
“İslam Sığortası – Təkaful” - sertifikatlı təlim proqramı
SER, Türkiyə İslam Sığortaçılığı Dərnəyinin (KATSİDER) və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) birgə tərəfdaşlığı və Alizadeh şirkətinin təşkilati dəstəyi ilə “İslam Sığortası – Təkaful” mövzusunda sertifikatlı təlim proqramını elan edir.
📅 Tarix: 21 fevral, 2025-ci il
📌 Ünvan: Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) inzibati ofisi
Təlimçi haqqında:
Dr. Yunus Emre GURBUZ
Türkiyə İslam Sığortaçılığı Dərnəyi (KATSİDER) / baş katibi
Türkiyənin ilk islami sığorta şirkəti olan Neova Sığorta / qurucularından biri 1979-cu ildə Türkiyənin Bayburt bölgəsində anadan olan Yunus Emre Gürbüz İstanbul Universitetinin İqtisadiyyat fakültəsinin iqtisadiyyat ixtisasını bitirib, 2004-cü ildən Türkiyə Finans Katılım Bankası, Bereket Sığorta və Yıldız Holding (Ülker) şirkətlərində auditor vəzifəsində çalışıb. 2010-cu ildə Türkiyənin ilk İslam sığorta şirkəti olan Neova Sığortanın qurucularından biridir. 12 il daxili audit departamentinin rəhbəri vəzifəsində çalışıb.
O, həmçinin 2018-2020-ci illərdə Türkiyə Sığorta Birliyinin (TSB) İslam Sığorta Komitəsinin sədri vəzifəsində çalışıb. Sığorta və xüsusilə Təkafulla bağlı çoxsaylı kitab və məqalələr yazan Gürbüz yüzə yaxın milli və beynəlxalq konfrans, seminar, panel və konqreslərdə də məruzə ilə çıxışlar edib. O, həmçinin Türkiyə
Prezident Administrasiyasının İslam Maliyyə Strategiya Sənədlərinin sığorta bölməsinin və həmçinin Türkiyə Prezident Administrasiyasının Strateji İnkişaf Planları üzrə də komitə üzvüdür.
Hazırda Pay Katılım Sığorta şirkətində zərər, insan resursları və kommunikasiya departamentinin baş direktor müavini, o cümlədən İslam Sığortası Dərnəyinin idarə heyətinin üzvü və baş katibidir.
- Proqramın ödənişi haqqında: Proqram 1 gün olmaqla 8 saatı əhatə edəcəkdir. Treyninq Türkiyədən dəvət olunan təlimçi tərəfindən türk dilində tədris olunacaqdır. İştirakçılara dərslərin 80%-ni dinlədikləri halda iştirak sertifikatı təqdim olunacaq. Təlim ödənişinə nahar, 2 dəfə çay-kofe, təlim materialı, təqdimatlar, sertifikat və bütün vergilər daxildir. Ətraflı- https://bit.ly/4hfVJno
- Proqram haqqında ətraflı məlumat: https://bit.ly/4jxS5qy
Qeydiyyat
0777672467