27 December 2025

Malayziya İslam İnkişafı Departamenti (JAKİM) kimləri akkreditə edir?

Halal Ekosistem|Halallıq Standartları

Dünyanın ən nüfuzlu Halal qurumu sayılan Malayziya JAKİM-in 2025-ci il üçün akkreditə etdiyi rəsmi siyahı yeniləndi. Bu siyahıdakı qurumlar Malayziya dövlətinin birbaşa nəzarətindən keçmiş ən etibarlı təşkilatlardır.

JAKİM Kimdir?

JAKİM (Jabatan Kemajuan Islam Malaysia) — Malayziya Baş Nazirinin Departamenti yanında fəaliyyət göstərən İslam İnkişafı Departamentidir.

Dünyada Halal standartları sahəsində "qızıl standart" hesab olunur. Malayziya dünyada Halal sertifikatlaşdırma prosesini dövlət səviyyəsinə qaldıran və bu sahədə vahid loqodan istifadə edən ilk ölkədir.

JAKİM Nə Edir?

  • Standartlaşdırma: Halal qida, kosmetika, logistika və əczaçılıq sahəsində beynəlxalq səviyyəli standartlar (məsələn, MS 1500) hazırlayır.
  • Sertifikatlaşdırma: Malayziya daxilindəki müəssisələrə Halal sertifikatı verir.
  • Akkreditasiya (Tanınma): Malayziyaya idxal olunan məhsulların Halal statusunu təmin etmək üçün xarici ölkələrdəki sertifikatlaşdırma qurumlarını yoxlayır və onları akkreditə edir.

XARİCİ HALAL SERTİFİKATLAŞDIRMA QURUMLARININ (FHCB) TANINMASI

a. Malayziya İslam İnkişafı Departamenti (JAKİM), Malayziyada halal sertifikatlaşdırma da daxil olmaqla, İslam işlərinə məsul olan dövlət agentliyidir. Bu səbəbdən, JAKİM Malayziyadakı müsəlman istehlakçıların qorunmasında çox mühüm rol oynayır. Şəriətin buyurduğu kimi, istehlakçıların halal məhsullar əldə etməsini təmin etmək hər zaman JAKİM-in məsuliyyətidir.

b. Halal sertifikatlaşdırma məqsədilə JAKİM, məhsulun keçdiyi hər bir mərhələdə və prosesdə onun halal statusunu dəqiqləşdirməlidir. Bu məqsədlə müəssisələrdə rəsmi yerində baxış (təftiş) keçirilir və xammalın halal statusunun hər zaman necə qorunduğu və monitorinq edildiyi yoxlanılır.

c. Bu səbəblərə görə JAKİM, həmin xammal və məhsulların halal statusunu məsuliyyətlə və dürüstlüklə izləmək/təsdiqləmək üçün öz nümayəndələri qismində nüfuzlu və etibarlı xarici halal sertifikatlaşdırma qurumlarına ehtiyac duyur.

d. Tanınma (akkreditasiya), xarici halal sertifikatlaşdırma qurumlarının Malayziya prosedur və təlimatlarına uyğunluq qabiliyyətinə əsaslanır.

TANINMANIN (AKKREDİTASİYANIN) ETİBARLILIQ MÜDDƏTİ

a. Təyinatın (tanınmanın) etibarlılıq müddəti 3 ildir.

b. Təyin olunmuş xarici qurumlar (FHCB) JAKİM-in rəsmi saytında "Tanınmış Xarici Halal Sertifikatlaşdırma Qurumları" siyahısına daxil edilir.

c. Qurumlar (FHCB) JAKİM-ə illik hesabat təqdim etməlidir.

d. JAKİM təyinat müddəti bitdikdən sonra təkrar audit (yoxlama) həyata keçirir.

HALAL ƏTİN İDXALI

Malayziyaya idxal edilməsi nəzərdə tutulan bütün ət və ət əsaslı məhsullar (quş əti daxil olmaqla), mütləq JAKİM tərəfindən tanınan Xarici Halal Sertifikatlaşdırma Qurumları tərəfindən sertifikatlaşdırılmalıdır.

Həmçinin, istehsal müəssisələri JAKİM və Baytarlıq Xidmətləri Departamenti (DVS) tərəfindən yoxlanılmalı və təsdiqlənməlidir. Bu müəssisələr "Malayziya Halal Ət və Quş Əti İstehsalı Protokolu"na və MS 1500:2009 standartına uyğun fəaliyyət göstərməlidir.

Malayziya bazarında satılan bütün idxal olunmuş qida və mallar, JAKİM tərəfindən tanınan xarici halal sertifikatlaşdırma qurumunun tələblərinə cavab vermədikdə və ya həmin qurum tərəfindən rəsmi şəkildə sertifikatlaşdırılmadıqda, "halal" adlandırıla bilməz və halal olduğu iddia edilə bilməz.

Xülasə olaraq, Malayziya qanunvericiliyinə görə, ölkəyə idxal olunan ət və heyvan mənşəli məhsullar yalnız JAKİM tərəfindən tanınan bir qurum tərəfindən sertifikatlaşdırılmalıdır. Əks təqdirdə həmin məhsul ölkəyə halal loqosu və adı ilə daxil ola bilməz. JAKİM hər ölkədə özü birbaşa sertifikat vermir. Bunun əvəzinə həmin ölkədəki etibarlı qurumları audit edir. JAKİM auditorları həmin qurumun həm şəriət biliklərini, həm də texniki laboratoriya imkanlarını yerində yoxlayır.

JAKİM-in Əsas Şərtləri Nələrdir?

Bir qurumun bu siyahıya düşməsi üçün JAKİM aşağıdakı sərt tələbləri qoyur:

  1. Qurum öz ölkəsində rəsmi qeydiyyatda olmalı və tanınmalıdır.
  2. Qurumun tərkibində ən azı iki nəfər İslam hüququ (Fiqh) üzrə mütəxəssis olmalıdır.
  3. Halal auditini aparan şəxslərin qida texnologiyası və ya müvafiq sahədə təhsili olmalıdır.
  4. Qurum öz auditi zamanı Malayziyanın Halal Standartlarını (MS) və ya onlara ekvivalent beynəlxalq standartları əsas götürməlidir.
  5. JAKİM bu qurumları mütəmadi olaraq yenidən yoxlayır

Təqdim edilən 29 avqust 2025-ci il tarixli sənəddə:

  • Dünyanın müxtəlif qitələrindən (Avropa, Asiya, Amerika, Okeaniya) onlarla qurum yer alır.
  • Hər bir qurumun qarşısında "Scope of Recognition" (Tanınma sahəsi) qeyd olunub. Məsələn, bəzi qurumlar yalnız "Kəsim" (Slaughterhouse) sahəsində tanınır, bəziləri isə "Emal olunmuş qida" və ya "Əlavələr" (Flavour/Ingredients) sahəsində.
  • Bu siyahıdakı hər hansı bir qurumun möhürü olan məhsul, dünyanın hər yerində ən yüksək Halal etibarlılığına malik sayılır.

Malayziyanın rəsmi Halal sertifikatlaşdırma orqanı olan JAKİM tərəfindən tanınan xarici sertifikatlaşdırma qurumlarının (Foreign Halal Certification Bodies - FHCB) ən son siyahısıdır Siyhıda 48 ölkə qeyd edilib. Təəssüf ki Azərbaycan siyahıda yer almır.

Fayla keçid üçün kliklə

© Halal Ekosistem