəşbəkləri adətən kart hesabında real pul kimi və ya bonus şəklində alırlar. - Bank kəşbəkləri necə və kimdən alır?
Bankların müştərilərə verdiyi kəşbəklər, əsasən, satıcı və ya ticarət obyektlərindən gələn komissiyalardan maliyyələşdirilir:- a) Satıcıdan alınan komissiya
- b) Tərəfdaşlıq müqavilələri (Partnyor şəbəkələri)
- c) Bankın öz gəlir mənbələri
- Bankın kəşbəkdən nə qazancı var? Kəşbək sistemi müştəriyə cəlbedici görünsə də, banklar üçün çox qazanc gətirən bir strategiyadır:
- a) Kart istifadəsini artırır
- b) Müştəri sədaqətini artırır
- c) Tərəfdaşlıq gəlirləri
- d) Digər məhsulların tanıdılması
Xülasə olaraq:
- Komissiya gəlirləri: Hər kart ödənişi üçün ticarət obyektlərindən komissiya alır.
- Artan müştəri bazası: Daha çox müştəri banka cəlb olunur.
- Nağdsız dövriyyənin təşviqi: Nağdsız ödənişlər daha effektiv və gəlirli bir mexanizmdir.
- Psixoloji təsir: Müştərilər “geri qazanma” hissi ilə daha çox xərcləyir ki, bu da bankın dövriyyəsini artırır.
- Kəşbək həqiqətən müştəri üçün faydalıdırmı?
Qısa müddətdə müştəri üçün cəlbedici görünə bilər, çünki xərcləmələrin bir hissəsi geri qayıdır. Lakin müştərilər daha çox kəşbək qazanmaq üçün lazımsız alış-veriş edə bilər, bu da onların xərclərini artırır. Əslində, müştəri qazandığını düşündüyü halda, daha çox xərcləyərək bankın maraqlarına xidmət edir. Kəşbək sistemi müştəriləri daha çox istehlaka təşviq edən bir mexanizm kimi işləyir. Bunun əsas səbəbi odur ki, kəşbəkdən faydalanmaq, yığılan məbləğdən istifadə edə bilmək üçün müəyyən bir həddə çatmaq tələb olunur və əsasən ay tamam olduqdan, tələb edilən yığılmış məbləğə çatdıqdan sonra kartında yığılan kəşbək məbləğindən yararlana bilirsən. Nəticədə, müştəri yalnız real ehtiyaclarına əsaslanaraq alış-veriş etmək əvəzinə, bu həddə çatmaq üçün əlavə istehlak etməyə meyllənir. Bu isə insanların alış qərarlarını rasional ehtiyaclar əsasında deyil, kəşbək məbləğini əldə etmək istəyi ilə formalaşdırır. Beləliklə, kəşbək sistemi istehlakı artıran və bəzən süni tələbat yaradan bir stimul rolunu oynayır. - Kəşbək müftə puldurmu?
Tam olaraq yox. Banklar cashback mükafatları təklif edərkən, kart sahiblərinin xərclərinin artacağını və bunun cashback üçün ayrılan vəsaiti üstələyəcəyini strateji şəkildə hesablayırlar. Əslində, kart sahibləri bu mükafatları dolayısı ilə daha yüksək illik faiz dərəcələri (APR) və ticarət komissiyaları vasitəsilə geri ödəyirlər. - Banklar müştərilərin məlumatlarını toplayır:
Banklar data toplamaq üçün müştərilərinə imtiyazlar təklif edirlər. Cari hesab (bank hesabı) bir istehlakçının maliyyə həyatı haqqında o qədər çox məlumatı üzə çıxarır ki, bu, banklara həmin müştəriyə hansı digər məhsulları və nə zaman sata biləcəklərini dəqiq müəyyən etməyə imkan verir. Bankların müştərilərə müxtəlif imtiyazlar (məsələn, pulsuz xidmətlər, endirimlər və ya bonuslar) təklif etməsinin bu cür səbəbləri var. Bankların bu addımı atmasının arxasında duran əsas məqsəd müştərilərdən daha çox maliyyə məlumatı əldə etməkdir. Bir bank üçün müştərinin cari (gündəlik əməliyyatlar üçün istifadə etdiyi) hesabı olduqca qiymətli bir məlumat mənbəyidir. Çünki bu hesab vasitəsilə müştərinin:- Gəliri və xərcləri (məsələn, əmək haqqı və gündəlik xərcləri)
- Alış-veriş vərdişləri (harada və nə qədər xərclədiyi)
- Kredit və borc götürmə davranışları (mövcud borcları və kredit ödəmələri)
- Yığım və investisiya vərdişləri (neçə faizini yığıma ayırdığı və necə sərmayə yatırdığı) aşkar edilir.
Banklar nə üçün bu məlumatlara ehtiyac duyur?
- Rəqabət Artır: Müasir dövrdə banklar arasında ciddi rəqabət var və onlar müştəriləri özlərinə cəlb etmək üçün fərqli yollar axtarırlar.
- Məlumatın Gücü: Banklar üçün müştərinin maliyyə məlumatlarına sahib olmaq onlara fərdi reklamlar və xüsusi təkliflər təqdim etməyə imkan yaradır.
- Daha Çox Satış İmkanı: Müştərinin hansı maliyyə məhsuluna ehtiyacı olduğunu anlamaq, banklara həmin məhsulu ən uyğun zamanda satmaq şansı verir.
NƏTİCƏ
Bankların kəşbək sistemləri bir növ "müasir marketinq strategiyası"dır. Görünüşdə müştəriyə fayda versə də, əsas qazanan tərəf həmişə bank olur. Bu sistem müştəriləri nağdsız ödənişlərə yönəldir, istehlak vərdişlərini onların əleyhinə olacaq şəkildə dəyişir beləcə xərclərini artırır və bank üçün əlavə gəlir yaradır.
TÖVSİYƏ
Halal Ekosistem olaraq, cashback sistemlərinin halal prinsiplər baxımından şübhəli olduğunu və qısa müddətdə istehlakçılara cüzi maliyyə faydası versə də, uzunmüddətli perspektivdə ciddi davranış dəyişikliklərinə və artıq xərclərə səbəb olduğunu nəzərə alaraq, bu cür təşviqlərdən çəkinməyi tövsiyə edirik. İstehlak vərdişlərini süni şəkildə artıraraq insanların planlı və ehtiyatlı maliyyə idarəçiliyinə mane olan cashback mexanizmləri lazımsız xərclər, intensiv istehlak, digər bank xidmətlərindən istifadə təhlükəsi və s formada öz təsirini göstərir. Bu səbəbdən, maliyyə qərarlarını halal prinsiplərə və uzunmüddətli sabitliyə əsaslanaraq verin.
İstifadə edilmiş qaynaqlar:
Tövsiyə edilən oxuma mətni: Banklar bizə nə üçün "müftə" borc verir?
© Halal Ekosistem