22 November 2024

İqtisadi Azadlıq İndeksi (Index of Economic Freedom)

Halal Ekosistem|Dünya İqtisadiyyatı
  • Qanunun aliliyi (Rule of Law)
  1. Mülkiyyət hüquqları (Property Rights)

Mülkiyyət hüquqları komponenti ölkənin hüquqi sisteminin fiziki şəxslər tərəfindən özəl mülkiyyətə azad şəkildə sahibliyə nə dərəcədə imkan verdiyini, hökumət tərəfindən effektiv şəkildə həyata keçirilən aydın qanunlarla nə dərəcədə qorunduğunu ölçən keyfiyyət göstəricisidir. Özəl mülkiyyət hüququnun ölkə qanunvericiliyi çərçivəsində nə dərəcədə qorunduğunu və bu qanunlara nə dərəcədə əməl edildiyini göstərir. Həmçinin, özəl mülkiyyətin dövlət tərəfindən müsadirə edilmə ehtimalını qiymətləndirir.

Mülkiyyətin hüquqi müdafiəsi nə qədər effektivdirsə ölkənin indeks göstəricisi bir o qədər yüksək olur. Eyni zamanda, mülkiyyətin dövlət tərəfindən müsadirəsi ehtimalı nə qədər yüksəkdirsə, ölkənin indeks göstəricisi bir o qədər aşağı olacaq.

Mülkiyyət hüquqları komponenti üzrə indeks aşağıdakı 5 alt-faktorun ədədi ortası kimi hesablanır:

  1. Fiziki mülkiyyət hüquqları;
  2. İntellektual mülkiyyət hüquqları;
  3. İnvestorların müdafiəsi səviyyəsi;
  4. Müsadirə riski;
  5. Torpaq administrasiyasının keyfiyyəti.

Hər bir alt-faktor aşağıdakı düsturdan istifadə etməklə 0-100 ballıq intervalda normallaşdırılır:

alt-faktor indeksii = 100 * (alt-faktormax – alt-faktori) / (alt-faktormax – alt-faktormin)

Burada:

  • alt-faktor indeksii – i ölkəsi üçün normallaşdırılmış alt-faktor göstəricisi;
  • alt-faktori – i ölkəsi üçün orijinal göstərici;
  • alt-faktormax və alt-faktormin – müvafiq məlumat bazasının yuxarı və aşağı hədləridir.

Bəzi ölkələr üzrə hər bir alt-faktor üçün müqayisə oluna bilən məlumatlar mövcud deyil. Bu hallarda olmayan alt-faktor üzrə indeks ölkənin digər alt-faktorlar üzrə nisbi persentil reytinqi əsasında hesablanmışdır.

Qiymətləndirmə aşağıdakı mənbələrə əsasən aparılır: Dünya İqtisadi Forumu, Qlobal Rəqabətlilik Hesabatı; Dünya Bankı, “Doing Business” və Credendo Group, Ölkələrin Risk Qiymətləndirməsi.

  1. Məhkəmələrin effektivliyi (Judicial Effectiveness)

Məhkəmələrin effektivliyi qanunlara tam əməl olunmasını təmin edən səmərəli və ədalətli məhkəmə sistemlərinin mövcudluğunu və qanun pozuntusu hallarında müvafiq hüquqi tədbirlərin görülməsini tələb edir. Məhkəmələr nə qədər effektivdirsə, məhkəmələrin effektivliyi komponenti üzrə indeks göstəricisi bir o qədər yüksək olur. Komponent aşağıdakı 3 alt-faktorun ədədi ortası kimi hesablanır:

  1. Məhkəmələrin müstəqilliyi;
  2. Məhkəmə prosesinin keyfiyyəti;
  3. Qərəzli məhkəmə qərarlarının verilməsi ehtimalı.

Hər bir alt-faktor aşağıdakı düsturdan istifadə etməklə 0-100 ballıq intervalda normallaşdırılır:

alt-faktor indeksii = 100 * (alt-faktormax – alt-faktori) / (alt-faktormax – alt-faktormin)

Burada:

  • alt-faktor indeksii – i ölkəsi üçün normallaşdırılmış alt-faktor göstəricisi;
  • alt-faktori – i ölkəsi üçün orijinal göstərici;
  • alt-faktormax və alt-faktormin – müvafiq məlumat bazasının yuxarı və aşağı hədləridir.

