
Halal İnvestisiyaya giriş vebinarı
📢 Halal İnvestisiya Vebinarı – Qazancınızı Halal Yolla Artırın !
💰Pul qazanmaq arzusu hər kəsdə mövcuddur. Xüsusilə daha az səy göstərməklə sürətli gəlir əldə etmək istəyi günümüzdə daha da güclənib. Müasir dövrdə insanlar maddi təhlükəsizliklərini artırmaq və gələcək üçün təminat yaratmaq məqsədilə passiv gəlir mənbələri axtarırlar. Bu istiqamətdə ən çox müraciət edilən vasitələrdən biri də investisiyadır .
Bəs halal şəkildə investisiya etmək mümkündürmü ? Risklər nələrdir? Haradan başlamaq olar?
Bu və digər suallarınıza cavab vermək üçün sizi xüsusi vebinarımıza dəvət edirik!
🗣️ Məruzəçi:
Vebinarımızın spikeri Dr. Fərrux Həsənov həm akademik, həm də praktiki təcrübəyə malik bir mütəxəssisdir. O, Marmara Universitetində doktorantura təhsilini tamamlamış, hazırda isə həmin universitetdə "Finansal Piyasalar və Varlık Yönetimi " ixtisası üzrə magistratura təhsili alır. Bundan əlavə, İstanbul Birjasında 5 ildən artıq uğurlu investor kimi fəaliyyət göstərir.
💡 Vebinarda müzakirə ediləcək mövzular:
- İnvestisiya nədir?
- İnvestisiya etməyin faydaları
- Risk və qazanc arasındakı əlaqə
- Risk profilinizi necə müəyyənləşdirməli?
- İnvestisiyaya başlama addımları
- Təməl investisiya strategiyaları
- İnvestisiya üçün analiz bacarıqları
- Qənaət vərdişlərinin əhəmiyyəti
Qeydiyyat
🔔 İştirak üçün qeydiyyatdan keçin və maliyyə azadlığınıza halal yolla doğru addım atın!
📝 Qeydiyyat üçün formu doldurun: https://forms.gle/xFhy9pJndEK4YoVJA
📅 Tarix: 23 Fevral
⏰ Saat: 20:00
📍 Platforma: Zoom