“Halal Biznes Bələdçisi” kursu

“Halal Biznes Bələdçisi” kursu

Kurs 2025

Bu kursu nə üçümn təşkil etdik?

  • Halal Biznesin İnkişafı: Halal biznes sektoru ölkəmizdə gözdən kənardan zəif vəziyyətdə qalmış bir sahədir. Mövcud zəif tələbi artırmaq, cəmiyyətdə düzgün anlayış formalaşdırmaq, sektoru inkişaf etdirmək və gələcəyə hazır kadrlar yetişdirmək üçün bu kursu təşkil etdik.
  • Keyfiyyətli "Halal": Könüllü işlər əsasən davamlılıq, keyfiyyət və hesabatlılıq baxımından zəif performans göstərir. Nəticədə həm iştirakçı gözləntiləri qarşılanmır, həm də İslamın iqtisadi prinsipləri praktik və effektiv şəkildə tətbiq olunmur. Kursu kommersiya modelində təşkil etməkdə məqsədimiz yüksək keyfiyyət standartı yaratmaq və iştirakçılara peşəkar xidmət tələb etmək hüququ verməkdir. Beləliklə, İslamın "işi mükəmməl görmək" prinsipi də reallaşmış olar.
  • Təbliğat Kursun reklam edilməsi, mahiyyət etibarilə halal dəyərlərin reklamıdır yəni təbliğatıdır. Kommersiya maraqları ilə şəri məqsədlərin bu cür sintezi sahənin inkişafı üçün sağlam ekosistem formalaşdırır. Bu səbəbdən kursu kommersiya əsaslı, lakin şəri məqsədlərlə uzlaşan modeldə təşkil etdik.
  • Həyati Zərurət: İnsan ömrü boyu həkimə getməyə, mühəndisə müraciət etməyə bilər, amma ticarətlə hər gün təmasdadır. Hər kəs üçün mağaza, bazar və alış-veriş gündəlik həyatın bir hissəsidir. Bu sahədə savadlılıq lüks deyil, zərurətdir.
  • Haramdan Qorunma: Duaların qəbulu daxili səkinətin açarı, xeyrili işlərin uğurlu olması, işin bərəkəti və axirət səadəti birbaşa "halal qazanc" ilə bağlıdır. Əsas hədəfimiz sahibkarları bilmədən harama düşməkdən qorumaqdır.
  • Xatırlatmaq: Quranın "xatırlat" əmrinə əsaslanaraq, doğru biznes davranışlarını davamlı təlim vasitəsilə qalıcı dəyərlərə və vərdişlərə çevirməyi hədəfləyirik.
  • Ekosistemi böyütmək: Halal Ekosistem olaraq məqsədimiz halallıq qaydalarına əməl edən sahibkarları bir platformada birləşdirməkdir. Lakin bu cür sahibkarlar öz-özünə formalaşmır. Əvvəlcə öyrətmək, yetişdirmək və təlim vermək lazımdır. Bu kurs da məhz bu ehtiyacı qarşılamaq üçün təşkil olunub.

Nəticə: Biz həm dünyada uğurlu biznes qurmaq, həm də axirətimizi qorumaq üçün lazım olan bilikləri bir araya gətirdik.

Bu kurs kimlər üçündür?

  • Qul haqqından, haram loxmadan və bilinməyən xətalardan qorunaraq axirət məsuliyyətindən çəkinənlər.
  • Biznesini lap başdan möhkəm və halal təməllər üzərində qurmaq istəyənlər.
  • Mövcud biznesini şəriət prinsiplərinə uyğunlaşdıraraq böyütməyi hədəfləyənlər.
  • Bazar payını dürüstlük və "halal biznes" etikası ilə qazanmaq istəyənlər.
  • Halal müqavilə bağlamaq istəyənlər.
  • Ortaqlıq, investisiya və maliyyə qərarlarında tərəddüd yaşayanlar
  • Faizsiz və şəriətə uyğun maliyyə alternativləri axtaranlar
  • Biznesi həm bu dünyada uğur, həm də Allahın razılığı üçün bir vasitə kimi görənlər.

Mühüm Qeyd: Bu kursa qatılmaqla siz həm fərdi inkişafınıza və axirətinizə yatırım edir, həm də ölkəmizdə peşəkar Halal Ekosistem mədəniyyətinin formalaşmasına töhfə verirsiniz.

Kursun sonunda sizi nə gözləyir?

Kursu uğurla başa vuran və yekun imtahanda 90%+ nəticə göstərən iştirakçılar "Halal Sahibkar" sertifikatı ilə təltif olunacaqlar.

