22 November 2024

Halal iqtisadi dünya görüşü necə olmalıdır

Halal Ekosistem|İqtisadi düşüncə

İlk insandan günümüzə qədər iqtisadi fəaliyyətlərdən kənar qalan heç bir insan olmamışdır. İnsanın ehtiyacları, maraqları onları iqtisadi münasibətlərə sövq etmişdir.

İqtisadiyyat günümüzdə, insanların zehniyyət dünyasını, yaşayış tərzini, həyat fəlsəfəsini, sosial əlaqələrini və varlıq aləmi ilə quracağı münasibəti müəyyənləşdirən ən təsirli faktorlardan biri halına gəlmişdir. İnsanların hər zaman iqtisadi fəaliyyətlərlə yaxından əlaqədar olduqları bilinən bir hal olsa da, son illərdəki kimi iqtisadi məsələlərin insanların həyatlarında birinci pilləyə çıxdığı bir zaman dilimi müşahidə olunmamışdır. Bunun ən önəmli səbəbi, elm və sənayede baş verən inkişafa paralel olaraq insanların istehsal və istehlak davranışlarının, adətlərinin dəyişməsidir.

Sənaye inqilabından sonra xüsusilə qərb cəmiyyətinin sosial-iqtisadi strukturunda köklü dəyişikliklər baş verdi. Elm və texnikanın inkişafı ilə birlikdə sənaye sahəsində böyük nailiyyətlər əldə edilmiş, ifrat mənfəət və qazanc arzusunun da təsiriylə qurulan fabriklərdə kütləvi istehsal ortaya çıxmış, nəticədə qərbin iqtisadi strukturuna istiqamət, yön verən böyük sərmayədarlar ortaya çıxmağa başlamışdır.

Sənaye və maşınlı istehsalın geniş yayılması və istehsal fəaliyyətlərinin sürətlənməsiylə birlikdə böyük kartel və trestlər formalaşmış, bazardan daha çox pay ala bilmək düşüncəsi onları dağıdıcı bir rəqabətə sövq etmiş və bu rəqabətdən uğurlu çıxa bilmək düşüncəsi də fərqli spekulyasiyaların meydana gəlməsinə səbəb olmuşdur. Təbii bu arada, istehsal üçün lazım olan xam maddə ehtiyacını qarşılamaq üçün istismar fəaliyyətləri başlamış, fabriklərdə çalışan müstəqil bir işçi sinfi formalaşmış, onların haqqlarını qorumaq üçün sindikatlar ortaya çıxmış, kütləvi tətillər çoxalmış və həmçinin kasıblarla zənginlər arasındakı gəlir fərqliliyi hər keçən gün bir az daha artmışdır. Bütün bu nailiyyətlər isə bəzi iqtisadi problemlərin ortaya çıxmasına zəmin hazırlamışdır. Kütləvi istehlakın davam etməsi naminə reklam və marketinq texnikaları ilə istehlakın həvəsləndirilməsi, təşviq olunması, dəbdəbəli həyatın və çirkin işlərin şirnikləşdirilərək istehlak cəmiyyətinin formalaşdırılması, tək dəyər amili olaraq maddənin əsas götürülməsi və cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinin zəyifləməsi kimi xüsuslar da sağlam bir iqtisadi sistemə duyulan ehtiyacı artırmışdır..

Bu bir həqiqətdir ki, sənaye inqilabından etibarən ilk olaraq Qərb cəmiyyətində hakim olan, ardınca dünyanın digər ölkələrini təsiri altına alan və günümüzə qədər da varlığını davam etdirən iqtisadi və sosial sistem məhz kapitalizm olmuşdur. Kapitalizmin təməl dayağı və əvəzedilməz ünsürü isə daha çox istehsal etmək, daha çox qazanmaq və davamlı böyüməkdir. Sistem olaraq iqtisadiyyatın böyüməsi, sərmayənin böyüməsi, qazanc və gəlirlərin böyüməsi, istehlakın böyüməsi, kənd təsərrüfatı və heyvandarlıqda məhsuldarlığın artması, rifah səviyyəsinin yüksəlməsi vs. böyümək, inkişaf və irəlləyiş kimi amillər kapitalizmin zəruri və əvəzediməz amillərdir. Buna görə də bu sistemin insana, cəmiyyətə və varlığa baxış və yanaşmasında təməl kriteriya da kəmiyyətə, rəqəmlərə əsaslanmışdır.

Bir həyat tərzi halına gələn kapitalizmin, demək olar müdaxilə etmədiyi, girmədiyi, dəyişdirmədiyi, metalaşdırmadığı və nəsnələşdirmədiyi sahə və dəyər qalmamışdır. Mədəniyyət dəyərləri də daxil olmaqla çox şey alınıb-satılan bir ticarət malına çevrilmişdi. Kapitalizm duyğu və düşüncə dünyası etibarilə hətta insanı belə yenidən inşa etmişdir. Onun təklif etdiyi bu insan modeli “homo-economicus” (iqtisadi adam) olaraq adlandırılmışdır. Belə ki, bu sistem iqtisadiyyatı insan üçün deyil, insanı iqtisadiyyat üçün istifadə etmişdir. Sənaye cəmiyyəti, dəzgahlarda göstərdiyi məharəti insanda göstərə bilməmiş, dəzgaha verdiyi azadlığı insana verə bilməmiş, insanı dəzgahlara məhkum etmişdir.

