22 November 2024

İnsan iqtisadiyyat aləmində. İqtisadi nəzəriyyədə insan modeli

Halal Ekosistem|İqtisadi düşüncə

Belə bir sual ortaya çıxır ki, iqtisad elmi nöqteyi-nəzərindən insan kimdir? Və onun həyat fəaliyytinin hansı tərəfləri iqtisadi nəzəriyyə tərəfindən öyrənilir?

Müasir iqtisadçılar belə hesab edirlər ki, iqtisadi nəzəriyyə insanların iqtisadi davranışlarmı öyrənir. İnsan – ictimai varlıqdır və əməyin sayəsində formalaşmışdır. O, ailədə və cəmiyyətdə, bir-birilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir, bir-biri üçün işləyir və birgə səyin nəticəsində tələbatlarmı ödəyə bilirlər. Ancaq cəmiyyətin milli gəlirinin istehsalmda bütün insanlar eyni vaxtda, eyni yaşda bərabər səviyyədə iştirak etmirlər. Lakin bir il ərzində yaradılmış ictimai məhsuldan hamı pay alır, istehsalda iştirak etməyənlər də istehlakçı olur. Bunun səbəbi insanların yaş qruplarında və işləmək qabiliyyətlərində fərqin olmasıdır.

Sosioloqlar müəyyən etmişlər ki, uşaq 16 yaşına qədər ailə vəcəmiyyət hesabına yaşayır. Qanunla, uşaqların əməyindən istifadə etməkqadağan olunur. Bu yaşda uşaqlar ancaq istehlakçıdırlar. Təxminən 20 yaşından etibarən (həyatının ikinci dövrü) insan tələbatını qismən özəməyilə ödəməyə başlayır. Bu yaşdan etibarən insanın tələbatı artmağabaşlayır və insanlar artan tələbatlarını ödəməyə can atırlar. Bu da işçilərin ixtisaslarını artırmağa, işin keyfiyyətini yaxşılaşdırmağa və daha çox istehsal etməyə (çox qazanmağa) stimul yaradır.

Üçüncü dövrdə 30-45 yaşında insan məhsuldarlığın və istehlakın ən yüksək həddinə çatır. İşçilərin əməyilə yaradılmış gəlirin miqdarı onların şəxsi mənimsədiklərindən 3-4 dəfə çox olur. Dördüncü dövr işləyən pensiyaçıların həyat fəaliyyətini əhatə edir. Onların istehlak etdikləri maddi nemətlərin miqdarı azalır və onlar yeni yaradılmış məhsulun az bir hissəsini istehsal edirlər. Bundan sonrakı dövr işi tamamilə dayandırmaqla başa çatır vəpensiyaçı tamamilə ailənin və cəmiyyətin hesabına yaşayır.

Əmək fəaliyyəti dövründə insan istehlak etdiyindən daha çox nemət yaradır. Əgər işlək qabiliyyəti olanlar istehlak etdiyindən artıq (çox) nemət yaratmasa, insan cəmiyyəti yaşaya bilməz.

Beləliklə, deyə bilərik ki, ayrı-ayrı işçilərin, onların ailələrinin və cəmiyyətin həyat şəraitini yaxşılaşdırmağın həlledici şərti işləmək qabiliyyəti olan əhalinin daha çox və yüksək keyfiyyətli məhsul istehsalına nail olmasıdır. Məhz bunun sayəsində hər bir işçi cəmiyyətdən daha çox maddi nemət və xidmət əldə edib öz tələbatını ödəyə bilər. Buradan da bütün insanların onların həyatının, yaşayışının əsasını təmin edən iqtisadiyyata marağı meydana gəlir. Bu o deməkdir ki, ixtisasından, peşəsindən, işlədiyi sahədən asılı olmayaraq hamı iqtisadiyyatı bilməli, onu öyrənməklə lazımi bilik əldə etməlidir, iqtisadi təfəkkürünü formalaşdırmalıdır.