Kursun əsas üstünlükləri

  • Səhih Qaynaqlar: Mövzular İslam hüququnun ən səhih qaynaqlarına, eləcə də AAOIFI, İslam Fiqh Akademiyası kimi nüfuzlu beynəlxalq qurumların qərar və standartlarına əsaslanaraq hazırlanıb. Kursda müasir reallıqlar və beynəlxalq tələblər də nəzərə alınıb.
  • Hüquqi Sintez: Mövzuların tədrisində AR Mülki, Rəqabət və Əmək Məcələsi və Reklam qanunvericiliyinə də istinad edilir. Şəriət prinsipləri ilə yerli qanunların kəsişmə nöqtələri açıqlanır və qanunlara riayət etməyin şəri cəhətdən vacibliyi əsaslandırılır.
  • Real Biznes Keysləri: Nəzəriyyə deyil, gündəlik işgüzar həyatda qarşılaşdığınız real problemlərin həlli yolları öyrədilir.
  • Eksklüziv Bonus: Kursu bitirən hər bir iştirakçıya öz biznesi üçün 1 saatlıq fərdi konsultasiya hədiyyə edilir.
  • Daimi öyrənmə mühiti: İştirakçılar üçün yaradılan xüsusi WhatsApp qrupu kursdan sonra da aktiv saxlanılır və davamlı bilik mübadiləsi platforması kimi fəaliyyət göstərir.
  • Şəbəkələşmə və əməkdaşlıq: Kurs çərçivəsində iştirakçılar arasında tanışlıq və əməkdaşlıq imkanları yaranır, güclü halal biznes ekosisteminin təməli qoyulur.

Nəticə: Bu kursu bitirməklə siz həm peşəkar "Halal Sahibkar" sertifikatı alacaq, həm də müştəri bazanızı dürüstlük və şəffaflıq üzərində genişləndirəcəksiniz.

Kursun Tədris Modeli və Strukturu

Ümumi Parametrlər

  • Müddət: 2 ay davam edən intensiv proqram (ehtiyac və tələbə görə azaldılıb artırlla bilər)
  • Həcm: Həftədə 2 dərs olmaqla, ümumi 34 tədris saatı.
  • Format: İştirakçıların seçiminə uyğun olaraq Onlayn və ya Oflayn iştirak imkanı.

Metodologiya və Keyfiyyətə Nəzarət

  • Sintez Yanaşma: Dərslər nəzəri fiqhi prinsiplərlə praktiki biznes keyslərinin sintezi əsasında keçirilir.
  • Öncədən Hazırlıq: Effektiv mənimsəmə üçün dərs slaydları, oxu materialları və əlavə qaynaqlar dərslərdən öncə iştirakçılara təqdim edilir.
  • Davamlı Qiymətləndirmə: Hər tədris modulundan sonra Google Form üzərindən keçirilən testlər vasitəsilə biliklərin təkrarı və möhkəmləndirilməsi təmin olunur.

İmtahan və Sertifikatlaşdırma

  • Yekun İmtahan: Kursun sonunda bütün mövzuları əhatə edən 100+ suallıq genişmiqyaslı test imtahanı keçirilir.
  • Sertifikatlar: Nəticələrə uyğun olaraq iştirakçılara "Müvəffəqiyyət" və ya "İştirak" sertifikatları verilir.
  • "Halal Sahibkar" Statusu: İmtahanda 90% və daha yüksək nəticə göstərən iştirakçılar xüsusi "Halal Sahibkar" sertifikatı ilə təltif olunur və adları rəsmi olaraq "Halal Ekosistem" platformasında elan edilir.

Qeyd: Tədris müddəti və dərslərin intensivliyi qrupun ehtiyacına və tələbinə uyğun olaraq çevik şəkildə tənzimlənə bilər.

Əhatə olunan əsas mövzular:

  • Halal biznesin təməl prinsipləri, əsas anlayışlar
  • Əqd nəzəriyyəsi və müqavilə növləri
  • Faiz (riba) və riskli mexanizmlər
  • Alqı-satqı, borc, icarə, ortaqlıq və investisiya
  • Marketinq və reklamın halal çərçivəsi
  • İnsan resursları və əmək münasibətləri
  • Biznesin maliyyələşdirilməsi
  • Zakat və maliyyə məsuliyyəti

Təlimçi haqqında

Yamin Savalanlı

İstanbul Universitetinin İslam İqtisadiyyatı və Maliyyəsi üzrə doktorantıdır. Azərbaycanda İslam maliyyəsinin və halal biznesin tətbiqi mövzusunda elmi tədqiqatlar aparır. Halal Ekosistem platformasının rəhbəridir. Sahibkarlar və KOB-lar üçün biznes və maliyyə üzrə təlimçi və konsultant kimi fəaliyyət göstərir.

Qeydiyyat

📞 +994 70 727 99 20
📲 WhatsApp vasitəsilə əlaqə saxlaya bilərsiniz

📝 Qeydiyyat formu:
https://forms.gle/UBaceb3q1uERTQKH7

Təşkilatçı: Halal Ekosistem
Ünvan: .
Vaxt: 7 March saat 18:00 - 18:00

Qeydiyyat

+994707279920