Maliyyə arzularımıza çatmaq üçün yalnız saxladığımız nağd pula güvənə bilmərik. İstifadəsiz şəkildə saxladığımız pulumuzun yüksək gəlir əldə edə bilməyəcəyini bilirik. Üstəlik, inflyasiya onun dəyərini biz fərqinə varmadan azaldacaq. Buna görə də, hər bir maliyyə planlayıcısı müştərilərinə bəzi maliyyə alətləri və ya investisiyalara sahib olmağı tövsiyə edir. Bu məbləğin böyük olması vacib deyil, əsas odur ki, bunu müntəzəm olaraq edək.
Müsəlmanlar da yalnız halal investisiyalara yönəlməli olduqlarını unutmamalıdırlar. Bu məsələdə ən yaxşı nümunəmiz Peyğəmbərimiz Muhamməd sallallahu aleyhi və səlləmdir. Gəlin, Peyğəmbərimizin (s.ə.s) necə biznes qurduğunu və investisiya etdiyini öyrənək.
- Biznes: Peyğəmbər Muhamməd (s.ə.s) böyük bir iş adamı idi. Onun nüfuzu Ərəbistan Yarımadasında insanlar arasında çox məşhur idi. Hətta ona “əl-Əmin” adını vermişdilər, yəni etibarlı şəxs. Buna görə də, çox sayda insan onu özünə iş ortağı olmağa dəvət edirdi. Peyğəmbər Məhəmməd 12 yaşında iş karyerasına başladı. Əmisi Əbu Talib gənc Muhammədi ticarət səfərinə apararaq ona biznesin sirlərini öyrətdi. Bu səfər onun biznes bacarıqlarını daha da inkişaf etdirdi. Muhamməd, dürüst və bacarıqlı bir sahibkar kimi böyüdü. Peyğəmbər Məhəmməd (s.ə.s) kiçik işlərlə başladı. Əvvəlcə sadəcə bir işçi idi. Onun bacarığı və peşəkarlığı sayəsində ona əvvəlcə nəzarətçi, daha sonra menecer və nəticədə investor olaraq etibar edildi.
- Heyvandarlıq: Peyğəmbər Muhəmməd (s.ə.s) 10 yaşında ikən əmisi Əbu Talibdən qoyun və keçilərini otarmağa icazə istədi. O, heyvanları səhər tezdən otlamaq üçün vadilərə və təpələrə aparırdı. Bu yolla, Əbu Talib çoban tutmaq məcburiyyətində qalmadığı üçün puluna qənaət edə bildi. Yetkin yaşda Peyğəmbər Muhəmməd (s.ə.s) onlarla dəvə sahibiydi ki, bu da onun maddi imkanını artırmağa kömək etdi. Əgər siz də heyvandarlıqla maraqlanırsınızsa, bu sahəyə başlaya və uğur qazana bilərsiniz.
- Torpaq və əmlak icarəsi: Peyğəmbər Məhəmməd (s.ə.s) ilk investisiyasını mənfəət-zərər paylaşma konsepti ilə torpaqları yəhudilərə icarəyə verməklə etmişdir. O, Xeybər ərazisində xurma plantasiyasını və torpaqları yəhudilərə icarəyə vermişdi. Bu dövrdə o, onların həmin ərazilərdə qalmasına, torpaqları becərməsinə və sonda mənfəəti paylaşmasına icazə verdi. Bu mənfəət-zərər paylaşma konsepti daha sonra "mudaraba" kimi tanınmağa başladı. Əgər istifadəsiz torpaqlarınız və ya əmlaklarınız varsa, onları icarəyə vermək yaxşı bir addımdır. Bu yolla, əlavə passiv gəlir əldə edə bilərsiniz. Əgər icarədar həmin əmlakdan biznes üçün istifadə edirsə, mudaraba konseptini tətbiq edə bilərsiniz. Bundan əlavə, mudaraba səhmlərə qoyulan investisiyalarda da tətbiq olunan bir konseptdir. Pulunuz bir aktivdir. Onu bir biznesə yatırdığınız zaman gəliri həmin biznesin performansına əsasən alacaqsınız. Yəni biznesin performansı artdıqca sizin gəliriniz də yüksələəckdir. Mudaraba müqaviləsi haqqında daha çox məlumat öyrənərək bu sahədə biliklərinizi genişləndirə bilərsiniz.
- İyanə: Pulumuzu bağışlamaq, iyanə etmək necə investisiyaya çevrilə bilər? İslamın gözəlliklərindən biri budur ki, başqalarına kömək etmək bizə faydalı geri dönüşlər gətirir. Müqəddəs Qur`ani-Kərimdə də bu fikir qeyd olunmuşdur.
Mallarını Allah yolunda infaq edənlərin halı, yeddi sünbül verib hər sünbülü də yüz ədəd dən verən bir toxumun halına bənzəyir. Allah dilədiyi kimsəyə qatbaqat artığını verər. Allah (lütfü ilə) genişdir, hər şeyi biləndir.(Qur`ani-Kərim, 2:261)
Peyğəmbər Məhəmməd (s.ə.s) varlı idi, amma heç vaxt sərvətini yalnız özü üçün yığmazdı. Peyğəmbər həm pulla, həm də geyim, yemək kimi digər şeylərlə sədəqə verməyi çox sevərdi. Səhabələrin çoxu da onun bu yolunu izləmişdir. Məsələn, Abdurrahman ibn Auf-un ibrətamiz hekayələri var. O, həm çox varlı, həm də çox səxavətli idi. Bir dəfə sərvətinin yarısını, başqa bir vaxt isə 6 kiloqram qızılı sədəqə olaraq vermişdi.
Peyğəmbər Məhəmməd (s.ə.s) onilliklərdir ki, biznes və investisiya sahəsində ən yaxşı nümunədir. Biz onun metodlarını izləyə və bu gün malik olduqlarımıza uyğunlaşdıra bilərik.
© Halal Ekosistem