Biznesin uğurlu olması üçün təkbaşına hərəkət etmək çox zaman kifayət etmir. "Tək əldən səs çıxmaz" prinsipi ilə Halal Ekosistem olaraq ortaq şəkildə qurulan bizneslərin daha güclü və dayanıqlı olduğuna inanırıq. Doğru seçilmiş bir iş ortağı ilə, hətta ən çətin yollar belə uğurla qət edilə bilər.
- Ortaqlıq modeli, biznesin inkişafı üçün bir çox üstünlüklər təqdim edir:✔ Maliyyə resurslarının artırılması – Yalnız bir şəxsin daşıya bilməyəcəyi maliyyə yükü ortaq şəkildə daha rahat idarə edilə bilər. Beləcə bankdan kredit almadan halal şəkildə yeni bizes qurmaq və ya mövcud biznesi inkişaf etdirmək mümkün olar.✔ Təcrübə və bilik paylaşımı – Müxtəlif bacarıqlara və biliklərə malik tərəfdaşlar bir araya gələrək biznesin daha sürətli böyüməsini təmin edə bilərlər.✔ Yeni əlaqələrin qurulması – Ortaqların fərqli biznes əlaqələri və müştəri bazası biznesin daha sürətli və az xərclə genişlənməsinə töhfə verə bilər.
Bununla belə, bir çox ortaqlıqların uğursuz olmasının əsas səbəbi, peşəkar dəstəyin olmaması və tərəflər arasında hüquqi çərçivənin əvvəlcədən dəqiq şəkildə müəyyən edilməməsidir. Şifahi razılaşmalar çox vaxt qeyri-müəyyənliklərə yol açır və tərəflər arasında problemlər yaradır.
Halal Ekosistem olaraq sizə ortaqlıqda diqqət edilməsi lazım olam iyirmi qayda təqdim edirik:
- Ortaqlıq (şəriklik) iki və ya daha çox insanın gəlir əldə etmək məqsədiylə pullarını, əməklərini (bilik, savad, təcrübə, əlaqələr, fiziki qabiliyyət və s) və öhdəliklərini birləşdirmələridir.
- Seçilən ortağın şəxsi keyfiyyətləri əsas götürülməlidir. Onun dini, irqi, yaxınlıq dərəcəsi və s kimi amillər ortaqlığın qurulmasında əsas göstərici olaraq götürülməməlidir. Sərmayə olaraq qoyulacaq pulun halal olması şərti ilə hər kəslə ortaq olmaq olar.
- Ortaqla işə başlamazdan öncə bütün biznes əməliyyatlarının halallıq qaydalarına görə həyata keçiriləcəyi ilə bağlı razılığa gəlmək mütləqdir.
- Şərikliyə cəlb edilən maliyyə vəsaiti halal olmalıdır. Biz burada insan sağlamlığı və ictimai asayişə, cəmiyyətə, təbiətə zərər vuran məhsulların (narkotik maddələr, şərab, tütün və s) istehsalından gələn pulları, karrupsiya, çirkli pulların yuyulması və digər qeyri-qanuni vəsaitləri ‘’təmiz olmayan pullar’’ kateqoriyasına daxil edirik.
- Şirkətə ortaq olan şəxsin sərmayəsi nəğd pul olmalıdır. Sonda ortaya çıxan zərər və qazanc miqdarını konkretləşdirmək, dəqiqləşdirmək bu yolla mümkündür.
- Şirkətə nəğd olmayan sərmayə ilə ortaq olan şəxs bu sərmayənin nəğd qiymətini müəyyən etdikdən sonra ortaq ola bilər. Beləcə o şirkətdəki payını dəqiq şəkildə öyrənmiş olar.
- `Tərəflər ortaqlığa fərqli valyutalarla şərik olacağı təqdirdə şirkət üçün vahid valyuta təyin edilir. Ödəmə günü gəldikdə bütün sərmayənin valyuta cinsinə görə dəyəri təyin edilir. Beləcə tərəflərin pay və öhdəlikləri müəyyənləşdirilmiş olur.
- Ortaqlıq üçün tərəflərin razılaşdığı sərmayə məbləğinin bir dəfəlik verilməsi şərt deyildir. Tövsiyyə edilən odur ki, bütün pullar işin başında ortaya qoyulmasın, yəni işi görən tərəfə elə işin başında bütün pullar verilməsin. Bu bəzi problemlər yarada bilər. Yaxşı olar ki, ehtiyaclar nəzərə alınaraq peryodik ödənişlər edilsin.
- Ortaqlıqda qoyulan sərmayə miqdarı dəqiq müəyyən edilməlidir. Sərmayənin ortaqlıq başlayarkən hazır olması, istənilən vaxt əldə edilməsi mümkün olacaq bir vəziyyəttdə olması şərtdir.
