Ğarar الغرر qeyri-müəyyənlik, aldatma və risk ilə əlaqəli olan ərəb mənşəli sözdür. Hələ yığılmamış məhsul və ya hələ tora salınmamış balıq örnəklərində olduğu kimi “hələ mövcud olmayanların satışı” ğarar olarak tərif edilir.
ƏSAS MƏLUMATLAR
- Ğarar sözü qeyri-müəyyənlik, təhlükə və ya risk deməkdir.
- İslam maliyyəsində ğarar qadağandır, çünki o biznes sövdələşmələrində tələb edilən müəyyənlik və açıqlıq şərtlərinə ziddir.
- Ğarar, mülkiyyət iddiası qeyri-müəyyən, qapalı və ya şübhəli olduqda yarana bilər.
- Müasir maliyyə sistemində çatdırılma tarixləri gələcəkdə olan fyuçers və opsion müqavilələri ğarara nümunə olaraq göstərilə bilər.
Ğarar İslam maliyyəsində əhəmiyyətli bir anlayışdır və mahiyyəti açıq-aşkar olmayan hər hansı bir müqavilə, qısamüddətli satış, qumar, keyfiyyəti qeyri-müəyyən olan malların və ya aktivlərin satışı ilə əlaqədar olan riskli investisiyanı ölçmək üçün istifadə olunur.
Ğarar sözü müasir leksikonda bir qədər ümumi terminə çevrilmişdir. Ğarar kimi hesab edilən satış və ya maliyyə əməliyyatları tərəflər arasında ortaya çıxa biləcək anlaşılmazlıq səviyyəsinə, malların və ya ödənişin çatdırıla biləcəyinə dair qeyri-müəyyənlik dərəcəsinə görə qiymətləndirilir. Ğarar ümumiyyətlə İslamda qadağandır, çünki İslam maliyyəsində son dərəcə qeyri-müəyyən olan və ya tərəflərdən hər hansı birinə qarşı hər hansı ədalətsizliyə və ya hiyləyə səbəb ola biləcək əməliyyatlara qarşı bir sıra ciddi qaydalar mövcuddur.
Ğarar hesab edilən müqavilə və ya əməliyyatların qadağan edilməsi İslamın mötəbər hədis kitablarına əsaslanır. Bu kitablar Peyğəmbərin sözlərini ihtiva eder. Göydəki quşların, sudakı balıqların, ana bətnində doğulmamış dananın satılmasını qadağan edən Muhamməd peyğəmbərin “Yanında olmayanı satma” göstərişi də bu kitablardan qaynaqlanır. Buna görə də, mülkiyyət iddiası qeyri-müəyyən və ya şübhəli olduqda qararla bağlı suallar ortaya çıtır.
Ğararın nəzərdə tutulan mənasına Qur`ani-Kərimdə də toxunulur: “Mallarınızı aranızda haqsızlıqla (batil yollarla) yeməyin“ (Bəqərə surəsi, 188). Bu, soyğunçu biznes əməliyyatlarının qadağan edilməsi kimi şərh edilir, çünki bu cür əməliyyatlar cəmiyyətin hamısına fayda vermir.
Bir müqavilənin qurulmasında istifadə edilən ifadələr və ya müqavilənin mövzusunda yer alan qapalılıq, qeyri-müəyyənlik və ya həddindən artıq risk ğarar olaraq qəbul edilir. Bir müqavilədə ğararın ola bilməsi üçün qazancın da bu qeyri-müəyyənlik riski üzərinə qurulması lazımdır.
Ortaya çıxa biləcək problemlərin müqavilə bağlanmadan öncə aradan qaldırılması ilə bağlı ciddi tədbirlərin görülməsinə yol açan bu şərtlər, anlaşmazlıqları ən minimum bir nöqtəyə çəkə bilər. Sadəcə müqavilənin əsas məqsəd və hədəfləri ilə bağlı olan qeyri-müəyyənliklər əqdi batil edər.
Ğarar daha çox tərəflərin yönəldiyi məqsəd və qayədə, əqdin mövzusu olan malın özəllikləri və mahiyyətində, tərəflərin haqqları və yerinə yetirməli olduqları öhdəliklərdə və sözləşmənin mövzusu olan malın qiymətində və təslim edilməsində mövcud ola biləcək qeyri-müəyyənlikləri ehtiva edir.
Ğararın olduğu sözləşmələrdə əsasən haqsız qazanc ortaya çıxır. Bir malın təslim edilməməsi riski yüksəkdirsə və ya təslim edilməsi məçhul bir hadisəyə bağlanmışdırsa, müqavilə predmeti olan malın qiyməti bəlli deyilsə və ya ödəniş formasına bağlı olaraq qiymət tam şəkildə müəyyənləşdirilməyibsə, fərqli qiymət və keyfiyyətdə olan malların hansının müqavilə predmeti olduğu bəlli deyilsə qadağan edilmiş ğarardan söz edilə bilər.
Ğarar nümunələri.Maliyyədə, forvard, fyuçers və opsion kimi törəmə əməliyyatlarda, eləcə də qısa satış və spekulyasiyanın digər formalarında ğarar müşahidə olunur. İslam maliyyəsində törəmə müqavilələrin əksəriyyəti qadağandır və əsas aktivin gələcək tədarükündəki qeyri-müəyyənlik səbəbindən etibarsız sayılır.
Alimlər kiçik və əhəmiyyətli qarar arasında fərq qoyurlar və törəmə məhsulların əksəriyyəti həddindən artıq qeyri-müəyyənlik səbəbindən qadağan edilsə də, kommersiya sığortası kimi qarar olaraq qəbul edilən digər əməliyyatlar iqtisadi həyatın mühüm hissələridir. Gələcək bir vaxtda çatdırmaq üzrə buğda və digər əmtələr kimi dəyişdirilə bilən maddələrin qısa satışı (short-sell) satıcılar üçün icazəldir.
Bu arada, fiziki sahiblik olmadan malın satışı mütləq şəkildə qadağan deyildir, lakin etibarlılıq olmadan hər iki tərəfin çatdırılma vədi qanun pozuntusudur. Həmçinin, həddindən artıq risk və ya qeyri-müəyyənlik bir tərəfin digərinin əmlakından faydalanması ilə birləşdikdə və ya bir tərəf yalnızca digər tərəfin zərəri üzəridən fayda əldə etdikdə əməliyyat və müqavilələr qarar sayılır. Buna görə də İslam, sələmçilik hesab etdiyi faizlə kreditlərin verilməsini qəti şəkildə qadağan etmişdir.
© Halal Ekosistem