5 October 2024

İslama görə borc haqqında bəzi suallar

Halal Ekosistem|Marketinq-Reklam

Bir borcun həvalə edilməsi müqabilində pul almaq olarmı?

Bir borcun başqasına həvalə edilməsi müqabilində pul almaq caiz deyil. Çünki yardımlaşma məqsədi daşıyan müqavilələr müqabilində pul almaq caiz hesab olunmamışdır. (İbnül-Hümam, “Fəthül-qədir”, Beyrut t.y., VII, 186.)

Ancaq onu da qeyd etmək lazımdır ki, bir borc həvalə yolu ilə ödənər və bu əməliyyat nəticəsində müəyyən qədər xərc meydana gələrsə, buradakı xidmətin müqabilində cüzi miqdarda xidmət haqqı alına bilər. Çünki müasir İslam hüquqşünasları həvalə əməliyyatı əsnasında göstərilən xidməti vəkalət müqaviləsinin əhatəsinə daxil etmişlər. Vəkalət müqaviləsi müqabilində pul almaq da caizdir. (Bu məsələ ilə bağlı ətraflı məlumat üçün bax. Mövsili, “əl-İxtiyar”, II, 230; Ömər Nəsuhi Bilmən, “Hukuki İslamiye ve İstılahatı Fıkhiyye Kamusu”, IV, 328.)

Sual: Bir insan başqa birisinin borcuna zamin duraraq bunun müqabilində pul ala bilərmi?

Cavab: Bu müqaviləyə İslam hüququnda kəfalə müqaviləsi deyilir. Kəfalə müqaviləsi bağışla- ma (təbərrü) xüsusiyyətini daşıyır və savaba nail olmaq üçün edilir. Məhz bu səbəbdən yardımlaşma xüsusiyyəti daşıyan kəfalə müqaviləsi sırf Al- lahın razılığına nail olmaq üçün və dünyəvi hər hansı bir qarşılıq gözləmədən edilməlidir. Qurani- Kərimin müxtəlif ayələrində (Maidə, 5/2; Rəhman, 55/60.) və Hz. Peyğəmbərin (s.ə.s) müxtəlif hədisi-şəriflərində yardımlaşma təşviq edilmişdir (Müslim, Zikr, 11). Bu bir ibadət sayıldığı üçün, bu müqaviləni pul ilə etmək caiz deyil.

Odur ki, bir borca zamin duranın bunun mü- qabilində hər hansı miqdarda pulu şərt qoşması caiz deyil. Çünki pul almaq yardımlaşma anlayışı- na ziddir.

Sual: Borclu olan bir şəxs borcunu vaxtından əvvəl verərsə, bunun müqabilində borc verən verdiyi borcdan endirim edə bilərmi?

Cavab: Əvvəla qeyd etmək lazımdır ki, borclunun heç bir şərt qoşmadan borcunu vaxtından əvvəl qaytarması caiz olmaqla yanaşı, borc verənin də hər hansı şərtə bağlı qalmadan borcun vaxtından əvvəl qaytarılması səbəbilə verdiyi borcdan müəyyən qədər endirim etməsi caizdir. Çünki bir insan/satıcı verdiyi borcdan tamamilə imtina edə biləcəyi kimi, endirim də edə bilər. Bu, borc götürənin/müştərinin xeyrinədir və faizin əhatəsinə daxil deyil. (Ətraflı məlumat üçün bax. İbn Abidin, “Rəddül-Muxtar”, Beyrut 1991, V, 82; Mərğinani, “Hidayə”, III, 60-61)

Ancaq alğı-satqı müqaviləsində tərəflər nisyə satılan malın əvəzinin vaxtı gəlmədən ödənməsi müqabilində endirim edilməsini şərt qoşsalar, hə- nəfilər başda olmaqla İslam hüquqşünaslarının ək- səriyyətinə görə, həmin müqavilə fasid olar. Fasid də faizli müamilə hökmdündədir. (Ətraflı məlumat üçün bax. Sərəxsi, “Məbsut”, Beyrut 1993, XIII, 126; Mərğinani, “Hidayə”, III, 48; İbn Abidin, “Rəddül-Muxtar”, V, 84-85.)

Sual: Bir müsəlmanın əlində faizdən gələn qazanc varsa, həmin pulla nə etməlidir?

Cavab: Bu məsələdə İslam alimləri iki fərqli rəy bildirmişlər. Belə ki, bəzilərinə görə, haram yollardan əldə edilən pul və ya digər şeylər heç kəsə verilmədən məhv edilməlidir. Ancaq başda İmam Qəzali olmaqla digər bəzi alimlərə görə isə, bu kimi pul və digər şeylər yoxsullara verilməlidir. Çünki bunların məhv edilməsinin heç bir faydası yoxdur. Halbuki, möhtacların istifadəsinə verilməklə səmərəli şəkildə istifadə etmək mümkündür. Təbii ki, həmin şəxs bundan heç bir savab da göz- ləməməlidir, sadəcə olaraq məsuliyyətindən azad olmağı fikirləşməlidir. Bundan əlavə, əgər faiz al-dığı şəxslər məlumdursa, ilk növbədə onlara qaytarmalı və onlarla halallaşmalıdır. Əks təqdirdə, yoxsullara verilməlidir.

Dəlilləriylə Ticarət Elmihalı, İpəkyolu Nəşriyyatı

© Halal Ekosistem