21 November 2024

11-ci əsrdən borc haqqında bəzi qeydlər

Halal Ekosistem|Borc

"Borc aldığı kimsədən möhlət istəmədən əvvəl borcunu qaytarmaq daha yaxşıdır. Ən yaxşısı şəxsən gedib öz əli ilə borcu vermək, mal sahibindən kimsə gəlmədən evinə göndərməkdir. Hədisdə buyuruldu:"Ən xeyirliniz borcunu ən yaxşı ödəyəninizdir" (Buxari, Müslim)Yenə buyuruldu: "Ödəmək niyyəti ilə borc alan bir kimsəyə Allah Təala o kimsəni qorumaq üçün bir neçə mələk göndərir və borcunu ödəyənə qədər onu qoruyur və dua edirlər" (Əhməd bin Hənbəl)Bir kimsə malı olduğu halda borcunu ödəməyi bir saat gecikdirsə, zalım və üsyankar olur. O, namaz qılarkən, oruc tutarkən, yuxuda, yəni hər an lənət altında olar. Borc ödəməmək elə bir günahdır ki, yuxuda belə dayanmadan yazılır.

Malı olmaq pulu çox olmaq demək deyil. Əslində sata biləcəyi bir şeyə sahib olub satmayan borclu şəxs günah işləmiş sayılır. Dəyəri aşağı pul və ya işə yaramayan mal verərək borcunu ödəsə və haqq sahibi də borcu bəyənməyərək alsa, yenə günah olur. Onu razı etmədikcə, yəni könlünü almadıqca, günahdan xilas olmaz. Çoxları buna əhəmiyyət verməz, amma bu böyük günahlardandır.3. Rəsulullah (sallallahu aleyhi və səlləm) buyurdu: "Qiyamətdə çox günah işləmiş, heç yaxşılıq etməmiş bir kimsəni hesaba çəkib: "Sən heç yaxşılıq etmədinmi?" - deyəcəklər. "Xeyr, ancaq köməkçimə: "Kasıb olan borcluları sıxışdırma, nə vaxt əllərinə keçsə, o zaman vermələrini söylə, istədiklərini yenə ver, boş qaytarma!"-deyərdim. Allah Təala buyuracaq: "Ey qulum, bu gün sən kasıb və möhtacsan! Sən dünyada Mənim qullarıma acıdığın kimi, bu gün Biz də sənə acıyarıq" (Müslim, Buxari)Hədisdə buyuruldu: "Bir kimsəyə müəyyən bir zamana qədər qaytarmaq şərtilə borc verən şəxsə hər günü üçün sədəqə savabı verilir. Vaxtı gəldikdən sonra yenə möhlət verənə hər gün üçün malının hamısını sədəqə vermiş kimi savab verilir" (ibni Macə, Əhməd bin Hənbəl, Hakim) Böyüklərimizdən elə kəslər vardı ki, verdiyi borcun qaytarılmasını arzu etməz, hər gün o malı sədəqə vermiş kimi savab qazanmağı seçərdilər. Bir hadisdə buyuruldu: "Cənnətin qapısı üstündə bu yazını gördüm: sədəqə verilən hər dirhəm üçün on, borc verilən hər dirhəm üçün on səkkiz savab vardır. Çünki borc ehtiyacı olana verilir. Sədaqə, bəlkə, ehtiyacı olmayanın əlinə düşə bilir" (ibn Macə) İmam Qəzali, Kimyayi-Səadət, Ticarətdə yaxşılıq etmək, s. 251

© Halal Ekosistem