7 May 2026

Azərbaycanda Halal maliyyə ilə bağlı qanunvericilik bu il təsdiqlənəcək

Halal Ekosistem|2025 Xəbərləri
image

Azərbaycanda İslam maliyyəsi ilə bağlı qanunvericilik paketlərinin bu il təsdiqlənəcəyini gözlənilir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov 06.05.2026 tarixində keçirdiyi mətbuat konfransında bildirib.

"Hazırda xüsusi tənzimləmə rejimi (sandbox) var. Orada bir neçə bankımız İslam maliyyəsinə aid olan məhsulları test şəklində bazara təqdim edirlər. İki bank nəzarətimiz altında pilot olaraq bu xidmətləri həyata keçirirlər. Məqsədimiz bu sahədə qanunvericilik bazasının "İslam pəncərəsi" yanaşması ilə tənzimlənməsidir. Bu o deməkdir ki, ənənəvi bank lisenziyası olan banklar İslam maliyyəsinə aid olan bəzi məhsulları (bır sıra ölkələrdə buna "alternativ bankçılıq" deyirlər) təqdim edə bilərlər.

Görsək ki, kifayət qədər, inanılmaz dərəcədə böyük tələbat var, ola bilsin ayrıca İslam bankçılığı lisenziyası üzərində düşünək. Amma hazırda bunu "İslam pəncərəsi" vasitəsilə edirik. Bu sahədə bütün qanunvericilik paketləri hazırdır və düşünürəm ki, razılaşdırma prosesindədir. Ümidvaram ki, bürokratiyanı nəzərə alaraq, bu il bu sənədlər təsdiq olunacaq. Bütün banklarımız həm İslam maliyyəsinə aid olan kreditlər, həm depozitlərlə bazara çıxa biləcəklər", - deyə o qeyd edib.