Partnyor

Rus-dili tədrisi (uşaq və xanımlara)
Haqqında:
Onlayn və əyani formada aşağıdakı uyğunluq üzrə rus dili dərsləri təşkil edirəm:
- Məktəbəqədər hazırlıq (Rus bölməsi üzrə)
- İbtidai sinif hazırlığı (Rus bölməsi üzrə)
- Rus-dili (Sıfırdan danışıq)
- Rusiyada vətəndaşlıq və patent imtahanına hazırlıq
Qeyd: Ödənişsiz sınaq dərslərimizdə iştirak edərək həm dərslərin keyfiyyəti, həm də tədris metodikamız ilə yaxından tanış ola bilərsiniz.
- Bu günə qədər Rusiya,Türkiyə kimi müxtəlif ölkələrdən tələbələrim olub. Dərslərimdə şagirdlərimin, tələbələrimin aktivliyinə diqqət edirəm. Xüsusilə, məktəbəqədər uşaqlar üçün Montesarri üsuluna üstünlük verirəm. Montessori üsulu — italyan pedaqoqu Mariya Montessori tərəfindən hazırlanmış bir tədris və tərbiyə metodudur. Bu üsulda əsas məqsəd uşağın yalnız məlumat əzbərləməsi deyil, öz bacarıqları, müstəqil düşünmə və qərarvermə qabiliyyəti ilə inkişaf etməsidir.
Məsul şəxs: Məsumə Kazımova
Baki Dövlət Universiteti Filologiya fakültəsinin Rus dili və ədəbiyyatı müəllimliyi ixtisasını bitirmişəm. Ailəliyəm
- Körpəlikdən 11 yaşıma kimi Rusiyada böyümüşəm.
- Bağça, məktəb və universitetdə rus bölməsi üzrə təhsil almışam.
- Özəl kurslar və 3 ili dövlət məktəbi olmaqla ümumilikdə 7 illik iş təcrübəm var. .
Halallıq Vəziyyəti:
Kursu təşkil edən şəxs şəxi həyatında halallıq qaydalarına riayət edir.
- Kursun sahibi biznes həyatında halallıq qaydalarını öyrənmək üçün Halal Ekosistem tərəfindən təşkil edilən '' Halal Biznes Bələdçisi'' kursuna qatılmışdır.
- Tədris mühiti: Dərslər ancaq uşaqlar və xanımlar üçün keçirilir. Həddi-büluğa çatmış oğlan uşaqları üçün dərslər nəzərdə tutulmur.
- Tanıtım və reklam: Kurs haqqında təqdim olunan bütün məlumatlar yalan, şişirtmə və çaşdırıcı məzmunlardan uzaqdır. Reklam və tanıtım materiallarında çaşdırıcı və ya manipulyativ ifadələrdən istifadə edilmir.
- Tədris materiallarının uyğunluğu: Dərslərdə istifadə olunan hekayə, mətn və vəsaitlər halallıq prinsiplərinə uyğun seçilir. İslam dəyərlərinə, ədəblərinə və ailə tərbiyəsinə zidd mövzulara yer verilmir.
Əlaqə Məlumatları:
+994702922151
Fəaliyyət göstərdiyi şəhərlər:Bakı
Ünvan: Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi