İslam marketinqi bir məhsul və ya xidməti müştərilərə və digər maraqlı tərəflərə satmağa çalışarkən bunu İslami əməliyyat prinsiplərinə uyğun həyata keçirmə prosesidir. Bura həmçinin bazara çıxarılan məhsul və ya xidmətlər üçün halallığın qorunması da daxildir. İslam marketinqi dəyər yaratma, yəni məhsul və ya xidməti potensial istehlakçılar üçün cəlbedici hala gətirmə prosesidir. Bu, məhsulun dəyərini artırmaq, simvolik mənalar əlavə etmək və təchizat zəncirinin növlərinə çıxışı yaxşılaşdırmaq üçün maraqlı tərəflərlə sosial qarşılıqlı əlaqə yaratmaqla əldə edilir.
İslamda ticarətin beş prinsip var:
1. Zərərləri minimuma endir və faydanı maksimuma çatdır
2. Riba qadağan edilmiş əməliyyatdır.
3. Dəyər maddi, konkret səylə, əziyyətlə yaradılmalıdır.
4. Qarşılıqlı razılıq ticarətin əsas şərtidir.
5. Marketinq fəaliyyəti əməliyyatdan sonrakı mübahisə ehtimalını minimuma endirməlidir.
Bu mənbələr insan rifahının və yaxşı həyatın, dini qardaşlığın, sosial-iqtisadi ədalətin, həm maddi, həm də mənəvi cəhətdən balanslaşdırılmış məmnunluğun vacibliyini vurğulayır. İslamda marketinq etikası müştərilərin istismarını əngəlləmək və biznesdə vicdansızlıqdan, fırıldaqçılıqdan və saxtakarlıqdan çəkinməklə bərabərlik və ədaləti maksimuma çatdırmaq məqsədi daşıyır. İstənilən qeyri-etik fəaliyyət ədalətsizliyə səbəb olacaq və bu İslamın vizyonunun əsasını təşkil edən insanlığın bərabərliyi və qardaşlığı qayəsinə zidd olacaqdır.
Yuxarıdaki prinsiplərin tətbiqi müştərilər və icmalarla əlaqələri gücləndirə bilər ki, bu da firmanın ictimai imicini yaxşılaşdıra və daha çox qazanc əldə etməsinə səbəb ola bilər.
İslam marketinqi müəyyən mal və xidmətlərin satışına icazə vermir:
- Natəmiz (nəcis) sayılan məhsulların istehsal və satışı qadağandır. Buraya alkoqol və ya qumar kimi şeylərin marketinqi daxildir.
- Alqı və satqı əqdində gizlədilmiş hər hansı bir saxtakarlıq qadağandır. Yəni, malın kəmiyyəti və keyfiyyət ilə əlaqəli nəyisə gizlətmək və ya uydurmaq qadağandır.
- Qadağan edilmiş fəaliyyətlər (əyləncə, qumar oyunları) üçün nəzərdə tutulmuş alətlərin satışı və marketinqi qadağandır.
- İslama düşmən olan şəxslərə və ya müsəlmanlara qarşı müharibə üçün istifadə edə biləcək kimsələrə silah satışı və bunun marketinqi qadağandır.
- Daş, taxta, metal və ya hər hansı digər konkret formada insan və ya heyvan şəkillərinin çəkilməsi qadağandır.
- Sehr etmək, onu öyrənmək və öyrətmək haramdır.
İslam makromarketinq mexanizmləri İslami dəyərlərə və prinsiplərə əsaslanan və həm müsəlman, həm də qeyri-müsəlman əhali üçün uzunmüddətli zərərləri minimuma endirmək və rifahı maksimum dərəcədə artırmaq məqsədi daşıyan islah edilmiş marketinq sistemlərinə diqqət çəkir. Bu, uzunmüddətli zərərə səbəb ola biləcək maddi axtarışları və ya həddindən artıq istehlakı əhatə edən həyat tərzini təşviq etmək əvəzinə, fərd üçün faydalı olan həyat tərzini təmin etməlidir.
İslami makromarketinq imkan veirir ki, marketinq təcrübələrinin həyat standartlarını, cəmiyyətin rifahını, səhiyyənin nəticələrini, təhsil müəssisələrini və ictimai ədaləti necə yaxşılaşdıra biləcəyi ilə bağlı düşünə bilək.
- İslami dəyərlərin marketinqdə rolu: İslam dürüstlük, ədalətlilik və mərhəmət kimi dəyərləri vurğulayır ki, bu da bütün marketinq işlərində öz əksini tapmalıdır. Bu, məhsul və ya xidmətlərinizin xüsusiyyətləri və faydaları haqqında şəffaf olmaq, yalan və ya aldadıcı iddialardan qaçmaq deməkdir.
- Marketinqdə etik davranışın əhəmiyyəti: Marketinqdə həmişə şəffaflıq, istehlakçılara hörmət və başqalarına zərər vurmamaq kimi prinsiplər rəhbər tutmalıdır. Yalan vədlər vermək və ya istehlakçıların məlumatsızlığından istifadə etmək qadağandır.
- Adət-ənənələrin əhəmiyyəti: Marketinq fəaliyyəti mədəni fərqliliklərə həssas olmalı və müsəlman istehlakçıların dəyərlərini və inanclarını təhqir etməməli. Bunun üçün mübahisəli və ya həssas mövzulardan uzaq durmalı, mədəni adət və ənənələrdən xəbərdar olmaq lazımdır.