Bəzi ölkələr üzrə hər bir alt-faktor üçün müqayisə oluna bilən məlumatlar mövcud deyil. Bu hallarda olmayan alt-faktor üzrə indeks ölkənin digər alt-faktorlar üzrə nisbi persentil reytinqi əsasında hesablanmışdır.

Qiymətləndirmə aşağıdakı mənbələrə əsasən aparılır: Dünya İqtisadi Forumu, Qlobal Rəqabətlilik Hesabatı və Dünya Bankı, “Doing Business”.

  1. Dövlətin bütövlüyü (Government Integrity)

Dövlət institutlarında sistemli korrupsiya və rüşvətxorluq, vəzifədən sui-istifadə, himayədarlıq və yeyinti halları dövlətin bütövlüyünü təhlükə altına atır, xərcləri artırır və resursların qeyri-məhsuldar lobbiçilik fəaliyyətlərinə yönəldilməsi ilə iqtisadiyyatın həyat qabiliyyətliyini sarsıdır. Dövlətin bütövlüyü komponenti üzrə indeks göstəricisi nə qədər yüksəkdirsə, dövlətin bütövlüyünün bir o qədər yüksək olduğunun göstəricisidir. Komponent aşağıdakı 6 alt-faktorun ədədi ortası kimi hesablanır:

  1. Siyasətçilərə ictimai inam;
  2. Qeyri-müntəzəm ödənişlər və rüşvət;
  3. Dövlət siyasətinin şəffaflığı;
  4. Korrupsiyanın yoxluğu;
  5. Korrupsiya qavrayışları;
  6. Dövlət və mülki xidmətin şəffaflığı.

Hər bir alt-faktor aşağıdakı düsturdan istifadə etməklə 0-100 ballıq intervalda normallaşdırılır:

alt-faktor indeksii = 100 * (alt-faktormax – alt-faktori) / (alt-faktormax – alt-faktormin)

Burada:

  • alt-faktor indeksii – i ölkəsi üçün normallaşdırılmış alt-faktor göstəricisi;
  • alt-faktori – i ölkəsi üçün orijinal göstərici;
  • alt-faktormax və alt-faktormin – müvafiq məlumat bazasının yuxarı və aşağı hədləridir.

Bəzi ölkələr üzrə hər bir alt-faktor üçün müqayisə oluna bilən məlumatlar mövcud deyil. Bu hallarda olmayan alt-faktor üzrə indeks ölkənin digər alt-faktorlar üzrə nisbi persentil reytinqi əsasında hesablanmışdır.

Qiymətləndirmə aşağıdakı mənbələrə əsasən aparılır: Dünya İqtisadi Forumu, Qlobal Rəqabətlilik Hesabatı; Dünya Ədalət Layihəsi, Qanunun Aliliyi İndeksi; Transparency International, Korrupsiya Qavrama İndeksi və TRACE International, Trace Matrisi.

  1. Dövlətin ölçüsü (Government Size)
  2. Vergi yükü (Tax Burden)

Vergi yükü marjinal vergi dərəcələrini özündə əks etdirən kompozit tədbirdir, bura fərdi və korporativ (mənfəət) vergi dərəcələri, eləcə də hökumət səviyyəsində tətbiq olunan bütün birbaşa və dolayı vergilərin ÜDM-də payının faizlə ifadəsi daxildir.

Vergi yükü indikatoru üç alt-faktor əsasında hesablanır:

  1. Fiziki şəxslərin gəliri üzrə ən yüksək marjinal vergi dərəcəsi;
  2. Hüquqi şəxslərin gəliri üzrə ən yüksək marjinal vergi dərəcəsi;
  3. Ümumi vergi yükünün ÜDM-də payının faizlə nisbəti.

Bu göstəricilərin hər biri ümumi qiymətin 1/3 hissəsini təşkil edir. Əgər bu üç indikatordan hər hansı biri 0 olsa belə, müvafiq ölkənin digər iki kriteriyaya əsaslanaraq 67 kimi yüksək bal almaq imkanı vardır.