Və nəticədə həm insanların iqtisadi fəaliyyətləri həm də də sosial münasibətləri əxlaqi və mənəvi dəyərlərdən məhrum qalmışdır.

Bu sistemdə qazancı maksimallaşdırmaq naminə hər yol mübah, qanuni görülmüş, qatı bir faydacılıq anlayışı və şəxsi maraqlar həyatın təməl qayəsi halına gətirilmiş, “fərd” önə çıxarılaraq sosial yardımlaşma və həmrəylik olduqca zəifləmiş, əməyin əleyhinə olmaqla güclənən sərmayə ilə birlikdə gəlir bölüşdürülməsindəki tarazlıq pozulmuş və tərəqqi, inkişaf və böyümə iqtisadiyyatın ən önəmli hədəfi halına gəlmişdir. Nəticədə təşəbbüskar, kapitalist və az bir qrup kütlələri istismar edərək böyük sərmayələr eldə etdiyi halda, qarın toxluğuna işləmək məcburiyyətində qalan geniş xalq kütlələri həyatlarını dolanışıq mübarizəsiylə davam etdirmək məcburiyyətində qalmışdır. Həmçinin mənəvi boşluq, dəyərlərin ölməsi, tənhalaşma, yadlaşma və laqeydləşmə bundan daha böyük bir fəlakət olaraq ortaya çıxmışdır.

Kapitalizmə qarşı bir mübarizə hərəkatı olaraq ortaya çıxan və qazancın təməlinə sərmayənin yerinə əməyi yerləşdirən kommunizm də, cəmiyyətə hüzur və səadət gətirə bilməmiş, fitrətə uygun olmadığına görə də qısa ömürlü olmuşdur. “Qabiliyyətlərə görə hər kəsdən alıb, ehtiyaclara görə hər kəsə paylamaq” prinsipiylə yola çıxan kommunizm, özəl mülkiyyəti və şəxsi azadlığı ortadan qaldırmış, ailəni parçalamış, dini və mənəvi dəyərlərə sanki savaş açmış sosial-iqtisadi bir sistemdir. Bu sistemdə, xüsusi bacarıqların, şəxsi qabiliyyətlərin, insanlar arasındakı fərqliliklərin bir əhəmiyyəti yoxdur. Halbuki insan, çalışmak, çalıştığının qarşılığını almaq, mal və mülkə sahib olmaq istəyir.

Son əsrdə, İslam’ın bir iqtisadi sisteminin olup olmadığı müzakirə edilmişdir. Qısaca ifadə etsək, həyatın bütün sahələriylə əlaqədar qaydalar gətirən İslam’ın, insan həyatının önəmli bir hissəsini təşkil edən iqtisadi mövzulara dair qaydalarının olmaması mümkün deyildir. İslamın müqəddəs kitabı sayılan Quranki-Kərimdə deyildiyi kimi İslam dininin tamamlanmış və kamilliyə çatmış olması da bunu zəruri edir.

Ayrıca İslam’ın iqtisadiyyatla əlaqədar birbaşa ortaya qoyduğu tənzimləyici qaaydalarla yanaşı bir də dolaylı yöndən bir bağı vardır. İslam’da əmanətə riayət etmək, doğru sözlü olmaq, verilən sözə sadiq qalmaq, etibarlı olmaq, zülm və haqsızlıqdan qaçınmaq, davranışlarda ədalət və ehsan prinsiplərinə riayət etmək, hal və hərəkətlərdə həlimlik və mülayimliyi əsas almaq kimi əxlaqa dair əmr və tövsiyələr də, iqtisadi fəaliyyətlərə yön verən önəmli düsturlardır. Son olaraq ifadə etmək lazımdır ki, İslam’ın bir iqtisadi strukturunun olduğunu qəbul etmədən, on dörd əsrdə qurulmuş olan bir çox İslam dövlətlərinin ticari və iqtisadi fəaliyyətlərini hansı əsaslara görə həyata keçirdiyini açıqlamaq mümkün olmayacaqdır.

Bir başqa ifadəylə, İslam’ın iman və əxlaq vurğusu prioritet şərt olaraq ələ alınmadığı; fərd, ailə, cəmiyyət və dövlət nizamı ilə əlaqədar gətirdiyi qaydalar göz ardı edildiyi; onun sadəcə iqtisadi bir qisim hökmləri önə çıxarıldığı və ortaya qoyduğu prinsiplər başqa mədəniyyətlərin məlumatlarıyla şərh olunduğu təqdirdə, ya “İslam kapitalizmi” ya “İslam sosializmi” ya da “İslam kommunizmi” ortaya çıxacaqdır. Halbuki İslam bəzi xüsuslarda, kapitalizm və sosializmə bənzəsə belə, onun ortaya qoyduğu iqtisadi struktur özünə məxsusdur. Hərçənd istehsal ünsürləri, əmək və sərmayə, tələb və təklif tarazlığı kimi iqtisadiyyatla əlaqədar bəlli mövzular demək olar bütün iqtisadi sistemlərdə vardır. Fəqət bu mövzulara yanaşma tərzi və bunları dəyərləndirmə məsələsində İslam iqtisadiyyatını digərlərindən ayıran, özünə məxsus xarakterik xüsusiyyətləri vardır.

© Halal Ekosistem