- İslam brendinin rolu: Brendlər İslami dəyərlərə uyğunluq, sosial məsuliyyət və etik davranışlara sadiqliklərini bildirməklə özlərini fərqləndirə bilərlər. Bura brendləşmədə İslam mövzularından və ya simvollarından istifadə, xeyriyyə təşəbbüsləri və ya ekoloji davamlılıq fəaliyyətləri aid edilə bilər.
- Bazar araşdırmasının əhəmiyyəti: Müsəlman istehlakçıların ehtiyac və prioritetlərini başa düşmək və effektiv marketinq strategiyalarını hazırlamaq üçün hərtərəfli bazar araşdırmasının aparılması çox vacibdir. Buna görə də fokus qruplar təyin edilməli, sorğular keçirilməli və istehlakçı davranışı məlumatlarının təhlili həyata keçirilməlidir.
Qaynaq: Zayed, A. (n.d.). Islamic Marketing: A Strategic Perspective.
İslamın marketinq strategiyasında diqqət edilməsi lazım olan nüanslar aşağıda qeyd edilmişdir:
- Dürüstlük və Doğruluq (sidq): Bütün işlərdə dürüstlüyə və doğruluğa riayət edilməlidir. Marketoloqlar aldadıcı və ya çaşdırıcı reklam işləri ilə məşğul ola bilməzlər. Marketinq mesajları dəqiq və şəffaf olmalıdır.
- Fırıldaqdan və hiylədən çəkinmək: Saxtakarlıq və hiyləgərlik qəti şəkildə qadağandır. Marketoloqlar saxta reklam, gizli ödənişlər və digər istehlakçıları çaşdıran yollardan istifdə edə bilməzlər.
- Ədalətli Qiymətləndirmə: İslam ədalətli qiymət qoymağı təşviq edir və marketoloqlar qiymət artımı və ya ədalətsiz qiymət tətbiqi ilə məşğul olmamalıdırlar. Qiymətlər ədalətli və münasib olmalıdır.
- İstehlakçı Hüquqlarına Hörmət: istehlakçıların hüquqları qorunmalıdır. Buraya keyfiyyətli məhsul və xidmətlərin təqdim edilməsi, zəmanət və öhdəliklərin yerinə yetirilməsi, müştərilərin şikayət və narahatlıqlarının ədalətli şəkildə həlli daxildir.
- İstismardan qaçınmaq: Marketoloqlar hər hansı bir istismar formasından çəkinməlidirlər, istər həssas, məlumatsız təbəqəni istismar, istər bazar inhisarından faydalanmaq, istərsə də sələmçilik əməlləri.
- Xeyriyyə və cömərdlik: İslam prinsipləri sədəqə və xeyirxahlıq əməllərini təşviq edir. Marketinqlə birbaşa əlaqəli olmasa da, müəssisələr cəmiyyətə geri qaytarmaq üçün marketinq strategiyasının bir hissəsi kimi xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmağı seçə bilər.
- Mədəni həssaslıqlara hörmət: Marketoloqlar hədəf auditoriyanın mədəni və dini normalarına həssas yanaşmalıdır. Onlar İslami dəyərlərə və ya digər mədəni və dini dəyərlərə qarşı təhqiredici və ya hörmətsizlik yarada biləcək marketinq mesajlarından və ya taktikalarından çəkinməlidir.
- Məxfilik və məlumatların mühafizəsi: Fərdlərin məxfiliyinə hörmət etmək və onların şəxsi məlumatlarını qorumaq İslamın tələbidir. Marketoloqlar məlumatların qorunmasını təmin etmək və invaziv marketinq təcrübələrindən uzaq durmalıdırlar.
- İstehlakçıların maarifləndirilməsi: İstehlakçıların doğru, şüurlu qərarlar qəbul etmələrinə kömək etmək üçün aydın və məlumatlandırıcı məzmunun təqdim edilməsi İslam prinsiplərinə uyğundur. Marketoloqlar məhsul və xidmətlərin üstünlükləri və xüsusiyyətləri haqqında istehlakçıların məlumatlanmasına diqqət yetirməlidirlər.
- Davamlılıq (dayanıqlı) və ətraf mühit məsuliyyəti: İslam Yer kürəsinin məsuliyyətli idarə olunmasına güclü diqqət yetirir. Marketoloqlar öz məhsullarının ətraf mühitə təsirini nəzərə almalı və dayanıqlı taktikaları təşviq etməlidirlər.
Bu prinsiplər İslamda etik marketinq üçün ümumi çərçivə təklif etsə də, xüsusi hallar fərqli ola bilər və marketinq fəaliyyətlərində bu prinsipləri şərh etmək və onlara riayət etmək ayrı-ayrı bizneslərin və marketoloqların məsuliyyətidir. Bundan əlavə, alimlər və İslam etika şuraları İslami dəyərlərə uyğunluğu təmin etmək üçün xüsusi marketinq məsələləri üzrə təlimat verə bilərlər.
Qaynaqlar
- Marketing in Islam – The Key Concepts related to marketing
- https://halalop.com/business/islamicmarketing/
- Kadirov, Djavlonbek (2019). Islamic marketing: Theories, Practices, and Perspectives. New Zealand: Conscientia Capital Press.
- El Daouk, Mohamad (2022-01-01). “Introducing ḥalāl to construction supply chains in the UK’s construction sector”. Journal of Islamic Marketing. 14 (10): 2385–2403. doi:10.1108/JIMA-01-2022-0016.
© Halal Ekosistem