Qeyd olunan alt-indikatorlar aşağıdakı formul vasitəsilə hesablanır:

vergi yüküij = 100 – α * (faktorij)2

Burada:

  • vergi yüküij – i ölkəsində j faktoru üzrə vergi yükünü;
  • faktorij – i ölkəsində j faktorunun qiymətini (0-100 faiz göstəricisi ilə);
  • α – 0.03-ə bərabər əmsalı bildirir.

Daha sonra isə üç faktorun orta qiyməti ölkə üzrə ümumi vergi yükü göstəricisi hesab edilir.

Vergi dərəcləri üzrə qiymətləndirmə aşağıdakı mənbələrə əsasən aparılır:Deloitte, Beynəlxalq vergi və biznes üzrə təlimatın şərhi; Beynəlxalq Valyuta Fondu, Ölkə Hesabatı, “Seçilmiş Məsələlər və Statistik Əlavə” və Ölkə Hesabatı, “Article IV Konsultasiyası”; PricewaterhouseCoopers, Ümumdünya Vergi Xülasəsi; ölkələrin investisiya agentlikləri; digər rəsmi dövlət orqanları; “Economist” jurnalının İntellekt Bölməsi; ölkənin kommersiya və maliyyə qurumlarının məlumatları.

Ümumi vergi yükünün ÜDM-də payının faizlə nisbəti isə aşağıdakı mənbələr hesabına müəyyən olunur: İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatları; Eurostat, Dövlət Maliyyə Statistikası Databazası; Afrika İnkişaf Bankı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Afrika İqtisadi İcmalı; Beynəlxalq Valyuta Fondu, Ölkə Hesabatı, “Seçilmiş Məsələlər və Statistik Əlavə” və Ölkə Hesabatı, “Article IV Konsultasiyası”; Asiya İnkişaf Bankının Asiya və Sakit okean regionu üçün əsas göstəriciləri; Birləşmiş Millətlər Təşkilatının Latın Amerikası İqtisadi Komissiyası, Latın Amerikası və Kariblər üzrə İqtisadi Sorğu; Dünya Bankı tərəfindən müxtəlif ölkə hesabatları; müxtəlif xəbərlər və jurnal məqalələri və hər bir ölkənin rəsmi dövlət nəşrləri.

  1. Dövlət xərcləri (Government Spending)

Dövlət xərclərinin optimal səviyyəsi iqtisadi inkişafın səviyyəsindən mədəniyyətə, coğrafiyaya qədər bir çox amillərdən asılı olaraq hər bir ölkə üzrə dəyişə bilər. Dövlət sektorunun həcminin və miqyasının daha çox böyüməsi resursların yanlış yerləşməsinə və iqtisadi səmərəliliyin azalmasına gətirib çıxarır. Araşdırmalara görə dövlət xərclərinin artması davamlı olaraq büdcə kəsirlərinin yaranmasına və iqtisadi dinamizmə mənfi təsir göstərir. Dövlət xərcləri iqtisadi azadlığa böyük təsir göstərən mühüm komponetlərdən biri hesab olunur.

Dövlət xərclərinin qiymətləndirilməsi şkalası qeyri-xətti xarakterdədir, belə ki, xərclərin həddən artıq aşağı (sıfıra yaxın) səviyyələrində indeks göstəricisi aşağı olur, lakin xərclərin ÜDM-də payı 30%-dən yüksək olduqda isə çox daha pis indeks göstəricisinə gətirib çıxarır.

Dövlət xərclərinin hesablanmasında aşağıdakı formuldan istifadə edilir:

DXi = 100 – α (xərcləri)2

Burada:

  • DXi – i ölkəsində dövlət xərclərinin qiyməti;
  • xərcləri – son 3 il üzrə orta dövlət xərclərinin ÜDM-də faizlə payı;
  • α – 0.03-ə bərabər əmsaldır.

Qiymətləndirmə aşağıdakı mənbələrə əsasən aparılır:İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatları; Eurostat; Afrika İnkişaf Bankı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Afrika İqtisadi İcmalı; Beynəlxalq Valyuta Fondu, Ölkə Hesabatı, “Seçilmiş Məsələlər və Statistik Əlavə”, Ölkə Hesabatı, “Article IV Konsultasiyası” və Dünya İqtisadi İcmalı Məlumat Bazası; Asiya İnkişaf Bankı, Asiya və Sakit okean regionu üçün əsas göstəricilər; Afrika İnkişaf Bankı, AİB Statistik Məcmuəsi; hər bir ölkənin rəsmi dövlət nəşrləri; Birləşmiş Millətlər Təşkilatının Latın Amerikası İqtisadi Komissiyası, Latın Amerikası və Karib regionu üzrə İqtisadi Sorğu.