Ölkəmizin bazar iqtisadiyyatına keçdiyi indiki şəraitdə iqtisadi biliklərə yiyələnmək daha çox lazımdır. Bu mürəkkəb iqtisadi sistem olan bazar iqtisadiyyatı şəraitində yaşaya bilmək, mövcud olmaq üçün lazımdır. İnsanın həyatı bioloji, sosial, maddi və mənəvi amillərin qarşılıqlı təsiri, çulğalaşması sayəsində mümkün olur. On o, həm də istehlakçıdır. O, həm istehsal edir, məhsul yaradır, həm də texnikanı hərəkətə gətirir, texnika və texnologiyadan istifadə qaydalarını müəyyən edir.

İnsan nə üçün işləyir? Cavab hamıya aydındır. Ən qədim dövrlərdən başlayaraq, insan yaşayış vasitələri əldə etmək üçün çalışır, əmək sərf edir. Bu zaman fiziki əməkdən daha çox istifadə olunur. Daha çox məhsul əldə etmək üçün və fiziki əməyini yüngülləşdirmək üçün insanlar daha çox çalışır, yeni alətlər düzəldir. Proses bu qayda ilə davam edir və bu gün də baş verir. Nəticədə əllə qazma alətini xış, xışı kotan, kotanı isə traktor, ekskovator və s. əvəz edir. İnsan mürəkkəb maşın və mexanizmlər düzəldib əmək prosesində onlardan istifadə edir.

Resursların məhdud olduğu şəraitdə heç nə havayı başa gəlmir.Buna görə də bazar iqtisadiyyatı nəzəriyyəçiləri əməyə xərc kimi baxırlar, onu pul formasında hesaba alırlar. İnsanı əmək fəaliyyəti ilə məşğul olmağa vadar edən, onu hərəkətə gətirən qüvvə və stimulların müəyyən edilməsi iqtisad elminin ən mühüm problemlərindən biridir. İnsan cəmiyyətinin tarixi ərzində insanı əmək fəaliyyətinə təhrik edən iki əsas üsul məlumdur:

1) qeyri-iqtisadi məcburiyyət; 2) iqtisadi məcburiyyət.

Birinci halda insan işləməyə məcbur edilir, işləməsə döyülür, öldürülür və s. Bu üsulu quldar, mülkədar, feodal, diktator və s. tətbiq edir. İkinci halda insan maddi cəhətdən maraqlandırılır, yaşamaq üçün işləməyə məcbur olur. İnsan öz yaşayışını təmin etmək naminə, kənar məcburiyyət olmadan işləməyə can atır. Bunlara əsasən deyə bilərik ki, insanın əmək fəaliyyəti ilə məşğul olmasına təhrik edən səbəblər (amillər) müxtəlif istehsal üsulları şəraitində eyni deyildir. Və onun xarakteri istehsal resursları (vasitələri) və istehsalın nəticələrinin mənimsənilməsi formasından, yəni mülkiyyət hüququnun hakim formasından asılıdır. İnsanlar çox müxtəlif olduğundan onların əməyə münasibəti, əməyə təhrik edən səbəblər də cürbəcürdür. Bunu əsas götürərək alimlər insan modelini yaratmağa çalışmışlar.

İnsan modeli – müxtəlif sosial-iqtisadi sistemdə fəaliyyət göstərən insan və onu fəaliyyətə gətirən amillər haqqında təsəvvür yaratmaqdır.İnsan modeli – fərdi səciyyələndirən əsas parametrləri, yəni insanın iqtisadi fəallığına təkan verən amilləri, onun məqsədini və insanın öz məqsədinə çatması üçün dərketmə imkanlarını özündə ehtiva edir.

