22 January 2025

İpoteka krediti ile ev almaq halaldırmı?

Halal Ekosistem|Sual-Cavab

Əs-salamu aleykum. Efiopiyada hökumət yoxsul və orta gəlirli vətəndaşlar üçün mənzil sistemi hazırlayıb. Hökumət evləri 15-30% ilkin ödənişlə satır, qalan dəyəri isə 20 il ərzində aylıq olaraq ödənilir. 20 il ərzində ödənilən pulun məbləği ödənilməsi razılaşdırılmış qiymətdən çox olur. Məsələn: bir evin qiyməti 100.000 Birr. Mən ilk növbədə 15.000 Birr ödədim. Sonra hökumət bankı ilə razılaşdım ki, 20 il ərzində ayda 800 Birr ödəyim. Hansı ki, 20 ilin sonunda 192.000 Birr ola bilər. Evə sahib olmaq imkanı olmadığı üçün bu sistemdən istifadə edirik. Bank müqaviləsinə əsasən ödəməli olduğum aylıq ödəniş, demək olar ki, ev kirayəsinə ödədiyim qədərdir. İslama görə bu evi almaq halaldırmı?

Bu fətvada:

1- Sələm (riba) istər mənzildə, istərsə də başqa işlərdə olsun haramdır. 2- Sualınızda qeyd etdiyiniz əqdin növünə gəlincə, o, açıq-aydın ribadır (haram faizdir).

Bu nümunədə ödənilən ümumi məbləğ ilə satış qiyməti arasındakı fərqin (15000+192000-100000=107000) riba (faiz) olduğu açıq şəkildə görünür.

Riba, istər yaşayış üçün olsun, istərsə də başqa məqsəd üçün, haramdır. Efiopiya böyük müsəlman icmasına sahib bir ölkədir. Bu müqaviləni dəyişdirmək və ya maliyyələşdirməni İslam bankı vasitəsilə həyata keçirmək mümkün olmalıdır.

Efiopiyada yeni bir İslam bankı mövcuddur. Müqaviləni dəyişdirmək üçün hökumət bankı ilə danışıqlar apararaq evi 207000-ə satmaq şərti ilə 15000 nağd və qalan məbləği aylıq 800 ödəməklə əldə edə bilərsiniz. Aradakı bu fərq sadəcə bir formal məsələ deyil. Əslində, kreditlə satış (sale on credit) və borca görə faiz (interest on lending) arasında əsaslı bir fərq mövcuddur. Kreditlə satış icazəlidir, lakin borca görə faiz icazəli deyil.

Prof. Dr. Monzer Kahf

© Halal Ekosistem