  1. Fiskal sağlamlıq (Fiscal Health)

Dövlət büdcəsinin düzgün idarə olunmaması səbəbindən büdcə kəsirinin genişlənməsi və artan borc yükü ölkənin ümumi büdcə sağlamlığına ciddi zərər vurur. Nəzəri olaraq, dövlət xərclərinin borc hesabına maliyyələşdirilməsi səmərəli investisiya və eyni zamanda iqtisadi artıma müsbət təsir göstərə bilər. Buna baxmayaraq, davamlı şəkildə büdcə kəsirləri ilə müşayiət olunan dövlət borclarının artması, xüsusilə də bunun dövlət istehlakının və ya transfertlərin artması yönündə istifadə olunması əksər hallarda ümumi məhsuldarlıq artımını zəiflədir və eyni zamanda artımdan çox durğunluğa gətirib çıxarır.

Fiskal sağlamlığın hesablanması meyarı aşağıdakı iki alt-faktor əsasında hesablanır:

  1. Son 3 il üçün orta büdcə kəsirinin ÜDM-də faizlə payı (ümumi indeksin 80%-i);
  2. Borcun ÜDM-ə faizlə nisbəti (ümumi indeksin 20%-i).

Ölkənin fiskal sağlamlığını hesablamaq üçün aşağıdakı düsturdan istifadə olunur:

alt-fakor indeksii = 100 – α (alt-faktori)2

Burada:

  • alt-fakor indeksii − iölkəsində kəsir və ya borc kəmiyyətini indeks ilə ifadə edir;
  • alt-faktori −faktorun ÜDM-də dəyərinin bir hissəsi kimi götürülür;
  • α − defisit üçün 2, borc üçün isə 0,01 kimi qəbul olunmuşdur.

Qiymətləndirmə aşağıdakı mənbələrə əsasən aparılır:Beynəlxalq Valyuta Fondu, Dünya İqtisadi İcmalı Məlumat Bazası, Ölkə Hesabatı, “Seçilmiş Məsələlər və Statistik Əlavə” və Ölkə Hesabatı, “Article IV Konsultasiyası”; Asiya İnkişaf Bankı, Asiya və Sakit okean regionu üzrə əsas göstəricilər; Afrika İnkişaf Bankı, AİB Statistik Məcmuəsi; “Economist” jurnalının İntellekt Bölməsi, Data Tool; hər bir ölkənin rəsmi dövlət nəşrləri.

  1. Tənzimləmənin səmərəliliyi (Regulatory efficiency)
  2. Biznesin azadlığı (Business Freedom)

Biznesin azadlığı komponenti hüquqi-normativ və infrastruktur mühitinin biznes müəsisələrinin səmərəli fəaliyyətinə təsir dərəcəsini ölçür. 0-100 ballıq şkala üzrə qiymətləndirilir və indeks qiyməti nə qədər yüksəkdirsə, biznes mühitinin bir o qədər azad olduğunu göstərir. Komponent üzrə indeks Dünya Bankının “Doing Business” hesabatının göstəricilərinə əsaslanmaqla bərabər çəkiyə malik 13 alt-faktor ilə müəyyənləşdirilir:

  1. Biznesə başlama —prosedur (sayı);
  2. Biznesə başlama —vaxt (günlər);
  3. Biznesə başlama —xərc (adambaşına düşən gəlirə % nisbətində);
  4. Biznesə başlama — minimal kapital (adambaşına düşən gəlirə % nisbətində);
  5. Lisenziyanın alınması —prosedur (sayı);
  6. Lisenziyanın alınması —vaxt (günlər);
  7. Lisenziyanın alınması — xərc (adambaşına düşən gəlirə % nisbətində);
  8. Müəssisənin bağlanması— vaxt (illər);
  9. Müəssisənin bağlanması—xərc (daşınmaz əmlakın dəyərindən %-lə);
  10. Müəssisənin bağlanması— ödəmə (qaytarma) əmsalı (bir dollara düşən sentlərlə);
  11. Elektrik təchizatı şəbəkələrinə qoşulma —prosedur (sayı);
  12. Elektrik təchizatı şəbəkələrinə qoşulma —vaxt (günlər);
  13. Elektrik təchizatı şəbəkələrinə qoşulma — xərc (adambaşına düşən gəlirə % nisbətində).