İqtisad elmi insanların iqtisadi davranışlarını aydınlaşdırmağa çalışır. Yəni onların maddi və mənəvi nemətlərin yaradılması, bölgüsü və istifadəsi zamanı fərdi və ictimai hərəkətlərini öyrənir. İnsan modelini nəzəri təhlil üçün ilkin şərt kimi götürən nəzəriyyəçi alimlər təklif, tələb, rəqabət, mənfəət, istehlakçı davranışı haqqında özlərinin çoxsaylı nəzəriyyələrini yaradırlar.İqtisad ədəbiyyatında insanın «modelləşdirilməsi»nin 4 istiqaməti xüsusi olaraq qeyd edilir.

Birinci istiqamət – ingilis klassik məktəbinə, marjinalistlərə və neoklassiklərə məxsusdur. Bu istiqamətdə hazırlanmış «iqtisadi insan» modelində ön plana fərdin eqoist marağı, pul əldə etmək marağı çəkilir, deməli, iqtisadiyyatla məşğul olan insan daha çox pul, gəliri əldə etmək məqsədilə fəaliyyət göstərir ( bu model XVIII əsrdə irəli sürülmüşdür). Bu modeldə «iqtisadi adam» azad rəqabət şəraitində fəaliyyət göstərir və onun fəaliyyəti kənar qüvvələr tərəfindən məhdudlaşdırılmır (dövlət tərəfindən). Bu şəraitdə fəaliyyət göstərən insan imkanların və resursların məhdud olduğu şəraitdə az məsrəflə daha çox nəticə əldə etməyə çalışır.

İkinci istiqamət – keynsçi məktəbə, institusionistlərə və tarixi məktəbə aiddir. Bu modeldə insanı iqtisadi fəaliyyətlə məşğul olmağa stimul yaradan yalnız maddi nemət, pul əldə etmək marağı deyildir. Ənənələrə, adətlərə əməl etmək, nüfuzunu gözləmək, həyatdan ləzzət almaq və s. kimi psixoloji amillər də rol oynayır. Bu modeldə tarazlıq yaratmaq üçün dövlətin prosesdə iştirakı vacib sayılır.

Üçüncü istiqamət – «iqtisadi insan modeli»nin prinsipcə yeni bir növü olub müasir reallıqları özündə əks etdirir. Bu modeldə hərəkətverici amil kimi yalnız maddi tərəf deyil insanm mənəvi tələbatları mühüm əhəmiyyət kəsb edir (əmək prosesinin özündən razı qalmaq, onun sosial əhəmiyyəti, mürəkkəbliyi və s.). Yeni model çox- müxtəlifliyi və tələbatın dinamik olması ilə fərqlənir. Burada başlıca tələbat özünü ifadə etməkdə azadlığın olmasından, başqa adamlarla sərbəst əlaqə yaradılmasından, mənəvi cəhətdən özünümüəyyənlikdən, mədəniyyət növünü seçməkdə azad olmasından, ictimai-siyasi görüşündə azad olmasından ibarətdir. Belə bir istəyi olan insan demokratik və plüralizmin hökm sürdüyü bir cəmiyyətdə yaşamağı arzu edir.

Dördüncüsü – «inzibati insan» modelidir. Müasir iqtisadçılar, sosioloqlar sovet adamını inzibati-amirlik təsərrüfat sistemi üçün xarakterik olduğunu göstərirlər. Sovet adamı qeyri-bazar ruhlu idi. Məqsədi ikili idi. Həm öz tələbatını və həm də cəmiyyətin plan üzrə qarşıya qoyduğu vəzifələri yerinə yetirmək. Plan tapşırıqlarına əməl etmək əsas borc hesab olunardı. Bu sistemdə də insan öz xərclərini azaltmaqla xeyirini maksimuma çatdırmağa can atır. Bu isə rasional iqtisadi davranış deməkdir.Resursların məhdud olduğu dünyada insan istənilən təsərrüfat sistemində öz xərclərini azaltmağa və maksimum xeyir götürməyə can atır.

İbadov Sabir Adil oğlu. Nəşriyyat, Şərq-Qərb. Nəşr yeri, bakı. Nəşr ili, 2009.

© Halal Ekosistem