8 January 2025

GİMDES-in beş günlük təlimində 4 iştirakçımız sertifikat aldı

Halal Ekosistem|2025 Xəbərləri

Türkiyədə halal məhsulların sertifikatlaşdırılması və nəzarətini həyata keçirən nüfuzlu GİMDES qurumunun 23-27 dekabr tarixləri arasında baş tutan 35-ci Halal və Tayyib Sertifikatlaşdırma və Audit Prosedurları Təlim Proqramı bitmiş və sertifikatlar iştirakçılara təqdim edilmişdir.

Dörd günlük onlayn təlimdə GİMDES-in tanıtımı, halal sertifikatlaşdırma, GEMO, halal kordinatorun vəzifələri və uyğunsuzluqlar, halal kəsim standartı, audit sənədinin doldurulması qaydaları, qida qatqı maddələri, GİMDES laboratoriya əməliyyatları, kosmetik və təmizlik məhsullarında halalılıq qaydaları və s haqqında ətraflı məlumat verildi.

Sonda GİMDES tərəfindən bütün təlim materialları, video və təqdimatlar iştirakçılarla paylaşılaraq imtahana hazırlaşmaq üçün 2 gün vaxt verildi.

Halal Ekosistemin vasitəsiylə təlimə qatılan başqa 4 iştirakçımız da keçirilən imtahandan müfaviq olaraq 90, 88, 88, 78 bal toplamaqla sertifikat almağa haqq qazandılar.