- Borclu olduğun biri borc müqabilində şirkətə ortaq edilməz. Şirkətə ortaq olmaq üçün tələb edilən sərmayə borc olaraq qərarlaşdırıla bilməz. Çünki sonra alınacaq bu borclar şirkətin fəaliyyətində istifadə edilə bilmir və bu borclar üzərində hər hansı səlahiyyət, idarəetmə mümkün deyil. Məsələn, "mən 10 min manatla bu şirkətə ortaq olmaq istəyirəm, amma 10 mini 4 ildən sonra, 4 il ərzində tədricən və ya nə vaxtsa verəcəm". Fəqət borclar ortaqlı qurulucaq biznesə sərmayə kimi qoyula bilən başqa bir varlığa, aktivə bağlıdırsa sərmayə kimi cəlb edilə bilər. Məsələn bir fabrikin bütün alacağı və verəcəyi borclar ilə birlikdə ortaqlığa sərmayə olaraq verilməsi mümkündür. Çünki burada əsas sərmayə kimi fabrikin özü çıxış edir.
- Ortaya çıxan hər hansı zərər tərəflərin ortaqlıqdakı sərmayə payına görə, mənfəətin bölüşdülməsi isə öz aralarındaki razılaşmaya əsasən olmalıdır.
- Müqavilə bəndləri arasında ortaqlığın hər hansı mərhələsində anlaşma şərtlərini və mənfəət dərəcələrini dəyişdirmək şərti qoyula bilər.
- Ortaqlardan hər hansı birinə mənfəət payı olaraq öncədən sabit bir məbləğ təyin edilə bilməz.
- Ortaya çıxacaq qazancdan şəriklərin nə qədər pay alacağı ilə bağlı razılıq mənfəətin ortaya çıxmasından sonrakı vaxta ərtələnə bilməz. Çünki bu halda tərəflər arasında mübahisə yarana bilər.
- Ortaqlardan heç birinin sərmayəsinə zəmanət veril bilməz. Yəni ortaqlardan birinin sərmayəsinin mütləq şəkildə, istənilən halda geri qaytarılacağı şərti, öhdəliyi qoyula bilməz. Əgər qoyularsa bu artıq ortaqlıq yox borc anlaşmasına çevrilər. Borc müqabilində hər hansı mənfəət unmaq, gözləmək İslam dinində riba yəni bizim dillə sələm olaraq qəbul edilir. Bu mənfəətin sabit və ya ortaya çıxacaq qazancın müəyyən hissəsi formasında qərarlaşdırması eyni şeydir. Sərmayəni qaytarma, olduğu kimi geri vermə vədi verdikdən sonra sabit və ya dəyişən mənfəət təklifi irəli sürmək heç bir şeyi dəyişmir. Başqa sözlə sərmayəsi mütləq şəkildə özünə qaytarılacağı şərti ilə biznesə ortaq olan şəxs biznesin sonradan yaranacaq mənfəətinə müəyyən faiz nisbətində ortaq olması heç nəyi dəyişmir.
- Ortaqlığa əməyi ilə ortaq olan şəriklərə sabit maaş təyin etmək olmaz. Fəqət, ortaqlıq müqaviləsindən müstəqil başqa bir əmək müqaviləsi ilə ortaqlardan biri və ya hamısı işçi olaraq şirkətə cəlb edilə bilər. Amma bu heç bir halda ortaqlıq müqaviləsində qeyd edilməməlidir. Bunun üçün ayrıca əmək müqaviləsi hazırlanmalıdır. Bu halda tərəflər həm şirkətin ortağı, təsisçisi həm də işçisi hesab olunur. Ola bilər ki, ortaqlardan biri öz əmək qabiliyyətini, iş performansını bəyənməsin, fəaliyyətinin şirkətə zərər vurduğunu görsün. Bu halda o digər ortağı ilə özünü işdən çıxara bilər. Çünki o başa düşür ki, şirkətin zərər görməsi, zəifləməsi onun özünə ziyandır, çünki şirkətin sahibi özüdür. Şirkətin sahibləri yəni ortaqlar maraqlıdırlar ki, şirkət inkişaf eləsin. Bunun üçün isə daha peşəkar işçilərin cəlb edilməsinə çalışmalıdırlar.
- Zərər ortaqlardan hər hansı birinin əməlinə görə ortaya çıxmayıbsa ondan təzminat tələb edilə bilməz.
- Ortaqlardan hər hansı birinin günahı, xətası, səhlənkarlığı səbəbindən ortaya çıxacaq zərərləri komoensasiya edə bilmək üçün və sadəcə bu hallarda istifadə edilməsi şərtiylə şəriklər bir-birindən girov və digər zəmanət formaları tələb edə bilər.
- Şirkət qurularkən sərmayə qoyan ortaqların sərmayəsi geri qaytarılmadıqca şirkətin əldə etdiyi qazanc digər ortaqlar arasında bölüşdürülə bilməz. Ortaqlıqlarda ən birinci hədəf sərmayəni qorumaqdır.
- Ortaqlardan hər hansı biri ortaqlıq bitərkən şirkəti nominal (yəni ilkin, qoyulan sərmayə miqdarında) dəyəri üzərindən almaqla bağlı şərt qoya bilməz. Çünki bu təqdirdə digər ortaqların ilk sərmayəsi zəmanət altına alınmış olar. Amma bazar qiyməti əsasında alınması ilə bağlı şərt qoyula bilər. Yəni müəyyən müddət keçdikdən sonra ortaqların birlikdə qurduğu biznesi (şirkəti) mütəxəssislər tərəfindən müəyyən edilən bazar qiyməti əsasıda tərəflərdən biri ala bilər.
Halal Ortaqlıq Satandartlarının tam paket forması üçün bizə müraciət edin.
© Halal Ekosistem