22 November 2024

Halal Ticarətdə Malın Çeşidləri

Halal Ekosistem|Halallıq Standartları

İslam hüquqşünasları malları xüsusiyyətlərinə görə; mütəqavvim və qeyri-mütəqavvim, daşınar və daşınmaz əmlak, misli-qiyəmi, istehlaka əlverişli olan və ya yalnız istifadə edilməyə əlverişli olan mallar kimi qisimlərə ayırırlar.

1. Mütəqavvim və qeyri-mütəqavvim mal:Faktiki əldə edilmiş olan və İslamın yeyilməsini, içilməsini və ya istifadə edilməsini məşru etdiyi (icazə verdiyi) hər şey “mütəqavvim mal” adını alır. Daşınmaz və daşınar əmlak, yeməklər, ovçunun ovladığı heyvan, oduncunun icazə verilən meşədən kəsdiyi odun, yenidən əkib-becərilən ölü ərazi bu növə daxildir. Mütəqavvim sözü lüğətdə dəyəri olan, qiyməti olan, iqtisadi bir dəyər ifadə edən şey mənasına gəlir.

Qeyri-mütəqavvim mal isə, faktiki əldə edilməmiş olan və ya İslama görə, zərurət halı istisna olmaqla faydalanılması icazəli olmayan şeylər. Sudakı balıq, havadakı quş, hələ çıxarılmamış halda olan mədən ehtiyatları və meşədəki ov heyvanları kimi əldə edilməmiş şeylər ümumi olaraq qeyri-mütəqavvim mal hesab olunur. Ayrıca şərab, donuz əti, murdar ölmüş heyvanın əti kimi yeyilməsi və ya içilməsi qadağan edilmiş şeylər də müsəlmana görə mütəqavvim mal deyildir. Çünki müsəlmanın bunlardan faydalanmasına icazə verilmir. Bunlar qeyri-müsəlmanlar baxımından isə mütəqavvim mal sayılır. (əs-Səraxsi, əl-Məbsut, XI, 102; Şafii, əl-Ümm, IV, 198-205; Mu­ham­meəd Ha­mi­dul­lah, əl-Vəsaiku’s-Siyasiyyə, Vəsika no: 59; əz-Zühayli, əl-Fiq­hu’l-İslami və ədil­lə­tuh, Di­məşq 1405/1985, IV, 40, 45.)

Mütəqavvim mal üzərində həyata keçirilən satış, icarə, hibə (qrant, hədiyyə), ariyet vermə (borc), girov, vəsiyyət, ortaqlıq və bu kimi gündəlik əməliyyatlar etibarlıdır, yəni səhihdir. Qeyri-mütəqavvim mallar üzərində ediləcək bu kimi əqd və əməliyyatlar isə batildir, yəni qeyri-qanunidir. Yenə mütəqavvim mal tələf edilərsə, mislidirsə mislini, qiyəmi maldırsa qiymətini kompensasiya etmək lazımdır. Qeyri-mütəqavvim mal müsəlmana aid olarsa kompensasiya öhdəliyi olmaz. Əhli-kitaba aid olan şərab, donuz əti və bu kimi əşyaların tələf edilməsi isə kompensasiya öhdəliyi ortaya çıxarır.

Daşınar əmlak (menkul) — torpaqla əlaqədar olmayan, ona təhkim olunmayan, daşınmaz əmlakın əksi olan əmlak. Özü hərəkət edə bilən əşyalar (heyvanlar) daşınar əmlaka aid edilirlər. Pullar, məcburi tələb hüquqları, qiymətli kağızlar, borc şəhadətnamələri, icra vərəqələri daşınar əmlakhesab olunurlar. (Azərbaycan qanunvericiliyi)

Daşınmaz əmlak — üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr. İnternetin inkişafı ilə birlikdə Daşınmaz əmlak bazarıda saytlara daşınaraq onlayn xidmət göstərməyə başladı.(Azərbaycan qanunvericiliyi)

Daşınmaz əmlak. Bir yerdən başqa bir yerə nəql edilməsi mümkün olmayan ev, ərazi kimi, yerdə sabit duran şeylərdir (Osmanlı Məcəllə, mad. 129).

Bina, ağac və torpaqdakı əkin əraziyə bağlı olaraq axar sayılır. Axar, İslam hüququnda ümumiyyətlə gəlir gətirən daşınmaz mallar üçün istifadə edilən bir termindir. Üzərində binalar, ağaclar və bitkilər olan bir ərazi satıldığı zaman, bunlara da ərazi hökmləri tətbiq olunur. Bunların ərazidən ayrı satılmaları halında isə daşınar hökmləri tətbiq olunur. (İbn Abidin, Rəddül-Muxtar, III, 408).

Misli və qiyəmi mal:Misli mal-bazarda misli və bənzəri olan standart şeylərdir. Misli’nin cəmi “misliyyət”dir. Standart mallar dördə yerə ayrılır:a. Məkilat; buğda, arpa kimi həcm ölçüsüylə alınıb satılan şeylər bu qrupa aiddir.b. Məvzunat; pambıq, dəmir, sement kimi ağırlıq ölçüsüylə alınıb satılanlar.c. Məzruat və ya zər’iyyat; parça, taxta-şalban kimi uzunluq ölçüsüylə satılan bəzi standart mallar.d. əl-Adədiyyatu’l-mütəqaribə; yumurta, eyni keyfiyyət və eyni rəngdə parçadan tikilmiş paltar və köynək kimi say ilə alınıb-satılan standart şeylər bu xüsusiyyətdədir.

Qiyəmi mal- bazar və bazarda bənzəri olmayan və ya olsa da standart olmayan şeylərdir. Heyvanlar, daşınmaz əmlak., ağaclar, xalçalar, istifadə edilmiş avtomobil və bənzəri şeylər bu xüsusiyyətdədir.

Misli mallar cins və xüsusiyyətləri təyin edilərək zimmətdə borc olaraq qala bilər. Qarzı-həsən (borc) yolu ilə verilə bilər. Satış müqaviləsində satış əvəzi, qarşılığı ola bilər. Bunlardan eyni cins nəğd və bərabər miqdarda mübadilə edilə bilər. Əks halda artıqlıq və ya nəsia ribası meydana gəlir. Bir ton buğdanı, bir yarım ton buğda ilə və ya bu qədər buğdanı müddətli olaraq mübadilə etmək kimi. Ancaq cinslər fərqli olduqda nağd mübadilə şərtiylə, miqdarlar fərqli ola bilər. Bir ton buğdanın iki ton arpa ilə nəğd mübadilə edilməsi kimi.

Qiyəmi mallar isə zimmətdə borc olmaz, satış əqdində satış əvəzi olaraq da müəyyən edilə bilməz. Bir haqq qiyəmi bir mala bağlanmaq istənilərsə, bunun hansı mal olduğu ayırd edilərik təyin olunması lazımdır. Çünkü bunlarda stantartlıq olmadığı üçün borclu ən ucuzunu vermək, borc verən isə ən bahalasını almaq istəyər. Buna görə də aralarında anlaşılmazlıq çıxar. Məsələn; nəsə qarşılığında iki yaşında bir inək satmağı borçlanan kimsə, iki yaşındakı inəklərdən ən ucuzunu verərsə mənfəət nisbəti artar. Alıcı isə iki yaşın ən bahalısını almaq istəyincə anlaşılmazlıq yaranar. Ancaq müəyyən bir heyvan borçlanılmış olarsa bu mümkün və caiz olur

© Halal Ekosistem