
GİMDES-in Halal və Tayyib standartı: SEMİNAR
Halal qida və halal standartlar hər keçən gün öz əhəmiyyətini daha çox göstərir. Dünya üzrə qida sektorunun insan sağlamlığına ciddi şəkildə təhlükəli hala gəlməsi halal qida məsələsini aktuallaşdırmaqla yanaşı halallıq anlayışına fərqli və daha əhatli bir yanaşma tələb edir. Bu məsələdə qurulduğu ilk dövrdən halal və tayyib anlayışlarını bir-birindən ayırmadan tələbkar şəkildə fəaliyyət gösətərən, öz prinsiplərindən güzəştə getməyən Türkiyənin GİMDES qurumu özəlliklə fərqlənməkdədir.
Ölkəmizdə halallıq mövzusunda dürüstlük və şəffaflığa riayət edilməsi həmçinin əhalinin marifləndirilməsi məqsədiylə GİMDES qrumunun baş auditi, qida mühəndisi və Azəırbaycan üzrə təmsilçi Mehmet Bayarın iştirakı ilə seminar təşkil olunacaqdır.
Qeydiyyat
Seminar 9 yanvar tarixində 18:45-də Keyfiyyət Asossasiyasının ofisində baş tutacaq və ödənişsizdir. İştirak etmək istəyənlərin öncədən +994507683081 nömrəsi ilə whatsapp vasitəsiylə əlaqə saxlayaraq qeydiyyatdan keçmələri lazımdır.