Hər bir alt-faktor üzrə göstərici aşağıdakı düsturdan istifadə etməklə 0-100 ballıq şkalada ifadə olunur:

alt-faktor qiymətii = 50 *( alt-faktor üzrə orta dünya göstəricisi / alt-faktori)

Daha sonra bu göstəricilərin ədədi ortası hesablanır. Nəticədə əldə olunan indeks ölkənin digər ölkələrlə müqayisədə biznes azadlığının səviyyəsini qiymətləndirir.

Qiymətləndirmə aşağıdakı mənbələrə əsasən aparılır: Dünya Bankı, “Doing Business”; “Economist” jurnalının İntellekt Bölməsi, Ölkə Ticarəti; ABŞ Ticarət Departamenti, Ölkə Ticarət Bələdçisi və hər bir ölkənin rəsmi dövlət nəşrləri.

  1. Əməyin azadlığı (Labor Freedom)

Əməyin azadlığı komponenti ölkənin əmək bazarının normativ-hüquqi bazasının müxtəlif aspektləri üzrə kəmiyyət ölçüsüdür. Buraya minimum əmək haqqı, ixtisarlar, işdən azad etməni məhdudlaşdıran qanunlar və işdən çıxarma tələbləri, işə qəbul və iş saatları ilə əlaqədar ölçülə bilən normativ məhdudiyyətlər, eləcə də işçi qüvvəsində iştirak səviyyəsi (əmək bazarında məşğulluq imkanlarının göstəricisi kimi) daxildir.

Əməyin azadlığı komponenti bərabər çəkiyə malik (ümumi qiymətin 1/7 hissəsi) 7 kəmiyyət alt-faktoru əsasında hesablanır:

  1. Minimum əmək haqqının işçi başına orta əlavə dəyərə nisbəti;
  2. Əlavə işçilərin işə götürülməsinə maneə;
  3. İş saatlarının sabitliyi (non-flexibility);
  4. Artıq işçilərin işdən çıxarılmasının çətinliyi;
  5. Qanunla tələb olunan xəbərdarlıq müddəti;
  6. İcbari işdənçıxarma müavinəti;
  7. İşçi qüvvəsində iştirak səviyyəsi.

Əməyin azadlığı indeksini hesablayarkən 7 alt-faktorun hər biri aşağıdakı düsturla 0-100 aralığına gətirilir:

alt-faktor qiymətii = 50 * alt-faktor üzrə orta dünya göstəricisi / alt-faktori

Daha sonra hər bir ölkə üçün 7 alt-faktor göstəricisinin ədədi ortası tapılmaqla ölkənin digər ölkələrlə müqayisədə əmək azadlığı indeksi hesablanır.

Qiymətləndirmə aşağıdakı mənbələrə əsasən aparılır: Dünya Bankı, “Doing Business”; Beynəlxalq Əmək Təşkilatı, Statistika və Databazalar; Dünya Bankı, Dünya İnkişaf Göstəriciləri; “Economist” jurnalının İntellekt Bölməsi, Ölkə Ticarəti; ABŞ Ticarət Departamenti, Ölkə Ticarət Bələdçisi və hər bir ölkənin rəsmi dövlət nəşrləri.

  1. Monetar azadlıq (Monetary Freedom)

Monetar azadlıq indeksi qiymət sabitliyi və qiymətlərə nəzarət səviyyəsinin göstəricisidir. Azad bazar üçün ideal vəziyyət mikroiqtisadi müdaxilə olmadan qiymətlərdə sabitliyin təmin edilməsidir. Monetar azadlıq komponenti iki alt-faktora əsaslanır:

  1. Ən son üç il ərzində orta çəkili inflyasiya dərəcəsi;
  2. Qiymətlərin tənzimlənmə səviyyəsi.

Mapped: The State of Economic Freedom in 2023

© Halal Ekosistem